Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim etdi

14:51 25.10.2018 1 421
Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim etdi

Bakcell Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib.

Qaynarxett.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib. Ölkə adından təqdim edilmiş ilk mRezidentlik rəsmi olaraq İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycriyə verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən ölkəmizin bütün dünya üzrə diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycanda biznes qurmaq arzusunda olan və ya ölkəyə investisiya yatırmaq istəyən bütün xarici vətəndaşlara “Asan İmza” mobil elektron imzanın elektron sertifikatlarını təqdim etmə səlahiyyətlərinə malikdir.

“Bakcell ölkədə innovasiya də rəqəmsallaşmanın tətbiq edilməsinə yönəlmiş bütün dövlət təşəbbüslərinə dəstək göstərməyə hazırdır. Artıq ikinci ildir ki, şirkətimiz Rəqəmsal Ticarət Qovşağının konfransına dəstək göstərir və biz İSESCO-nun baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tuveycriyə ilk mobil rezidentliyi təqdim etməkdən qürur duyuruq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Bakcell şirkətinin sponsorluğu ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) tərəfindən keçirilən “Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransı” innovasiya sahəsində ən nüfuzlu tədbirlərdəndir. Konfransda ABŞ, Tailand, Böyük Britaniya, Estoniya, Türkiyə və Mərakeş daxil olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə ilə yanaşı yüksək vəzifəli dövlət məmurları, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar və dünyanın aparıcı ticarət platformalarının nümayəndələri iştirak edib.

Bu il Rəqəmsal Ticarət Qovşağının əsas mövzusu elektron və mobil rezidentlik proqramının Azərbaycanda və bütün dünyada təqdim edilməsi olub. İştirakçılar elektron və mobil rezidentliyin sahibkarlar üçün güclü bir alətə çevrilməsini müzakirə ediblər. Tədbirdə həmçinin elektron xidmətlərin ölkələrarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub. Həmçinin bildirilib ki, yeni yaradılan www.EnterpriseAzerbaijan.com portalı birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə yaradılan əlverişli platformadır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video