YAP qəzetində SENSASYON YAZI: Deputata qarşı hücumun arxasında KİMLƏR dayanır - ŞOK GİZLİNLƏR

01:10 20.05.2017 2 248
YAP qəzetində SENSASYON YAZI: Deputata qarşı hücumun arxasında KİMLƏR dayanır - ŞOK GİZLİNLƏR

Rusiya ilə münasibətlərin gərginləşdiyi və soyuqlaşdığı bir ərəfədə şimal zonasının – Qubanın deputatı Vahid Əhmədov hədəfə alınıb. YAP-ın rəsmi qəzeti olan “Yeni Azərbaycan” millət vəkilini “topa tutub”.

Məqalə çap olunduğu tarixdə YAP-çı deputat Siyavuş Novruzov trend-ə müsahibəsində V.Əhmədovun adını çəkmədən ona ilişib.

S.Novruzov “bəzi iqtisadçı deputatlar” ifadəsi işlədərək onların Azərbaycan iqtisadiyyatı əleyhinə anti-kampaniyada olduqlarını bildirib.

Deputat həmkarının adını çəkmədən deyib ki, 5-ci kolon fəallaşıb. Eyni vaxtda YAP-ın qəzeti V.Əhmədovu tənqid atəşinə tutub.

Onu müsavatçı, cəbhəçi, mütəllibovçu və siyasi əqidəsi olmayan biri adlandırıb. Moskva ilə olan gərginlik ərəfəsində Qubanın deputatının “vurulması” çox qəribə görünür.

Ulus.Az-ın verdiyi xəbərə görə, üstəlik, mediaya açıq bir millət vəkilinin “vurulması” görünür ki, sifariş ola bilər.

“Mən hər zaman öz mövqeyimi bildirən bir adamam. Azərbaycan cəmiyyəti məni yaxşı tanıyır, həmişə dövlətçiliyə bağlı olmuşam, müstəqilliyə səs vermişəm. Bütün çıxışlarım və fəaliyyətim göz qabağındadır. Bu, ola bilsin ki, kiminsə sifarişidir”.

Bu fikirləri bakipost.az-a millət vəkili Vahid Əhmədov "Yeni Azərbaycan” qəzetində barəsində dərc olunmuş "Vahid Əhmədovun görünən və görünməyən üzü” başlıqlı tənqidi məqalə ilə bağlı münasibət bildirərkən deyib.

V.Əhmədov sözügedən qəzetin baş redkatoru, həmkarı Hikmət Babaoğlu ilə də araısnda hər hansı problem olmadığını açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, bu sifarişin hökumət üzvlərindən gəldiyinə inanmır: "Mənim hökumət üzvləri ilə normal münasibətlərim var, "Şöhrət” ordeni almışam.

Görünür ki, çıxışlarım kimlərinsə xoşuna gəlmir. Kimin mövqeyi nədən ibarətdir, özü bilər. Mən mətbuata, insanlara açıq adamam, əhali ilə təmasdayam. Jurnalistlər hamısı məni yaxşı tanıyır”.

Deputat bu məqalənin son zamanlar bank sektoru ilə bağlı etdiyi çıxışlardan irəli gəlməsi ehtimalına belə münasibət bildirib:

"Mən bank sektorunda baş verənlərdən danışıram, hökumətə təkliflərimiz olur. Prezidentin tapşırığı ilə bankların sağlamlaşdırılması istiqamətində iş gedir, bizim də öz təkliflərimiz olur”.

Dövlət qəzeti olan "Yeni Azərbaycan”da dərc edilmiş irihəcmli məqalədə bildirilir ki, o, qəzetlərə, saytlara tez-tez müsahibələr verməyi çox xoşlayır, vaxtaşırı televizor ekranlarında görünür.

Sitat: "Vahid Əhmədovla bağlı məqamlar da yaddaşlardan silinməyib. Respublikamızda məlum siyasi hadisələr baş verib. Vahid Əhmədov isə bir qayda olaraq öz havasını çalıb, mahnısını oxuyub və şəxsi mənini həmişə kölgədə saxlamağı bacarıb. Adam bir şəxsin hamının "dostu” olmasına heyrət etməyə bilmir.

Bir baxın, keçmiş sovet rejiminin məmuru ötən əsrin 90-cı illərinin əvvəllərində xalq hərəkatının önündə gedən "azadlıq, müstəqillik” aşiqinə çevrildi, gah "mütəllibovçular komandasında” yer aldı, gah da "cəbhəçilər”in, "müsavatçılar”ın qanadının altına sığındı, onlardan vəzifə aldı.

Son illərdə verdiyi açıqlamalardan da belə bəlli olur ki, onun siyasi əqidəsi yenə də möhkəmlənməyib, püxtələşməyib və hər zaman yeni bir dəstədə təmsil olunmağa hazırdır”.

Həmin məqalədə V.Əhmədovun keçmişi və fəaliyyətinə ekskursiya olunub, ittihamlar irəli sürülüb:

"İqtisadi "mülahizələrində” hər zaman sətiraltı da olsa təxribata meyillənmək, ara qızışdırılmasına xidmət etmək, arxasında heç bir nəzəri və praktik əsasın dayanmadığı halda hər şeyi qara rəngə boyamaq, bir sözlə, "zorən iqtisadçı” vəzifəsini həyata keçirmək Vahid Əhmədovun "iqtisadi-siyasi” fəaliyyətinin özəyini təşkil edib və hazırda da etməkdədir.

Bu mənada, "yarımçıq və qərəzli iqtisadçılığı”nı özünə "siyasi zireh” edən Vahid Əhmədovun müstəqilliyin ilk illərində Azərbaycanın siyasi hakimiyyətinə necə yol tapması özü sual doğururdu. Bu, çox maraqlı bir detaldır və əslində prosesə nəzər saldıqda tarixi xronologiya özü V.Əhmədovun kimliyini ortaya qoyur.

Zavod direktorluğundan o dövrün Nazirlər Sovetinə, yəni siyasi hakimiyyətinə yol tapmış V.Əhmədovun tərcümeyi-halına nəzər saldıqda onun bu gün "iqtisadi proqnozlar” verməyə mənəvi haqqının çatmadığının şahidi oluruq”.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video