Ədliyyə işçilərimiz peşə bayramlarını böyük ruh yüksəkliyi və yeni-yeni nailiyyətlərlə qarşılayırlar

06:26 20.11.2023 282
Hər il ədliyyə işçiləri noyabrın 22-də öz peşə bayramlarını geniş və təntənəli şəkildə qeyd edirlər. Müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş bu bayramı ədliyyə işçiləri cari ildə də böyük ruh yüksəkliyi və yeniyeni nailiyyətlərlə qarşılayırlar. Əsrə bərabər zəngin və şərəfli inkişaf yolu qət edən Ədliyyə Nazirliyinin dövlətçilik tariximizdə müstəsna yeri vardır.

Ədliyyə Nazirliyinin zəngin tarixi 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanır. Müasir Azərbaycan ədliyyəsinin təməli məhz elə həmin gün qoyulmuş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin illərdə vəziyyətin mürəkkəbliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq Ədliyyə Nazirliyi tərəfindən ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli işlər görülmüş, fəaliyyətə başladıqdan cəmi bir neçə ay sonra - noyabrın 22-də onun Əsasnaməsi təsdiq edilmişdir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ədliyyə sistemi rejimin mahiyyətinə uyğun ciddi təsirlərə məruz qalmış, yeni yaradılmış Xalq Ədliyyə Komissarlığından repressiya aləti kimi istifadə edilmişdir.

Ədliyyə orqanlarının dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə sistemi həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində Ulu Öndərin diqqətindən kənarda qalmamışdır. Hüquq islahatlarının, xüsusən ölkədə ədalətin bərqərar edilməsi üçün məhkəmə-hüquq islahatlarının bugünkü Azərbaycan üçün daha böyük önəm kəsb etdiyini bəyan edən Ümummilli Liderimiz tərəfindən bu islahatlar uğurla həyata keçirilmiş, 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız, Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratmış, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.

Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra isə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni nailiyyətlərə imza atmışdır. Dövlət başçısının "ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır ... məhkəmə-hüquq islahatları ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir" - fikirlərini özünün fəaliyyət prinsipinə çevirən ədliyyə işçiləri ölkəmizin müasir dinamik inkişafı prosesində ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün daim əzmkarlıqla çalışırlar. Peşə bayramı ərəfəsində ənənəvi olaraq Azərbaycan ədliyyəsinin qazandığı nailiyyətlər qeyd olunur və görülmüş işlər təhlil edilərək gələcəyə nəzər salınır. Ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin ədliyyə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən insan haqlarının etibarlı qorunması, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının dürüst icrası məqsədilə həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir.


Dövlət başçısı ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıtmışdır. Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin məqsədi müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bu istiqamətdə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Şübhəsiz ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımız dalğalansın! 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də, 19-20 sentyabr 2023 - cü il tarixdə başlanan lokal antiterror əməliyyatı  bir daha sübut etdi ki,  Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gəlməsi  dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Qazanılan Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə, dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Beləliklə, dövlət başçısı tərəfindən yürüdülən praqmatik siyasət, rəşadətli Azərbaycan ordusunun gücü və xalqın dəstəyi vəhdət təşkil edərək tarixi ədaləti bərpa etdi.

Antiterror əməliyyatından qısa müddət sonra - məhz Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20 ilinin tamam olduğu gün, oktyabrın 15-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qeyd edildi. Bu müqəddəs missiyanın Ümummilli Liderin 100 illiyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə, Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin prezident seçilməsinin iyirminci ildönümündə həyata keçirilməsi xüsusilə əlamətdardır.

Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə inkişaf edən respublikamızda ədliyyə orqanları da davamlı inkişaf və müasirləşmə yolundadır. Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir.
 
Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət və yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil edir.
 
Azərbaycan ədliyyəsinin 105-ci ildönümü əzəli Vətən torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən tarixi Qarabağ Zəfəri ilə eyni vaxta təsadüf edir və bu tarixi günlər hər bir Azərbaycan vətəndaşının yaddaşında qurur və ehtiramla qalacaqdır. Biz inanırıq ki, uzun illər ölkəmizin müstəqilliyi və sabit inkişafı üçün təhdid mənbəyi olan Dağlıq Qarabağ probleminin həlli Azərbaycan Respublikasının daha da sürətlə inkişaf etməsinə yol açacaqdır.

Cəsarət Qasımov,
Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi