
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşəcəyi tarix açıqlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın dövlət başçılarının may ayında görüşəcəyini bildirib.
O, may ayında NATO-da aralıq zirvə görüşünün təşkil ediləcəyini deyib:
"Türkiyə prezidenti də bu tədbirə qatılacaq. Orada Donald Trampla təkbətək görüş keçiriləcək. Görüşdə ABŞ-Türkiyə münasibətləri müzakirə olunacaq".