Sarkisyan “sağ qalmaq” üçün Azərbaycana SIĞINIR – İrəvanda DÖYÜŞ

00:35 27.05.2017 2 619
Sarkisyan “sağ qalmaq” üçün Azərbaycana SIĞINIR – İrəvanda DÖYÜŞ

Mayın 18-də Ermənistan parlamenti yeni çağırış üzrə ilk iclasını keçirti və hökumət istefaya göndərildi. Aprelin 2-də keçirilən parlament seçkilərindən sonra bu, gözlənilən idi. Lakin konstitusiya dəyişikliyi ilə ölkənin respublika üsul-idarəsinə keçidi hələlik reallaşmayıb. Bu, gələn ilin aprelində, hazırki prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra baş tutacaq. Hazırda Sarkisyan ölkə üzərində hegomon hakimiyyətini saxlamaqdadır. (Lakin onun 2018-ci ildən sonra da əsas söz sahibi olacağı proqnozlaşdırılır).

Sarkisyan “sağ qalmaq” üçün Azərbaycana SIĞINIR – İrəvanda DÖYÜŞ
Serj Sarkisyan yeni hökuməti formalaşdırması üçün Karen Karapetyanı yenidən baş nazir təyin etdi və bu o qədər də təccüblü deyildi. Çünki “Qazprom”un əməkdaşı olan, Rusiyanın adamı hesab edilən (onun qardaşı Samvel Karapetyan Rusiyada biznesmendir və hər iki qardaş Kremlin Ermənistandakı “yeni gücü” hesab olunur) Karapetyan 7 ay öncə məhz Moskvadan baş nazir olaraq İrəvana göndərilmişdi. Sarkisyanın yeni hökumətin başına ondan başqasını keçirməyəcəyi şübhəsiz idi. Karapetyan təxminən 20 gün ərzində yeni hökuməti formalaşdıracaq.

Publika.az xəbər verir ki, Karapetyanın hökumətə rəhbərlik etdiyi 7 ay müddətində Ermənistan iqtisadiyyatı ciddi şəkildə geriləyib.

Ermənistanın xarici borcu 6 milyard dollara qədər yüksəlib, yoxsulluq səviyyəsi artıb.

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, 2017-ci ilin birinci rübündə iqtisadi fəallıq 6,7 faiz təşkil edib. Hansı ki, bu ötən dövr ərzində aşağı göstəricidir. Ekspertlər isə hesab edir ki, rəsmi statistika reallığı əks etdirmir, iqtisadi fəallıq daha aşağı olub.

Daha bir paradoks isə ümumdaxili məhsul artımı ilə iqtisadi inkişaf proqnozunun üst-üstə düşməməsidir. 2017-ci ildə Ermənistanın dövlət büdcəsində ümumdaxili məhsulun artımı 3,2 faiz göstərilir. Dünya Bankı isə Ermənistan iqtisadiyyatının artımını ən yaxşı halda 2,7 faiz olacağını proqnozlaşdırıb.

Bununla yanaşı, ötən müddətdə vergi yığımlarında qaydalar sərtləşdirilib, işsizliyin və yoxsulluğun artmasına baxmayaraq, yeni vergi növləri tətbiq edilib. Hətta, pensiyaların verilməsində ciddi problemlərin olduğuna dair məlumatlar var.

“Erməni milli konqresi” partiyasının iqtisadi komissiyasının başçısı Vaaqna Xaçatryan deyir ki, yeni hökumət yalnız yeni şəxslərdən ibarətdir, iqtisadi vəziyyət isə köhnə olaraq qalır.

“Hökumətin inkar etməsinə baxmayaraq, Ermənistanda inhisarçılıq hökm sürür və hər şey hakim Respublika Partiyasının monopoliyasındadır”, - deyə erməni siyasətçi bildirib.

Erməni ekspertlər hesab edirlər ki, sistem dəyişmədikcə, ölkədə yoxsulluq, monopoliya və miqrasiya getdikcə daha da artacaq.

Bir qrup ekspert isə Sarkisyanın 2018-ci ildən sonra hakimiyyəti parlamentə vermək niyyətində olmadığını, əksinə formal respublika üsul-idarəsində əsas söz sahibi olacağını deyir. Hesab olunur ki, Karen Karapetyanın formalaşdıracağı hökumət bir ildən sonra da dəyişməyəcək, Sarkisyan isə Milli Təhlükəsizlik Şurasının baş katibi olaraq ölkəyə nəzarəti əlində saxlayacaq.

Erməni jurnalist Sarqis Artsruni yazır ki, Sarkisyan parlamentin yeni çağırışının ilk iclasındakı çıxışı ilə əslində gələcək planlarını də açıqladı: “Sarkisyanın çıxışı emosional idi. Lakin faktiki olaraq, bu, gələcəyə mesaj idi. Hansı ki, o gələcəkdə Sarkisyanın özü əsas rola malikdir. Yəni Sarkisyanın çıxışı bir il sonra postunu təhvil verəcək prezidentin sözləri deyildi. Bu, gələcəyin ya baş nazirinin, ya da “baş katibi”nin (Milli Təhlükəsizlik Şurasının baş katibi-red) proqramı idi. Hesab etmək olar ki, artıq “Serj Sarkisyan əməliyyatı”na start verilib”.
Sarkisyan “sağ qalmaq” üçün Azərbaycana SIĞINIR – İrəvanda DÖYÜŞ

Erməni jurnalist də qeyd edir ki, konstitusiya dəyişikliyi formal xarakter alacaq, parlamentdən təşkil ediləcək yeni hökumət və yeni üsul-idarə formal olacaq və hər kəs yenə də Sarkisyana tabe olacaq.

“Və o qədər də əhəmiyyətli deyil ki, Sarkisyan 2018-ci ilin aprelindən (prezident səlahiyyətlərinin başa çatdığı vaxt) sonra parlamentdəki əksəriyyətə və hökumətə nəzarət edən baş nazir, yaxud “baş katib” olacaq. Əsas odur ki, Sarkisyan birinci şəxs olacaq. Bunu, parlamentdəki çıxışı ilə özü də təsdiqlədi”, - deyə Sarqis Artsruni diqqətə çatdırır.

Ən təhlükəli məqam isə Sarkisyanın 2018-ci ilin aprelindən sonra ölkəyə nəzarəti ələ keçirmək üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edə biləcəyədir. Təcrübə bunun o qədər də təəccüblü olmadığının sübut edir, lakin Ermənistan prezidentinin hakimiyyət ehtirası üçün müharibəyə başlaması ehtimalları da istisna deyil. Əslində, onun parlamentdəki çıxışında “öz müqəddəratını təyin etmə prinsipini” önə sürməsi və “münaqişənin həlli üçün ən doğru yolun məhz bu prinsip” olduğunu dilə gətirməsi təsadüfi deyildi. Bu yanaşma faktiki olaraq, indiyə qədərki danışıqlar prosesinin üzərindən xətt çəkilməsi və müharibə variantının yeganı çıxış yolu olaraq ön plana keçməsi deməkdir.

Erməni eksprt Aram Amatuni deyir ki, Sarkisyan Qarabağla bağlı son çıxışı ilə hakimiyyət üçün Azərbaycana sığındığını göstərdi: “O, Qarabağ münaqişəni önə çəkdi və Azərbaycan təhlükəsini qabartdı. Bu, onun gələcək sistemdə söz sahibi olması üçün Azərbaycan faktoruna sığındığını göstərir. Əslində, bu. Sarkisyanın təxribatıdır”.
Sarkisyan “sağ qalmaq” üçün Azərbaycana SIĞINIR – İrəvanda DÖYÜŞ
Bu arada “lragir” saytının Sarkisyanın planı haqda yazdıqları da maraqlıdır.

Sayt müdafiə naziri Viqen Sarkisyanın son dövrlər Rusiyameyilli bəynatlar səsləndirməsinə diqqət çəkərək yazır ki, məqsəd Moskvanın “gözünə girməkdir”.

“Parlament üsul-idarəsinə keçiddən sonra müdafiə naziri postu da siyasiləşəcək. Çünki yeni qaydaya görə, sülh vaxtı ölkədə Ali Baş Komandan statusu olmayacaq. Görünür, Viqeni Rusiyanın “gözünə soxmaq” planı Sarkisyanındır. Ehtimal ki, Sarkisyan müdafiə nazirini gələcək baş nazir olaraq görür”, - deyə sayt vurğulayıb.

Viqen Sarkisyanın Serj Sarkisyanın əsas “varisi” olduğu şübhəsizdir. Bu baxımdan, Viqenin baş nazir, Serjin isə “baş katib” olması ehtimalları da istisna deyil.
Sarkisyan “sağ qalmaq” üçün Azərbaycana SIĞINIR – İrəvanda DÖYÜŞ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video