VİCDAN SUSANDA - Millət Vəkili Heydər Əsədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:35 26.01.2026 21
Azərbaycanda söz və mətbuat azadlığı təmin olunur, lakin bu azadlıq məsuliyyət tələb edir

Bu gün yüzlərlə kütləvi informasiya vasitələrinin sərbəst şəkildə fəaliyyət göstərdiyi, informasiya məkanının dinamik inkişaf etdiyi Azərbaycan Respublikasında söz və mətbuat azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində medianın hüquqi və maddi-texniki bazası möhkəmləndirilmiş, informasiya əldə etmək və yaymaq azadlığı təmin olunmuşdur. Dövlətin informasiya siyasətində şəffaflıq, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması əsas prinsip kimi qəbul edilir.

Bununla yanaşı, medianın inkişafı ilə bərabər, təəssüf doğuran bir tendensiya da müşahidə olunur – bəzi şəxslər tərəfindən yaradılmış və heç bir peşəkar meyara cavab verməyən, hüquqi qeydiyyatı belə şübhə doğuran dırnaqarası "informasiya saytları" və burada çalışan bəzi "jurnalistlər" mətbuat azadlığından sui-istifadə edərək, şəxsi maraqlar naminə böhtan xarakterli, qərəzli yazılar yayırlar. Onlar jurnalistikanın əsas prinsiplərini – obyektivlik, balanslılıq və həqiqətə əsaslanmaq öhdəliyini tamamilə gözardı edir, ictimai rəyi manipulyasiya etməyə çalışırlar.


Media vasitəsi, yoxsa şantaj aləti?

Belə qərəzli informasiya resursları cəmiyyətin etibar etdiyi tanınmış ictimai-siyasi xadimlərə, sahibkarlara, idarə və təşkilatlara qarşı planlı şəkildə yalan məlumatlar yayaraq, ictimai nüfuzlarını sarsıtmaq, etibarlarını zədələmək niyyəti güdürlər. Bu saytlarda yayılan yazıların əksəriyyəti faktlara deyil, fərziyyələrə və ya şəxsi qərəzə əsaslanır. Onlar bəzən bu cür qarayaxma kampaniyalarını dayandırmaq üçün müxtəlif “təkliflər” irəli sürərək, açıq-aşkar şantaja əl atırlar. Belə fəaliyyət isə artıq yalnız media etikası yox, həm də qanun çərçivəsində hüquqi məsuliyyət yaradan hərəkət sayılır.

Təəssüflə qeyd etmək istərdik ki, bu günlərdə VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Heydər Əsədov belə qərəzli kampaniyanın növbəti hədəfi olmuşdur. Həmin “informasiya portalları” Millət Vəkili Heydər Əsədovun haqqında həqiqəti əks etdirməyən, tamamilə uydurma iddialar irəli sürməklə, onu ictimaiyyət qarşısında gözdən salmağa, işgüzar nüfuzuna xələl gətirməyə çalışırlar. Məlumatlar bir daha sübut edir ki, məqsəd jurnalistlik fəaliyyəti deyil, şəxsi və ya sifarişli maraqları həyata keçirməkdir.


Reputasiyaya hücum təkcə bir şəxsə deyil, bir şəhər secicilərinə qarşı yönəlmiş addımdır

Burada diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, yayılan yalan məlumatlar təkcə Millət Vəkili Heydər Əsədovun şəxsi nüfuzuna deyil, onun namizədliyini irəli sürən YAP təşkilatına, onun yerli Şirvan şəhər təşkilatına, coxsaylı secicilərə də mənfi təsir göstərmişdir. Bu cür böhtan xarakterli yazılar şəhər sakinləri arasında gərginlik, narahatlıq və haqlı narazılıq doğurmuşdur. Əməksevər və vicdanla fəaliyyət göstərən millət vəkilinin əməyi kölgəyə salınır, onun ictimai nüfuzuna təsir göstərilir.

Sonda ümumilikdə Şirvan seciciləri jurnalist adına ləkə gətirən, peşə etikası və vətəndaş məsuliyyətindən uzaq olan media qurumlarına bildirir ki, böhtan xarakterli, təxribatçı və qərəzli məlumatlar yaymaqla onlar heç nəyə nail ola bilməyəcəklər.

Eyni zamanda biz də cəmiyyətin maariflənməsi, sağlam informasiya məkanının formalaşması naminə, bütün media subyektlərini ədalətli, vicdanlı və məsuliyyətli olmağa, jurnalistikanın əsas prinsiplərinə sadiq qalmağa çağırırıq. Unutmayaq ki, media – həm inkişafın, həm də dağınıqlığın aparıcı qüvvəsidir. Onu hansı istiqamətə yönəltmək isə jurnalistin vicdanı ilə ölçülür.



Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:07

Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Bərdə şəhər 8 sayli körpələr evu - uşaq baxcasının müdiri Kifayət Hüseynova KİMDİR...

13:35

VİCDAN SUSANDA - Millət Vəkili Heydər Əsədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır