Azərbaycan pasportu: 199-dan 133-cü!

16:19 9.03.2017 3 054
Azərbaycan pasportu: 199-dan 133-cü!
İnsanları müxtəlif ölkələrdə vətəndaşlıq, daha doğrusu, fərqli ölkələrin pasportlarının üstünlükləri haqda bilgiləndirən “Nomad Capitalist” şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb.
azerinform.az xəbər verir ki, “Nomad Pasport İndeksi 2017” adlı sənəddə 199 ölkənin pasportları qiymətləndirilib.
Pasportların əhəmiyyəti 5 əsas faktora - pasportların sahiblərinə verdiyi şəxsi azadlığın həddinə, vizadan azadlığına, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa, həmin pasportlara münasibətə görə müəyyən edilir.

2017-ci ilin 10 ən yaxşı pasportu aşağıdakı ölkələrin pasportlarıdır:
1. İsveç
2. Belçika
3. İtaliya
4. İspaniya
5. İrlandiya
6. Finlandiya
7. Almaniya
8. Danimarka
9. İsveçrə
10. Lüksemburq

ÜSTÜNLÜKLƏR

Məsələn, 1-ci yerdə dayanan İsveç pasportunun üstünlüklərindən danışan sənəd müəllifləri bu pasport sahibinin 176 ölkəyə vizasız səfər etmək imkanı olduğunu, pasportun xaricdə çox böyük reputasiya qazandığını, İsveç pasportu olanlara bir neçə ölkənin vətəndaşlığını almaq imkanı verildiyini, onların şəxsi azadlığının yüksək səviyyəsini, xaricdəykən İsveç vergilərindən azad edildiklərini vurğulayırlar.
Belçika Avropa Birliyinin (AB) mərkəzidir, ona görə də, Belçika vətəndaşları nəinki AB ərazisində, ümumiyyətlə, dünyanın 174 ölkəsində vizasız gəzə bilərlər. Belçika pasportu sahibləri vergi azadlığından, ikili vətəndaşlıq imkanından da zövq alırlar. Həmçinin, başqa mədəniyyətlərə sayqıyla yanaşdıqlarına görə seçilirlər.
Yaxud Danimarka vətəndaşlarının pasportlarına üstünlük qazandıran onların sahiblərinin 174 ölkəni vizasız gəzmək imkanı, həm də, ümumiyyətlə, danimarkalıların dünyanın ən xoşbəxt vətəndaşları hesab edilməsidir.

AZƏRBAYCAN VƏ QONŞULARI

Azərbaycansa bu siyahıda da Qafqaz qonşularından geridədir. Azərbaycan pasportu 199 ölkə pasportu arasında 133-cü yeri tutub. Rusiyanın pasportu 82, Gürcüstanın 83, Türkiyənin 88, Ermənistanın 132, İranın isə 191-ci yerdədir.
Dünyanın ən güclü ölkələrindən hesab olunan Birləşmiş Ştatların vətəndaşlarının pasportu dəyərinə görə 35-ci yerdə dayanır. Ən pis pasporta sahib olanlar Əfqanıstan, İraq, Eritreya, Pakistan, Liviya, Suriya vətəndaşlarıdır.
“Nomad Capitalist” şirkətini səyahət həvəskarı, sahibkar və investor Andrew Henderson 2012-ci ildə yaradıb. O, şirkəti vasitəsilə öz gördüklərini və öyrəndiklərini - başqa ölkələrdəki həyat tərzi, iş və sərmayə imkanları haqda bilgilərini paylaşır. www.nomadcapitalist.com saytı ən çox izlənilən səhifələrdəndir. Sayta ildə 3 milyondan çox adam baxır.

Mənbə: Fins.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:40

Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - “Viləş" uşaq bağçası-körpələr evinin direktoru Şəfa Allahverdiyeva

20:29

“Uğur 777” klinikası ilə bağlı narahatlıqlar artır: xəstələrin şikayətləri səngimir - FOTOLAR

22:20

Özəl Baxçalıya cavab verdi: İmamoğlunun həbsi ilə bağlı nə düşünürsüz?

21:29

TDT sədri İsa Kaplan Bakıdan türk dünyasına səsləndi: " Biz birlikdəyiksə, güclüyük... Birlikdəyiksə, Turanıq!"

20:58

Trampın Poroşenkoya Krımla bağlı qəribə sualı...

19:43

Keçmiş şöhrətini yenidən bərpa edən təhsil ocağı...

15:52

Türkiyəyə xəyanət və Əliyevin sərt addımı...

21:10

Türk dövlətlərinin bu qərarı təəssüfləndirici haldır - İşçi Qrupun sədri

13:21

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - Video

20:08

Yaslarla bağlı qadağalar geri qayıdır? – Artıq zamanı çatıb…

20:04

Nazir deputat seçilən xanımın yerinə onu təyin etdi

13:41

Xırdalan şəhər 1 saylı orta məktəbində NƏ BAŞ VERİR ...

12:42

Sabirabad Xəstəxanasında Həsən Hüseynov RÜZİGARI - Qazi qollarını niyə kəsib-doğradı...

12:22

Azərbaycan Beynəlxalq Universitetinin binası sökülür - EKSKLÜZİV

15:30

“Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib

14:30

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

11:11

Prezidentlərin təkbətək görüşü başladı

11:07

MŞ-dən “Kanal S”də baş verənlərlə bağlı açıqlama

11:05

Təcili: Kreml və Ağ Evin Ərdoğana hədiyyəsi

15:49

Kübarlıqla şəfqətin vəhdətini yaradan həkim...

20:01

Türkiyədə KRİTİK gün – analitik proqnoz verdi

16:30

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

16:21

İmamoğlunun saxlanılması: “Ərdoğan yeni prezidentin adını “açıqladı” – İlginc

12:33

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

20:00

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

12:06

Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

21:43

DƏHŞƏT❗İKİ QARDAŞIN HƏYAT HEKAYƏSİ - Cəlilabadda nə baş verir? - VİDEO

14:14

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

13:45

Yeni nazir icra başçısının yerinə təyinat etdi - FOTO

16:00

“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur

13:48

Avropa nüvə planını AKTİVLƏŞDİRDİ – Köhnə qitədə III Dünya Savaşına hazırlıqlar BAŞLAYIR

13:42

Partiya yoldaşları Trampa QARŞI ÇIXDI – “Ukraynaya yardım dərhal bərpa OLUNMALIDIR”

20:17

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib

18:00

“Bakcell” xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi - Fotolar