Repressiya qurbanı olan "Qızıl Azərbaycan aşığı" - Ustad sənətkar Aşıq Mirzə Bilal

03:13 24.06.2024 462

Böyük ustad Aşıq Mirzə Bilal

Azərbaycanın elə bir guşəsi yoxdur ki, 30-cu illər repressiyalarının soyuq rüzgarları oralara gedib çıxmasın. O qorxunc illərə qurban gedən günahsız insanların böyük bir hissəsi də müxtəlif bölgələrin nümayəndələridir. Belə şəxslərdən biri də XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda yaşayıb-yaratmış ustad sənətkar Aşıq Mirzə Bilal olmuşdur. Həmin ağrılı-acılı dövr məhz ədəbiyyatımızın, elmimizin, mədəniyyətimizin əvəzsiz dahilərini hədəf almışdı. Aşıq Mirzə Bilal da belə şəxslərdən biri idi. O, qırx ilə yaxın Şirvanda qədim aşıq sənətini yaşatmış və onlarla şagird yetişdirmişdir.

Bilal Mustafa oğlu 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda qədim Qəşəd kəndində dünyaya göz açmışdı. Bilal uşaqlıqdan xüsusi isteda malik idi və buna görə də, atası Mustafa Mikayıl oğlu ona şeirlər əzbərlədirdi. Lakin tale elə gətirdi ki, Bilal səkkiz yaşında olarkən, 1880-ci ildə atasını itirdi. Bilal ailənin böyük uşağı olduğundan, gah qoyun-quzu otarar, gah da çöl işlərində anasına kömək edərdi. Ancaq heç zaman gözəl səsi ilə zümzüməsindən qalmazdı.

Maddi imkanları olmadığından Bilal məktəbə gedə bilməsə də, yazıb-oxumağı molla Xasıdan dərs alan tay-tuşu, uşaqlıq dostu Veyisdən öyrəndi. Artıq Bilalın gözəl səsi, avazı el-obaya yayılmışdı, hətta Seyid bulağından su içəndən sonra ona vergi verildiyini də deyənlər tapıldı.

Bilalın fitri istedadına və gözəl yaddaşına heyran olan Molla Xası onu öz məktəbinə götürür. Məktəbi bitirdikdən sonra isə ona Seyid Əzim Şirvaninin məktəbində oxumağı məsləhət görür. Bilalın gələcəyinə ümidlə baxan Seyid Əzim isə ona bəri başdan xeyir-dua verir.

Gənc Bilal Şamaxıda Mahmud ağanın şeir-musiqi, S.Ə.Şirvaninin "Beytüs-səfa" və digər məclislərdə mütəmadi iştirak edirdi. Şamaxı ədəbi mühiti - "Beytüs-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini birə-min artırmışdır. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır.

Həmin dövrdə o, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, S.M.Qənizadə, Aşıq Ibrahim, Aşıq Nurəddin, Əbdülxaliq Əfəndi və başqa ünlü ziyalılar, qələm adamları ilə ünsiyətdə olur. Bu onun dünyagörüşünün formalaşmasına və yaradıcılığına təsir etmişdir.

Böyük şəxsiyyətlərlə dostluq

Bilal ərəb və fars dillərini mükəmməl bildiyindən, klassik poeziyaya da dərindən bələd oldu. Bu mühitə düşməsi onu Mirzə Bilal kimi tanıtdı və sevdirdi.

Aşıq Mirzə Bilal kamil sənətkar olsa da, özündən yaşlı sənətkarlarla əlaqə saxlayır və onlarla daim təmasda olurdu. Ağsuda yaşayıb-yaradan, yaşca özündən böyük olan, bir neçə dastan və məşhur "Aşıq Calal və Kəklik" dastanının müəllifi aşıq Calal ilə də sonacan əlaqəni kəsməyib, onun öyüdlərindən çox şey öyrənib.

Aşıq Mirzə Bilal Mirzə Məmmədhəsənin yanına getdiyi vaxtlarda bazarlığını Sarıtorpaq məhəlləsində Talıb kişinin dükanından edərmiş. Bir gün Talıb kişinin qızı Soltanxanımı görür, ona vurulur. Nişanlanırlar, ilk görüşdən ilhama gələn aşıq sevgilisinin şərəfinə "Sarıtorpaq şikəstəsi"ni bəstələyir. Hər zaman onu vəsf edən şeirlər yazır:

Çəmənlər qoynunda, güllər içində, Mən səni çiçəklər əlində gördüm.
Şəkəri, badamı, noğulu, qəndi,Ağzında, ləbində, dilində gördüm.

Bunlardan başqa Aşıq Mirzə Bilal "Havar-koxa", "Güdayı", "Kart-kurt", "Bilal gözəlləməsi" havalarının da müəllifidir. Bir neçə köhnə saz havasına isə Aşıq Bilal nəfəsi verərək onları təkmilləşdirmişdir.

Azərbaycan Aşıqlarının I qurultayının iştirakçısı olan Aşıq Bilal M.Ə. Rəsulzadə, Ü.Hacıbəyov, C.Qaryağdıoğlu, S.Şuşinski, Q. Pirimov, Asıq Sənəm, Aşıq Mirzə, Aşıq Əsəd, Aşıq İslam, Aşıq Məhəmməd və başqaları ilə dost olmuşdur. M.Ə.Rəsulzadəylə yaxından tanış olan Aşıq Mirzə Bilal Şamaxı İcraiyyə Komitəsinə üzv seçilmişdi. Onun nüfuzu və şeirləri kəndlərdə əhalinin Musavat ordusuna əsgərlər verməsində öz işini görmüşdü. O, eyni zamanda ağır vaxtlarda kəndlərində əhalinin faciəyə düçar olmaması üçün əlindən gələni əsirgəməmişdi.

1928-ci il may ayının 5-7-də Bakıda keçirilən Azərbaycan Aşıqlarının birinci qurultayına dəvət olunan 150 nəfərin içində Aşıq Mirzə Bilal da vardı. O, bu qurultayda "Qızıl Azərbaycan aşığı" fəxri adına layiq görüldü. Lakin az sonra bəstələri və şeirləri ilə yeni hökuməti alqışlayan aşıq, birdən-birə hökumət tərəfindən göz altına alındı. Onu 1933-cü ildə tutub Bakıya göndərdilər və həbs etdilər. Bəhanə isə Musavat zamanında onlara xidmət etməsi əsas göstərilirdi. Bu dəfə ustad aşıq möcüzə nəticəsində buraxıldı.

65 yaşında güllələnmə hökmü

1935-ci ildə bir çox sənət dostlarının təkidi və müraciətiylə məclislərə çıxdı. Məclislərdə daha dərdli, dövrdən gileyli mahnılarını oxudu:

Dəli könlüm, heç ahu-zar eyləmə, Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dördəlli qamarlayanlar, Əcəl şərbətini içib gedəcək.

Əslində Mirzə Bilal çoxdan qara siyahıda idi. Onun söz deyən dili vardı. Başqaları susurdu, amma Allah onu başqalarının deyə bilmədiyini deməyə kökləmişdi. Və 1933-cü ildə Aşıq Bilal "kulak" siyahısına salınır. Əlbəttə, bu, oyun idi, başa salırdılar ki, asanca tuta da bilərik, buraxa da bilərik. Ağıllı olmaq lazımdır. Ancaq Mirzə Bilal haqq aşığı idi, kimsə onun ruhunu satın ala bilməzdi. Aşıq Bilal "Pristavın əlindən" adlı şerinə görə hələ 1917-ci ildə Çar hökuməti tərəfindən də həbsxanaya salınmışdı.

Elə həmin vaxtlar yenidən tuthatut başlandı. Repressiya dalğası aşıq sənətindən də yan keçmədi. Onun yaxşı tanıdığı onlarla ziyalı dostları Şamaxıda əksinqilabi təşkilatın üzvü olmaqda suçlandırılaraq həbs edildilər.

1937-ci il iyul ayının 15-də aşığın özünü də apardılar. Əksinqilabi qüvvələrin cəbbəxanasını təşkil etməkdə günahkar bilinən Mirzə Bilalın evini axtardılar, mal-qarasını, atını, ustadlardan topladığı şeirləri, dastanlardan ibarət arxivini, özünün yazdığı şeirləri, cürə sazını, bir sözlə, nəyi vardısa alıb götürdülər.

Həbsxanada uzunmüddətli işgəncələrdən sonra saxta ittihamlara məcburiyyət qarşısında imza atan aşıq həmin il noyabrın 26-dan 27-nə keçən gecə erməni Q.B.Martirosovun qərarı və Sumbatovun göstərişi ilə 65 yaşında güllələndi.ÿHəmin gecə onunla birlikdə 50 nəfər güllələnmişdi.

Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu bəraət almışdır.

"Azadlıq"
Oxşar xəbərlər

XƏBƏR LENTİ

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...

00:37

Sözün Aynası: Qaçan ölümün sirri (Mirzə Ələkbər Sabirin ruhuna ithafən) - Ədalət Qarabulud

19:22

Sözün Aynası - (poema) - Mirzə Ələkbər Sabirin ruhuna ithafən

11:07

Rus generalın qətlində şok isim: Bakı ermənisi...

10:36

Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…

10:29

Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma – CHP ləğv edilir?

10:18

Türkiyəyə Qara dənizdən təhlükə var: Ankara təcili hərəkətə keçməlidir – Şifrələr açılır

10:08

İrəvan ABŞ-la Zəngəzuru müzakirə edəcək - Badalyan

10:07

Dugindən şok: Müharibə ilə Rusiya özünü bərpa edir!

10:03

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

14:23

İsraildən Bakını qəzəbləndirəcək addım... - Kritik açıqlama

14:21

Əliyevlə Putinin müzakirə edəcəyi çox şey var - Belyayev

12:41

Kafkanın yuxuları: Simvolizm və yuxu izahlarının tarixi kökləri

12:26

Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ

16:07

Vidadi Babanlı vəfat etdi

13:12

Muzdlu, qarışıq nikahdan anadan olan türk oğulları

11:49

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

13:31

Lənkəranda NƏ BAŞ VERİR - Şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri və valideynlər ETİRAZ EDİRLƏR...

10:58

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...

10:54

Bakıda yol hərəkətində nəzarət sistemləri: islahatlar və çatışmazlıqlar

13:29

Yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı…

12:35

Kreml sülh təklifindən imtina edir: Trampın ultimatumu...

14:12

Rusiyanın gələcəyi bundan asılıdır - Volodin

11:46

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

11:45

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

15:50

Yüksək qabiliyyəti ilə seçilən təşkilatcı kitabxanacı-alim, gözəl insan və əsl vətən daşı... - Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova

12:38

Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya

17:26

Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər

13:27

Temperatur 36 dərəcəyə yüksələcək

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub

21:16

Putin Trampa meydan oxudu, deyib ki.. - Uşakov dəstəyi kimin yerə qoyduğundan danışdı

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü