Əslində 270 nömrəli məktəbin direktor əvəzi Kəmalə İbrahimova KİMDİR...

07:44 16.11.2023 5 628
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar Suraxanı rayonu E.Qaranzadə adına 270 nömrəli məktəbin direktor əvəzi Kəmalə İbrahimova haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin KVİ-lər ücün yaxşı olmaz.

... Kəmalə İbrahimova həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan rəhbər kadrlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Kəmalə xanımın həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

... Kəmalə İbrahimova calışdıgı  sahədə ilk gündən çox yaxından, olduqca fəal iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Kəmalə İbrahimova 270 nömrəli məktəbə direktor əvəzi təyin olundugu cox deyildir. O, ilk gündən yüksək təşkilatcılıgı sayəsində məktəbdə bütün əlamətdar günlərin yüksək səviyyədə kecirilməsi ücün calışır. Bu tədbirlər məktəbin 158,8 kv.m-lik 180 nəfərlik Akt zalında qeyd edilir. Şagirdlərin yüksək şəraitdə təhsil almaları üçün 1 kitabxana,1 oxu zalı, 6 kompyüter zalı, 1 ingilis,1 rus dili linqafon otaqları, biologiya, kimya, fizika lobaratoriyaları və 1 oxu zalı, zəngin kitabxanası vardır. Müəllim və şagirdlər məktəbin və rayonun ictimai işlərində fəal iştirak edirlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunmuş silsilə tədbirlər təqdirəlayiqdir. Müəllimlər dərslərini günün tələbləri səviyyəsində qururlar. Məktəb hər il adını daşıdığı şəhid Elçin Qaranzadənin ad gününü qeyd edir, onun ailəsi ilə sıx əlaqə saxlayır. 2022-2023-ci tədris ilində 9 şagird 500-dən yuxarı, onların 3-ü isə 600-dən yüksək bal toplayıblar. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü ayrılıb. Məktəbin məzunu Tağıyeva Aqilə Vüqar qızı Prezident təqaüdünə layiq görülmüşdür. Bir şagird də Respublika üzrə fənn olimpiadasında Coğrafiya fənni üzrə I yerə layiq görülmüş və 675 balla ali məktəbə qəbul olub. Ümumiyyətlə, Suraxanı rayonu E.Qaranzadə adına 270 nömrəli məktəbdə hər iş öz axarıncadır. Bütün bu işlərin həyata kecirilməsində drektor əvəzi Kəmalə İbrahimovanın əməyi danılmazdır.

Tam səmimiyyətlə demək istəyirik ki, Suraxanı rayonu E.Qaranzadə adına 270 nömrəli məktəbin direktor əvəzi Kəmalə İbrahimovanın bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Kəmalə xanımın barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Niyə Kəmalə İbrahimovanın xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun.


Azərinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:05

Təşkilatcı RƏHBƏR, gözəl insan və əsl vətən daşı - Bakı şəhəri 16 saylı poliklinikanın baş həkimi Sara Cabbarlı

16:07

Vidadi Babanlı vəfat etdi

13:12

Muzdlu, qarışıq nikahdan anadan olan türk oğulları

11:49

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

13:31

Lənkəranda NƏ BAŞ VERİR - Şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri və valideynlər ETİRAZ EDİRLƏR...

10:58

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...

10:54

Bakıda yol hərəkətində nəzarət sistemləri: islahatlar və çatışmazlıqlar

13:29

Yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı…

12:35

Kreml sülh təklifindən imtina edir: Trampın ultimatumu...

14:12

Rusiyanın gələcəyi bundan asılıdır - Volodin

11:46

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

11:45

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

15:50

Yüksək qabiliyyəti ilə seçilən təşkilatcı kitabxanacı-alim, gözəl insan və əsl vətən daşı... - Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova

12:38

Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya

17:26

Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər

13:27

Temperatur 36 dərəcəyə yüksələcək

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub

21:16

Putin Trampa meydan oxudu, deyib ki.. - Uşakov dəstəyi kimin yerə qoyduğundan danışdı

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

11:00

Fəda Abbasov monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı -TƏFƏRRÜAT

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ