Müharibə yenidən qızışdı: Onlarla Rusiya hərbçisi öldürüldü
Ukraynanın Hərbi qərargahı məlumat yayıb
Ukraynanın şərqində Donbas vilayətində döyüşlər yenidən qızışıb.
Müharibə yenidən qızışdı: Onlarla Rusiya hərbçisi öldürüldü
İstiPress-in UNİAN-a istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı zonasında separatçılar Ukrayna Silahlı Qüvvələrinə hücum edib.
Hərbi qərargahın yaydığı məlumata görə, şiddətli döyüşlər zamanı iki Ukrayna hərbçisi həlak olub.
“Döyüşlər əsasən 18:00-dan sonra daha da şiddətlənib. Atışma daha çox Primorsk istiqamətində baş verib”, - deyə məlumatda qeyd olunur.
Separatçılar tərəfindən itkilərin olub-olmadığı barədə hələlik məlumat verilmir.