Təşkilatcı iş adamı, gözəl insan və əsl Vətən daşı - “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov

04:33 5.12.2023 482
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

QISA TANIŞLIQ

“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.

“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və  Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.

2001-ci ildə “Avrora Qrup” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “KRONES” və digər avadanlıqlar quraşdırılmışdır. Qeyd olunan fabriklərdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Sladok vafliləri və digər brendlər istehsal olunur.
“Avrora Qrup” ixrac imkanlarını genişləndirərək Azərbaycan iqtisadiyyatına da öz töhfəsini verməkdədir. Şirkət istehsal etdiyi məhsulları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Türkmənistan, Gürcüstan, Liviya və digər ölkələrə ixrac edir.


...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir iş adamı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri iş adamını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün ümumiyyətlə iş adamlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən İŞ ADAMlarındandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Ceyhun Abbasovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Ceyhun müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

“Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Ceyhun müəllimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı iş adamı, gözəl insan və əsl Vətən daşı!

P.S:

Qeyd edək ki, Ceyhun Həsən oğlu Abbasov 1972-ci il iyulun 4-də Naxçıvan Muxtar RespublikasıOrdubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. AvropaABŞBöyük BritaniyaMərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir. Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir.

Ölkə qarşısında göstərdiyi xidmətlərinə görə 2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülüb.

Ailəlidir, iki övladı var. 


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:48

Avropa nüvə planını AKTİVLƏŞDİRDİ – Köhnə qitədə III Dünya Savaşına hazırlıqlar BAŞLAYIR

13:42

Partiya yoldaşları Trampa QARŞI ÇIXDI – “Ukraynaya yardım dərhal bərpa OLUNMALIDIR”

18:00

“Bakcell” xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi - Fotolar

14:43

Pezeşkianın istefa verməsi xəbəri yayıldı

17:21

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

15:00

Trampın təhdidi milyarderi qorxutdu – Xüsusi tapşırıq

14:54

Dünya siyasətində bir dövr başa çatır – Yaxın Şərqin taxtına o əyləşir

12:38

Xocalı soyqırımından 33 il ötür

17:19

Yollar buz bağlayacaq: DYP-dən xəbərdarlıq...

15:36

Yevlax təhsilində "ƏNDİRABADİ" OYUNLAR - Zurnaçalan məktəb direktoru, məktəbi dolmaxanaya çevirmiş Zərif-Namidə cütlüyü...

12:25

Genişmiqyaslı mübarizə başlayır: Qüvvələr bölünür, iki cəbhə olacaq

12:13

Pensiya alanlara şad xəbər!

17:04

Qərbi Azərbaycan adət-ənənəsi: Bakıda baş tutan ŞAH TOYU...

13:21

"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov

14:56

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib

13:35

Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq

13:24

Bu rayonumuza 71 sm qar yağdı

12:16

Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı – “Ya müharibə, ya da…”

12:02

Ömrünü səhiyyəyə həsr etmiş FAZİL İSMAYILOV

23:07

“Bir kəmər, bir yol” – Yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər

22:48

Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş «Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib

17:00

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

13:09

Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub

10:55

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

12:40

Mətin Mirzəyə yeni vəzifə verildi

14:22

“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

22:19

Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO

21:06

Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu

20:57

Arifə Hüseynova: "Biz gələcəyimizi quran, keçmişimizi şərəfləndirən, türk kimliyini bütün dünyaya tanıdan bir baxışın təmsilçiləriyik"

00:31

UNEC-in Zaqatala filialının direktoru Raqif Qasimovun haqqında yazılan HƏQİQƏTLƏR...

22:40

Naxçıvanın Səhiyyə naziri Samiq Sadıxov dövlət büdcəsinə niyə qənim kəsilib?

22:24

Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı?

22:19

Qərb bunu etsə, Rusiyaya məğlub olacaq - Hoces

22:17

Bayden Putindən danışdı: Yaxşı oğlan deyil!