ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həmkarı Donald Trampla görüşü başlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər YPG terror təşkilatına ağır silahlar verilməsi və FETÖ lideri Fətullah Gülənin Türkiyəyə qaytarılması kimi kritik mövzuları müzakirə edəcək.
İyirmi dəqiqəlik görüşdən sonra mətbuat konfransının keçirilməsi planlaşdırılıb.