Azəri İsmayılov: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir"

00:35 18.01.2024 177
“Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabında bildirmişdir ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Qarşımızda yeni vəzifələr dayanır. Məsuliyyətə də, çətinliklərə də hazıram. Belə bir əminlik də ifadə edilmişdir ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.

Cənab İlham Əliyev Azərbaycanın davamlı inkişafı üçün möhkəm təməlin mövcudluğunu xüsusi qeyd etmişdir. Təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. 1993-2003-cü illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl formalaşdı. 2003-cü ildə Ümummilli Lider xalqa tarixi müraciəti ilə Azərbaycanın bugünkü və gələcək inkişafının əsasını qoydu. Cənab İlham Əliyev böyük səs çoxluğu ilə Prezident seçildikdən sonra qarşıda dayanan vəzifələri açıqlayaraq bu hədəfi də diqqətə çatdırdı ki, bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir.”

Bu fikirləri Azerinform.az-a Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mingəçevir Şəhər İşiqlanma İdarəsinin rəisi Azəri İsmayılov bildirib.

İdarə rəisi qeyd edib ki, son 20 ilin reallıqları Heydər Əliyev siyasətinin uğurlu davamının təqdimatıdır: “Cənab İlham Əliyev Prezident seçildiyi gündən xalqa bu vədi verdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq. 20 illik Prezidentlik fəaliyyətinin 17 ili tarixi ədaləti və beynəlxalq hüququ özündə əks etdirən bu hədəfə nail olmaq üçün zəruri olan bütün işlərin görülməsinə həsr edildi. Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətində oldu. İqtisadiyyatın düzgün təməl üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasına stimul oldu. İqtisadi tərəqqi və bunun əsasında geniş maliyyə imkanlarının mövcudluğu hər bir sahədə davamlı addımların atılmasını şərtləndirdi. Ordu quruculuğu sahəsində görülən işlər Qələbəyə hazırlığı təmin etdi. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və sair kimi uğurlarımız Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə yetirməyə hazır olduğunu təsdiqlədi.”

Azəri İsmayılov vurğulayıb ki, 20 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır: “Üç il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Zəfərə imza atdı. Cənab İlham Əliyev bu Zəfərin müəllifi olaraq adını tarixə qalib Lider kimi qızıl hərflərlə yazdırdı. 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın hansı gücə malik olduğunu dünyaya nümayiş etdirdi. 2023-cü ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Bu gün qürurla Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanmasından bəhs edirik. Bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, soydaşlarımız mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdırlar. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Laçın və Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə, eyni zamanda, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı nəzərdə tutulub. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə qayıdış 2025-ci il üçün planlaşdırılır.”

Sonda A. İsmayılov bildirib ki, suverenliyimizin bərpasından sonra ölkəmizin həyatında yeni dövr başlayıb: “Hər dövrün öz çağırışları vardır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi də bu dövrün yeni hədəflərinin müəyyənləşdirilməsində və icrasında həlledici rola malikdir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevdir. Seçkilərə “Qalib xalqın qalib Lideri” devizi ilə qatılan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasını uğurla davam etdirir. Qalib Liderimizə xalqımızın sevgisi, inamı, etimadı böyükdür. Xalqımıza qalibiyyət sevincini yaşadan, torpaq həsrətinə son qoyan, milli qürurumuzu, kimliyimizi özümüzə qaytaran qalib Prezidentimizlə gələcəyə birgə addımlamaq üçün hər birimiz 7 fevral tarixində seçki hüququmuzdan istifadə edərək seçki məntəqələrinə gəlib səsvermə prosesində fəal iştirak etməli, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməliyik. Qalib xalqın qalib Liderinin düşünülmüş və gələcəyə xidmət edən siyasəti bundan sonra da Azərbaycana möhtəşəm uğurlar, tarixi ədalətə söykənən Zəfərlər qazandıracaq.”

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib

12:01

Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir: hər xəstəyə görə büdcədən pul ayrılır

19:25

İŞIĞA ACILAN QAPI... – Sumqayıt “Cümə” Məscidində bir gün - Reportaj

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...