Şimali Osetiya teatrının Bakı qastrolu yekunlaşdı - FOTO

15:28 10.04.2017 1 512
Şimali Osetiya teatrının Bakı qastrolu yekunlaşdı - FOTO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası - Alaniya) ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb.
azerinform.az bildirir ki, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan qastrol aprel ayının 7-dən - 9-dək davam edib. Üç gün ərzində Şimali Osetiya teatrı daimi tamaşaçılarımıza "Потеха для смеха" nağılının motivləri əsasında O.Rozumun "Жили-были" tamaşasını nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.
Qastrol tamaşasında rolları Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev ifa ediblər.
Qastrol səfərinin bağlanış mərasimində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək qonaq teatra öz təşəkkürlərini bildirərək bu yaradıcılıq əlaqələrinin təxminən on gün sonra Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Dəcəl keçi" tamaşası ilə davam edəcəyini və iki teatr arasında bundan sonra da əməkdaşlığın qastrol tamaşaları ilə möhkəmlənəcəyini vurğulayıblar.
M.Həmidov uğurlu qastrol tamaşasına görə qonaq teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu ilə təltif edib. Daha sonra qonaqlara xalqımızın milli mədəniyyətini əks etdirən suvenir hədiyyə təqdim edilib.
Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Amzor Barakov çıxış edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və bütün tamaşaçılara isti münasibətə görə öz minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvin Nurəliyevanın "Dəcəl keçi" tamaşası ilə RF-yə səfər edərək adıçəkilən teatrın qonağı olacaq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:10

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto