Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ugurları kımləri narahat edir..?

00:45 16.01.2024 661
Son günlər ölkə KIV-lərində Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun kollektivi və rəhbərliyi haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edilir. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “alabəzək” başlıqlar seçirlər və sonra bu başlıq altında da nələr yazırlar, bir özləri bilir, bir Allahları. Cəmi 2 il əvvəl inistitutda nələrin dövr etdiyini hər kəs yaxşı xatırlayır.
 
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə inistitutun direktoru professor İbrahim Cəfərovun ugurlu fəaliyyətindən yazmırlar? Nədən axı, onun xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib? Nədən köhnə qramafon valı kimi nala-mıxa vurub əvvəlki Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun üsul-idarəsini sanki yaddan çıxarırlar. Cənablar, professor İbrahim Cəfərov Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktorudur. O inistitutun ki, cəmi 2 il əvvəl burada məmur özbaşınalığının və harınlığın nəticəsi olaraq baş verən olaylar hər kəsin yadındadır: rüşvət, korrupsiya, hərki-hərkilik... Professor İbrahim Cəfərov direktorluga rahat həyat sürmək üçün gəlməyib. O, sakit alimlik həyatından od-alov içində olan bir elmi-tədqiqat müəssisəsinə göndərilib. Həm də var-dövlət toplamaq üçün yox. Çünki İbrahim müəllimin alim kimi həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, bir təcrübəli kadr olaraq, ali rəhbərliyin tapsırıgı ilə inistitutda tugyan edən rüşvətxorlugun, qanunsuzlugun, hərki-hərkiliyin kökünü kəsməyə, böyük bir kollektivdə saglam ab-hava yaratmaga, saxta sənədlərlə yüklənmiş  Elmi-Tədqiqat İnstitutunu ayaga qaldırmaga qərarlı idi və bu cətin işin öhdəsindən layiqincə gəldi.
 
Professor İbrahim Cəfərov ilk əvvəl kollektivdə saglam ab-havanın əsasını qoydu və bir vaxtlar məlum kimlərinsə at oynatdıgı bu elmi-tədqiat ocagında bu gün kollektivin iş fəaliyyətini görmək üçün inistitutda bir neçə saat olmaq yetər. Cənablar, buyurun, gəlin və inistitutun bu gününə baxın və onda görərsiniz ki, burada 2 il əvvəlki kecmişdən əsər-əlamət qalmayıb. 
 
“Məqalələrində” kollektiv üzvlərinin yeni direktordan narazı olduğu vurğulanır, amma bunlar sonradan özünü doğrultmur, şayə olaraq qalır. Dostlar, inanın ki, sizdən elə vaxtı ilə də, elə indi də professor İbrahim Cəfərova qarşı istifadə edirlər.  Bunların fikri kollektivdə yenidən qarışıqlıq yaratmaqdır. Çünki onlar professor İbrahim Cəfərovun az vaxt ərzində qazandıgı ugurları heç cür həzm edə bilmirlər. Həzm edə bilmirlər ki, inistituta özü rüşvət almayan və rüşvət alana qarşı da barışmaz olan təcrübəli bir kadr rəhbərlik edir. Belə bir kadrın uğur qazanması təbii ki, onların planlarını alt-üst edir.

Bu tenderlərlə baglı yazılanları qoyaq bir kənara. Cünkü bu sahədə ümumiyyətlə ölkədə ümumi nöqsanlar mövcuddur. Kecək əsas mətləbə.

Məqalədə yazılır: "Qeyd edək ki, İbrahim Cəfərovun fəaliyyəti ilə bağlı hələ Dövlət Aqrar Universitetinin rektoru olduğu zamanlar da çox yazılıb. Onun rəhbəri olduğu yerlərdə qohumlarına, yaxınlarına şərait yaratması barədə yayılan məlumatlar çoxdu. Məlumatlara görə elə kürəkəni Samir də aylarla işə gəlmədiyi halda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alır. Məlumatlara görə İbrahim Cəfərovun özünə köməkçi-katibə gətirdiyi xanıma da Elmi-Tədqiqat İnstitutunda elmi iş yazmağa köməklik edir. Hələ digər xanımlarla kabinetində saatlarla nələri müzakirə etdiyini demirik. Məlumatlara görə İbrahim Cəfərovun institutdakı iş rejimi də bəlli deyil. Özünə məxsus 100 minlik maşınla işə istədiyi vaxt gəlir, istədiyi vaxt gedir. İnstitutun keçirdiyi satınalmalardan hardan xəbəri olsun?"
 
Eynən sovet demoqogiyasıdır, o vaxt belə şeyləri anonim olaraq DTK-ya, MK-ya, Leninin goruna yazırdılar. Ümumi danışmaga nə var ki... Tənqid etmək olar, əslində bu lazımdir, amma, səmimi olub, düzə düz, əyriyə əyri demək lazımdır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru professor İbrahim Cəfərov əvvəlki direktorun dövründə özündən aşagı vəzifə tutan işciləri incidən, onlara ”hara şikayət edirsən, et” deyən bəzilərini işdən kənarlaşdırıbsa, bu o deməkdir ki, onun idarəetmə sistemində güclü kollektivçiliyi, kollegiyaçılıgı mövcuddur. Bunu da bu gün istəməyənlər var və işdən kənarlaşdırılmış bu kəsimin narazı olması başa düşüləndir.
 
Ümumiyyətlə qeyd edirik ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından institutun cöxsaylı kollektivi tərəfindən bu məqalələr nifrətlə qarşılanıb. 

Ümumiyyətlə son illərdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun inkişafı yüksək nailiyyətlərlə şərtlənib, inistitutun inkişafı müasirləşdirilib, maddi texniki bazası imkan daxilində zənginləşdirilib, kadr islahatı gənclərin potensialı hesabına yüksəldilib.
 
Bütün bu işlər isə cəmisi 2 ildə həyata keçirib. Görülən işləri qiymətləndirmək və cəmiyyətə necə təqdim etmək isə hər kəsin vicdanından asılıdır. Onsuz da elin gözü tərəzidir, deyiblər. Hər kəs hər şeyi yaxşı bilir və qiymətləndirir. Yersiz deyilən sözlər isə sahibini hörmətsiz edir. Getmək olarmı belə ucuzluğa? Bir az da fikirləşin cənablar, fikirləşin ki, qapının aracında qalmasın.
 
P.S. Əgər bir vəzifə sahibi, məmur barəsində yazılanlara səbirlidirsə, bu, o demək deyil ki, onun haqqında istənilən bir uydurmanı ictimailəşdirmək olar...


Maləsəf, bu gün onun ünvanına fəqrli-fərqli ittihamlar səsləndirirlər. Kiminsə adını çəkmirik. Buna hec ehtiyac da yoxdur. Çünki yazılanların həqiqət payının sıfırın altında olduğuna tam əminik.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video