Oğlu zorlamada suçlanan qazidən Mədət Quliyevlə Ramil Usubova sensasion məktub - Təfərrüat

01:02 29.05.2017 9 800
Oğlu zorlamada suçlanan qazidən Mədət Quliyevlə Ramil Usubova sensasion məktub - Təfərrüat

Xaçmazdan redaksiyamıza məktub daxil olub

Ulus.Az-ın verdiyi məlumata görə, müraciət müəllifi prezident İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Daxili İşlər Naziri Ramil Usubova və Baş Prokuror Zakir Qaralova üz tutub.

Xaçmaz rayonu Çarxı kənd sakini, Qarabağ döyüşləri qazisi Hidayətov Xanlar Ənvər oğlu qeyd edib ki, uzun müddət Daxili İşlər orqanlarında çalışıb, ölkədə sabitliyin qorunmasını, cinayətkar ünsürlərə qarşı mübarizə aparılmasına ömrünün çox hissəsini həsr edib.

“Polis veteranı kimi Qarabağ döyüşləri qazisi kimi, hətta xidmətlərimə görə Daxili İşlər Naziri cənab Ramil Usubov mənə qol saatı hədiyyə edib.

Və nəhayət yeganə oğlum Tovuz Rayon Polis Şöbəsi tərəfindən qanunsuz olaraq həbs olunmuş çarəsiz Ata kimi Sizə müraciət edirəm. Mən bir Qarabağ veteranı kimi nəzərə alıb mənə köməklik edəsiniz.

Mənim yeganə oğlumu qanunsuz olaraq həbs ediblər və işgəncələrə məruz qoyaraq barəsində olan cinayət işi üzrə ibtidai istintaq qərəzli qeyri-obyektiv və kobud şəkildə qanun pozuntuları ilə aparılıb.

Tovuz Rayon Polis Şöbəsindən müstəntiq İlqar Abdullayev tərəfindən aparılıb. Tovuz Rayon Məhkəməsi tərəfindən məhkəmə qapalı şəkildə aparılıb.

Mən bununla əlaqədar aidiyyatı orqanlara çoxsaylı ərizə və şikayətlər göndərsəm də, lakin müraciətimə qanunla müəyyən edilmiş qaydada baxılmayıb”.

Qarabağ veteranı köməklik göstərilməsə, ailəsi ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşlığından imtina edəcəyini vurğulayıb.

“Mənim itirməyə heç nəyim qalmayıb oğlumdan başqa, məni bir valideyn kimi başa düşün. Mənim oğlum Hidayətov Zaur Xanlar oğlunun işinə yenidən baxılmasını və ədalətli qərar qəbul olunmasına Sizdən xahiş edirəm. (050-863-83-91; 055-773-23-91)

Rəsmi məlumatı internet resurslarından araşdırma zamanı bəlli oldu ki, Zaur Hidayətov Beyləqan rayonunun Təzəkənd kənd sakini olan Elmira Vəliyeva (ad və soyad şərti verilib) ilə 17 iyul 2014-cü ildə tanış olub.

Həmin vaxt Zaur Tovuz şəhəri, E.Quliyev küçəsində evlərdən birində kirayədə yaşayıb. O, evlənmək məqsədilə Elmiranın iyulun 18-də kirayədə yaşadığı evə gətirib.

Zaur həmin gün axşam Elmira Vəliyevaya cinsi əlaqədə olmağı təklif edib. Bu təkliflə Elmira razılaşıb. Həmin gecə Zaur Elmira Vəliyevanın razılığı ilə cinsi əlaqədə olub.

Gecə yarısını keçəndən sonra, təxminən iyulun 19-da, saat 01.00 radələrində Zaur Elmiraya qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib. Elmira buna etiraz edib və müqavimət göstərib.

Elmiranın etiraz etməsini və müqavimət göstərməsini görən Zaur onun müqavimətini sındırmaq qərarına gəlib. O, bu məqsədlə Elmiranı təpiklə vuraraq döyüb.

Zaur Hidayətov Elmiraya müxtəlif dərəcəli bədən xəsarəti yetirib və müqavimətini sındırandan sonra onun hər iki əllərini rezinlə bağlayıb. O, daha sonra Elmira ilə qeyri təbii yolla cinsi əlaqədə olub.

Bundan əlavə Zaur Hidayətov 16 oktyabr 2014-cü il tarixdə, səhər saat 07.00 radələrində qeyri-rəsmi nikahda yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Sima Qurbanovaya qarşı zorakılıq edib. Sima şəxsi münasibətlər zəminində Zaur Hidayətovla münasibətləri gərginləşib.

Bu səbəbdən həmin gün Sima Zaur Hidayətovu evə buraxmayıb. Buna görə də Zaur Hidayətov evin həyətində Simaya təpiklə çoxsaylı zərbələr vuraraq ona xəsarət yetirib.

Bu işlə bağlı mətbuatda geniç məhkəmə yazısı var və qadınların ifadələri də yer alıb.

Zaur isə deyib ki, onu 2015-ci ildə şərləyib həbs ediblər: “Məni MAXE olan Rafiq adlı bir nəfərin tanışı olan qadınla şantaj edib, başıma corab hördülər. Məhz bu qadının əliylə məni şərlədilər ki, guya bu qadını zorlamışam.

Ancaq bir olan Allaha, namusuma and içirəm, qətiyyən o qadınla aramda heç nə olmayıb. Zatən olsaydı, mənimlə düşmən kimi davranan müstəntiq İlqar Abdullayev çoxdan bizi ekspertizadan keçirib, müvafiq arayişlar alardı.

Çünki mən və atam dayanmadan şərləndiyim haqda şikayət edirdik. Nəhayət, qondarma proses keçirib, mənə 4 il iş verdilər. Hazırda 1/3-dəyəm”.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir