Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Nüydü kəndində vətəndaşları qəbul edib.
Səyyar qəbulda vətəndaşlar həyətyanı torpaq sahəsinin ayrılması, fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş evlərin bərpası, xəstəliklə əlaqədar əlillik təyini, pay torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndiriblər.
Müraciət və təkliflər araşdırılaraq nəzarətə götürülməklə vətəndaşlara qanunauyğun izahatlar, həmçinin onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.