Azərbaycan NƏDƏN rus “AYI”sının qəzəbinə tuş gəlib? - Sensasion gizlinlər

01:07 18.05.2017 2 201
Azərbaycan  NƏDƏN rus “AYI”sının qəzəbinə tuş gəlib? -  Sensasion gizlinlər

Rusiya-Azərbaycan münasibətləri daim dostluq, mehriban qonşuluq əlaqələri çərçivəsində inkişaf edib. Bu baxımdan ÜAK-ın ləğvi qərarının qəbul edilməsi təəssüf doğurur.

Rusiya Ali Məhkəməsi tərəfindən belə bir qərarın qəbul edilməsi erməni lobbisinə olan diqqətin göstəricisidir və qərarın erməni lobbisinin təsiri altında verildiyini nümayiş etdirir.

Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, onlar bu ölkədə seçmək və seçilmək hüququna malikdirlər və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu qərarın qəbulu onların fəaliyyətinə də kölgə sala bilər.

Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır, bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir.

Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb.

Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər.

Son zamanlar Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.

Azərbaycanda yaşayan ruslar bu ölkədə rus mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndirirlər.

Ancaq hakimiyyət rus “ayı”sının qəzəbinə tuş gəlib. Ümumrusiya Azərbaycanlılarının Konqresi (ÜAK) “canlı ölü” kimi bir təsisat idi və işlək deyildi.

Olsun! Deyək ki, həqiqətən də sözügedən təşkilat fəaliyyətsiz və müqəvva idi, azərbaycanlıların diaspora fəaliyyətində nəzərəçarpan bir iş görmürdü.

Onda heç nə yaramayan, varlığı ilə yoxluğu bilinməyən qurumun ləğvi dünyaya meydan oxuyan, Suriyadan Ukraynaya qədər ləpirləri görünən “ayı”nın nəyinə lazım idi?!

Təbii ki, belə bir qarışıq vaxtda Kremldən gələn solaxay zərbənin təsiri ikiqat ağır effekt verməkdədir. Bu şillənin təsiri duş effektinə bənzərdir.

Rəsmi Bakı arxadan bıçaq saplanacağını gözləmirdi. Moskva isə tələm-tələsik hakimiyyəti cəzalandırdı. Niyə, nə üçün? Çünki Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır.

Düzdür, rəsmi Bakı bu qədər dərinə getməyəcək. Hakimiyyət yaxşı bilir ki, rus “ayısı ilə zarafat eləmək olmaz və spekulyativ siyasət baha başa otura bilər. Və onu da gözəl anlayırlar ki, “Moskva göz yaşlarına inanmır”.

Putin isə o siyasətçidir ki, tarixdə Türkiyə dövlətinin Ərdoğan başda olmaqla pilotun vurulmasına görə Rusiyadan üzr istəməsinə nail olub. İndi dəli beyinli rus hakimiyyətini üstümüzə qaldırmaq ağır fəsadlar verə bilər.

Azərbaycan hakimiyyəti bir müddət yaranacaq soyuqluqdan sonra Rusiya ilə münasibətləri yenidən formasına salacaq. Rəsmi Bakının artıq Moskva ilə siyasətdə böyük təcrübəsi var.

Ulus.Az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:59

İmişli rayon İH başçısı aparatının şöbə müdirinin müavini - sektor müdiri Aqil Hüseynovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:37

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır