Nazirin Saatlıdakı kadrının həbsi xəbəri yayıldı - Tam təfsilat

00:36 6.05.2017 2 520
Nazirin Saatlıdakı kadrının həbsi xəbəri yayıldı - Tam təfsilat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılov həbs edilib

Ulus.Az-ın verdiyi xəbərə görə, B.Mikayılov paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlayıb.

Bu barədə qafqazinfo.az-a G.Cəbrayılovanın vəkili Vasif İsrafilov məlumat verib.

Hadisə bu il yanvarın 26-da olub. B.Mikayılov arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib. Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib.

Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 211.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilib.

Ulus.Az xəbər verir ki, bir ay öncə mediada yaşlı kişinin təhqir edilərək alçaldılması barədə video yayılmışdı.

Həmin məlumatda qeyd olunurdu ki, Saatlı rayon sakini Elşən Allahyarov direktor B.Mikayılovun qəbuluna gəlib, orada isə aşağılayıcı sözlərlə təhqir olunub.

Nazirlik isə bu məlumatı təkzib edərək görüntülərin B.Mikayılovun otağında çəkilmədiyini bildirmişdi.

B.Mikayılovun ötən ilin dekabrında qayıtanası Aydın Cəbrayılovun barəsində dediklərini əldə etmişik. Məmurun qayınatası "Təzadlar.az”a ciddi məlumatlar verib.

A.Cəbrayılov ölkə rəhbərliyinə müraciətində bildirib:

“O, qızıma məxsus cehiz əmlaklarını hələ heç bir boşanma sənədi olmadan ələ keçirərək mənimsəməklə, adi insani haqları tapdamışdır. Hətta mənim adıma olan avtomobili idarəetmə etibarnaməsi olduğu halda, mənim adımdan hansı yollarlasa öz adına keçirərək özgəninkiləşdirmişdir.

Uzun müddət bütün mümkün qayğılarımla əhatə etdiyim bu insana, hətta qohumluğun ilk günlərində qızıl kartımı verərək onun ilk dəfə Parisi görmək arzusunu reallaşdırmasına şərait yaratdım və onu Fransaya səyahətə yola saldım.

Rəsmi bank sənədlərinə istinadən deyirəm ki, o, Parisdə olduğu 10 gün ərzində həmin kartda olan 20 min avro pulumu kefi istədiyi kimi xərcləmişdir.

Olsun... Amma bir müddət sonra o, ailəmizin və şəxsən mənim ona qarşı humanist davranışımızdan sui-istifadə edərək mənə məxsus əmlakları da ələ keçirməyə başladı”.

Ulus.Az xəbər verir ki, A.Cəbrayılovun məhkəməyə təqdim etdiyi məlumat və sənədlərdən məlum olur ki, kürəkəni B.Mikayılovun yetərincə əmlakları olub. Siyahını təqdim edirik:

- 90-ZC-088 markalı, qara rəngli "Leksus” CİP;
- 90-NU-088 markalı, qara rəngli "Mersedes”-E-Klass”;
- "Xunday” markalı, 909-UK-088 markalı avtomobil;
- Bakının M.Hadi küçəsi-41, mənzil-79 ünvandakı 3 otaqlı mənzil;
- Vunq-Tau küçəsi-12, mənzil-23-də 4 otaqlı mənzil;
- "Qum adası”nda həyət evi;
- 90-MN-880 dövlət nömrə nişanlı "Mersedes”;
- "Bakı” kino-teatrının yanındakı 9 mərtəbəli binada, Şirvani küçəsində 3 otaqlı mənzil;
- Şamaxıda istirahət evi və sair...

Bu siyahı kifayət edir ki, nazir Səlim Müslümova haqlı suallar ünvanlansın: əvvəla nazir kimi Saatlıda kadrınızın əməllərindən xəbəriniz var idimi?

Onun vətəndaşların başına açdığı oyunlardan, şikayətlərdən məlumatlı idinizmi? Niyə oliqarx həyatı yaşamış bir məmurun fəaliyyəti araşdırılmayıb? Ümid edək ki, nazirlik bir açıqlama verəcək.

Günün sonunda B.Mikayılov unikal.org-a açıqlamasında deyib ki, bu məlumat tamamilə yanlışdır:

“Belə bir hadisə olmayıb. Bu məlumat kökündən yanlışdır. Azadlıqdayam, həbs olunmamışam. Mən idarə rəhbəriyəm. Görürsünüz ki, Sizinlə rahat danışıram, heç bir problem yoxdur. Bununla bağlı vəkilimlə danışacağam”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video