“PROSESİN HARA GETDİYİNİ ANLAYIRIQ…” – Deputat od püskürdü...

22:03 19.08.2018 2 179
“PROSESİN HARA GETDİYİNİ ANLAYIRIQ…” – Deputat od püskürdü...

Kütləvi İnformasiya Vasitələrində ötən həftənin ən çox müzakirə olunan məsələlərindən biri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvülük məsələsi oldu.

Hakimiyyət komandasında KTMT-ə daxil olmaqla bağlı müsbət fikirlərin səslənməsi, bu məsələ ətrafında yenidən müzakirələrə səbəb oldu. Beləliklə indi bir çoxları “KTMT Azərbaycana nə verə bilər” sualına cavab verməyə çalışır.

Biz də elə bu və başqa suallarla deputat Vahid Əhmədova üz tutduq. Vahid Əhmədov deyir ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olması ölkəyə heç nə verə bilməz. Əgər əvvəlcədən müəyyən şərtlər həyata keçirilərsə, bu məsələyə baxmaq olar.

Şərtlərin nədən ibarət olmasına gəlincə, Vahid Əhmədov vurğulayır ki, birinci növbədə Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olana qədər Dağlıq Qarabağ problemi öz həllini tapmalıdır: “Söhbət yalnız 7 rayonunun qaytarılmasından getmir, ümumiyyətlə, Dağlıq Qarabağın statusu müəyyənləşməlidir. İkinci, müstəqil dövlət olduğumuzdan ərazimizdə hər hansı hərbi hissə olmamalıdır. Biz buna imkan verə bilmərik. Çünki Azərbaycanın müstəqilliyinin əsasında bu amil dayanır.

Azərbaycan dövlət başçısının da mövqeyi belədir. Həmişə o, müstəqilliyi ön plana çıxarıb. Amma Azərbaycanda hər hansı dövlətin ordusu yerləşdirilərsə, bu, müstəqilliyə böyük təhlükə yarada bilər. Üçüncü, Azərbaycan Avropaya inteqrasiya xəttini götürüb, NATO ilə əməkdaşlıqla paralel balans siyasəti aparır. Sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsaq, balans siyasətini yeridə bilməyəcəyik. Təhdid və təzyiqlər ola bilər, bu məqamlar nəzərə alınmalıdır”.

Deputat deyir ki, 1992-ci ildə, keçmiş prezident Elçibəyin hakimiyyəti zamanı Rusiya ordusu Azərbaycandan çıxarılanda çox çətinlik yaşanıb: “Əbülfəz Elçibəyin ən böyük xidmətlərindən biri Rusiya ordusunu Azərbaycandan çıxartması oldu. Bu, müstəqillik üçün vacib şərtlərdən biridir. Başqa bir məsələ, ölkənin daxili işlərinə müdaxilə etmək olmaz.”

Vahid Əhmədovun sözlərinə görə, siyasətçilər danışanda dərindən düşünməlidir: “Mən həmişə demişəm, yenə fikrimdə qalıram ki, Rusiya Azərbaycanın strateji müttəfiqidir, əhəmiyyətli dövlətdir. Prezidentlər səviyyəsində bu əlaqələr qurulub, iqtisadi-humanitar və siyasi əlaqələr də davam etdirilməlidir. Ancaq bunu dərinləşdirib hərbi məsələlər səviyyəsinə çıxartmağa ehtiyac yoxdur, çünki müstəqilliyimə müəyyən xələl gətirə bilər”.

“ Hakimiyyət daxilində bu quruma üzvlüklə bağlı müsbət fikirlərin səslənməsi bu komandada xarici siyasətlə bağlı fikir ayrılığının olduğunu deməyə əsas verirmi” sualına deputatın cavabı belə oldu:

“Onu deyə bilmərəm…Mən bir daha təkrar edirəm, yuxarıdakı şərtlərimiz qəbul olunandan sonra bu məsələni müzakirə etmək mümkündür. Amma dediklərim gerçəkləşməsə, bunlar mümkünsüzdür. Fikir verin, Xəzərin statusu müəyyən qədər həll olunandan sonra Rusiya müdafiə naziri Şoyqu Dağıstanda dənizdə hərbiləşdirmə məsələsinə toxundu. Yəni prosesin hara getdiyini hiss edir və anlayırıq. Mən şəxsən müstəqilliyə səs vermiş insan kimi fərqli düşünürəm. Dövlət başçımız da hər bir çıxışında müstəqilliyin əbədi olacağını vurğulayır. Bu baxımdan onun müstəqilliyə xələl gətirəcək addıma gedilməyəcəyinə arxayınam”.

Xatırlatma

Müstəqil Dövlətlər Birliyinə daxil olan bəzi ölkələr 1992-ci ilin mayında KTMT-nin əsasını qoyublar. Bu quruma Rusiyadan başqa, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Müstəqil Dövlətlər Birliyi (MDB) isə 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradilıb. Azərbaycan MDB-nin üzvüdür. (azadliq.org)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:47

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi