Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Almaniyanın Frankfurt şəhərində yerləşən daşınmaz əmlak kompleksinə ilkin mərhələdə yatırdığı investisiyanın məbləği açıqlanıb.
azerinform.az-un məlumatına görə, APA Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, ötən il SOFAZ Frankfurtda yerləşən daşınmaz əmlak kompleksinə ilkin mərhələdə 10 mln. avro investisiya yatırıb.
Qeyd edək ki, bu daşınmaz əmlak kompleksində Neft Fondunun iştirak payı 41 mln. avro təşkil edir.