Kamaləddin Qafarov: “Prezident İlham Əliyev xalqımızın qələbə əzmini özünə qaytardı”

09:45 24.12.2022 337
Kamaləddin Qafarov: “Prezident İlham Əliyev xalqımızın qələbə əzmini özünə qaytardı”


“2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı tarixi seçimini edərək öz səsini ölkəmizdə Heydər Əliyev siyasətinin davam etdirilməsinə, sabitliyin qorunmasına və dinamik inkişafın təmin olunmasına verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il yanvarın 10-da etdiyi müraciətində demişdir: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciət, əslində, Azərbaycan dövlətinin və xalqının gələcək müqəddəratını həll edəcək bir çağırış idi. Xalqımız bu çağırışı layiqincə dəyərləndirdi və öz gələcək taleyini Ulu Öndərin ən layiqli davamçısı olan cənab İlham Əliyevə etibar etdi.”

Bu sözləri ölkə mətbuatlna açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi sisteminin yeni, müasir çağırış və tələblərə cavab verə bilən unikal modelini qurmağa müvəffəq olub: “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə ölkənin ictimai həyatına və siyasi sisteminə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartları, milli siyasi etika nümunələri təqdim etdi. Milli qürur və ləyaqət məfhumları Azərbaycanın son illər ərzində əldə etdiyi möhtəşəm uğurların, parlaq qələbələrin əsasında durdu. Prezident İlham Əliyev xalqımızın qələbə əzmini özünə qaytardı. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edərək, ölkəmizi qısa zamanda dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtdı.”

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xəttinin özündə demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoq kimi amilləri birləşdirdiyini vurğulayan K.Qafarov deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafını təmin etmişdir. Müasir dünyada, o cümlədən ölkəmizdə sürətlə dəyişən reallıqlar və ardıcıl yenilənən obyektiv amillər islahatların davamlı aparılması tələbini ortaya çıxarır. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə dövlət başçısının təşəbbüsü ilə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu. Bu mütərəqqi proses indi də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Etibarlı ictimai münasibətlərin formalaşmasına xidmət edən islahatlar yeni yaranan siyasi konfiqurasiyanın əsas tərkib hissəsi kimi çıxış edir. O cümlədən, ölkədə iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas göstəricilərindən biridir. Dövlətimizin başçısının birbaşa tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisi üzrə əhatə dairəsinin miqyasından, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq respublikamızda fəaliyyət göstərən bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübə olmuşdur.”

Deputat Prezident İlham Əliyevin dünyada mövcud olan bir ovuc antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı hazırladıqları məkrli planları məharətlə pozduğunu qeyd edərək deyib: “Cənab İlham Əliyevin beynəlxalq münasibətlər sahəsində malik olduğu fundamental biliklər dünyada mövcud olan islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizə qarşı hazırladıqları və həyata keçirmək istədikləri dağıdıcı planların qarşısında əsl sipər olmuşdur. Dövlətimizin başçısı öz əzmkarlığı, diplomatik məharəti, siyasi iradəsi sayəsində, ilk növbədə, düşmənlərimizin Azərbaycanda yaratmaq istədikləri “idarə olunan xaos” planını pozdu. Xalqımızın parçalanmasına hesablanmış etnik, siyasi və ideoloji qarşıdurmalar bəlasını ölkənin başı üzərindən sovuşdurdu. Möhtərəm Prezidentimizin ən böyük xidmətlərindən biri də bu oldu ki, o, düşmən qüvvələrin Şərqin bir çox müsəlman ölkələrində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin Azərbaycanda reallaşdırılmasının qarşısını ustalıqla aldı. Bu hücuma Azərbaycan Prezidenti bütün təfərrüatlarına qədər zərgər dəqiqliyi ilə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli qürur amillərini qarşı qoydu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət xəttinin ən böyük təntənəsi isə, əlbəttə, Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu II Qarabağ müharibəsinin nəticəsi olaraq özünün ərazi bütövlüyünü bərpa etməsində təzahürünü tapdı. Dövlətimizin başçısı xalqın 30 illik həsrətinə, dədə-baba torpaqları nisgilinə son qoymaqla Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətini yerinə yetirmiş oldu”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir