Təchizatın artan dinamikası

12:23 23.01.2023 759
   Təchizatın artan dinamikası


Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir.
İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq.Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir. Bütün ölkələrin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. İstehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Dəmir yol şəbəkəsi inkişaf olunmalıdır. Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantıları yoxdur.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:05

SƏNƏT ECAZKARLIĞI

17:12

Təcrübəli USM həkimi Mərdan Vəliyevin ad gününü TƏBRİK EDİRLƏR...

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR