1-ci qeyd – “Əfqan planetinə xoş gəldiniz”Bu gün meşədə astronomik hadisə baş verdi:
Əfqan Qəribov peyda oldu.
Astronomiya kitablarında deyilir ki, bəzi planetlər həyat üçün əlverişsizdir.
Deməli, Şahdağ da o planetlərin köməkçi versiyasıdır — nə vaxt bu adam eniş edir, həyat dərhal “təhlükə” moduna keçir.
Heyvanlar qaçır, quşlar uçmur, ağaclar nəfəsini saxlayır.
Bizimkini görəndə ayı belə “QAÇAQ” rejiminə keçir.
2-ci qeyd – “700 ağacın kütləvi intiharı?!”
Bu gün yoxlamada deyilən “versiya” yayıldı:
“700 ağac özünü kəsib.”Bizim meşədə kollektiv ruhi sarsıntı yaşanıbmış guya.
Psixoloq çağırmaq lazımdırmış.
Ağacın biri gülümsəyib dedi:
— Qardaş, biz budaqdan asıla bilərik, amma öz-özümüzü motorla doğraya bilmərik də.
Psixiatr da bunu qəbul etməz.
3-cü qeyd – “Meşənin yeni diaqnozu: xəritə çaşqınlığı”
Akt yazanlar gəlib deyir:
— “Bura Şahdağ deyil, İsmayıllıdır.”
Ağaclar bir-birinə baxıb sual edir:
— Biz nə vaxt köçmüşük?
Deməli, meşə ərazisi son vaxtlar çox gəzirmiş.
Heç biz bilməmişik.
Görəsən, gecələr gizli-gizli yeriyirik?
Meşə xəritəsinin diaqnozu:
“Əmioğlu sindromu — coğrafi obyektlər qohumluqdan asılı olaraq yer dəyişir.”

4-cü qeyd – “Nəriman müəllimin ‘HD Reallığı’”
Nəriman Cırıyev gəlib meşəyə baxdı, bir şəkil çəkdi və dedi:
— “Hər şey qaydasındadır.”
Bu insanın gözündə 700 ağac yoxdur.
Əgər belə bir göz varsa, onu rentgen şöbəsinə yox, muzeyə qoymaq lazımdır —
“Görmədən baxanlar ekspozisiyası.”Onun aktında meşə o qədər sağlamdır ki, elə bil burda yoxlama deyil, reklam çəkilişidir:
“Şahdağ – daim yamyaşıl, hətta kəsiləndə belə.”5-ci qeyd – “Cabbar müəllimin mistik toxunuşu”
Bu gün nazirlikdən külək əsdi — adına “Cabbar müəllimin zəngi” deyilir.
Zəng düşüən kimi meşədə belə dəyişiklik oldu:
- Kəsilmiş ağaclar “möcüzəvi şəkildə” unuduldu,
- Yoxlayıcıların yaddaşı sıfırlandı,
- Əfqan Qəribov “təbiət dostu” tituluna bir addım da yaxınlaşdı.
Hətta heyvanlar belə dedi:
— Bu zəngin dalğaları bizə də dəyir. Qorxudan maralların buynuzları titrəyir.
6-cı qeyd – “Meşələrin təhlükəsizlik qaydası”
Yeni qayda asılıb:
“Əfqan Qəribov meşəyə daxil olanda, ağaclar ən yaxın kolun içinə gizlənsin.”Ağac necə gizlənsin?
Budaqların üstə “tərbiyəvi məktub” asılıb:
— “Yarpaqlarınızı tökün, bəlkə fikir vermədi.”

7-ci qeyd – “Meşə təsərrüfatı kimin təsərrüfatı?”
Bu gün elan verildi:
“Qırılan ərazi Şahdağa aid deyil.”Deməli, kimin ərazisi daha rahat ört-basdır edilirsə, qırıntı ora aiddir.
Sabah deyərlər ki, ağacları Laplandiyada kəsiblər.
Biz də inanmalyıq.
Ağacların arasında yeni termin yaranıb:
“Ərazi turistliyi” — sən kəsilsən də, bölünən sən olmursan, ərazin gedib başqa yerə düşür.8-ci qeyd – “Hansı akt bizi xilas edəcək?”
Bu gün meşədə aktların siyahısı gəzdirilir:
- “Ağaclar yerindədir.”
- “Yox olublarsa, deməli, olmayıb.”
- “Olan da olmayıb kimi yazıla bilər.”
- “Əfqan Qəribov bu ərazidən keçməyib.”
- “Keçibsə də günahı yoxdur.”
Ən axırda böyük akt var:
“Meşə səhv salınıb.”Bax, bu akt hər şeyi həll edir.
9-cu qeyd - “Son sağ qalan ağacın monoloqu”
Bu gün çinar dedi:
— Mən 200 yaşımda çox şey gördüm. Amma belə yumoristik faciə görməmişdim.
— Əgər mən də kəsilsəm, akt yazacaqlar: “Çinar stressdən yerə yıxılıb.”
Sonra əlavə etdi:
— Bir gün gələcək, burda bir ağac da qalmayacaq. Amma aktlarda yazılacaq:
“Şahdağ sıx meşəlikdir.”10-ci qeyd - “Gələcəyə məktub”
Gələcək nəsillərə məktub yazırıq:
— Əgər bir gün Şahdağa gəlsəniz, çox ağac görməsəniz, narahat olmayın.
Onlar kağızda çoxdur.
Aktlarda daha çoxdur.
Statistikada lap çoxdur.
Haqqı yazanlar azdır — elə onların da kökü kəsilir.Azerinform.az