Nabranda yerləşən "Xəzər" istirahət mərkəzi - Gözəllikdən doymur ürək...

20:59 3.07.2024 253
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Nabranda yerləşən "Xəzər" istirahət mərkəzinin direktoru Mahir Şirəliyev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Nabranda yerləşən "Xəzər" istirahət mərkəzinin direktoru Mahir Şirəliyevin məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Nabranda yerləşən "Xəzər" istirahət mərkəzinin direktoru Mahir Şirəliyevin haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Mahir Şirəliyev öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən insandır ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Mahir müəllim xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Mahir müəllim elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan şəxsdir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Mahir Şirəliyev yüksək savada və dünyagörüşə malik olan mərkəz direktorudur. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Mahir müəllimə məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Mahir Şirəliyevin əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. 
Nabranda yerləşən "Xəzər" istirahət mərkəzinin direktoru Mahir Şirəliyev Azerinform.az-a açıqlamasında bildirdi ki, mövsümün əvvəlində bütün əməkdaşların iştirakı ilə ümumi yığıncaq keçirilir və onlar texniki təhlükəsizlik qaydaları ilə tanış edilir: "Bizim istirahət mərkəzində hər ixtisasa görə texniki təhlükəsizliyə riayət qaydaları var. Bunların arasında sürücü, aşpaz, çilingər və s. var. Hətta mərkəzdə təmizlik işinə baxanlar da qaydalarla tanış edilir. Bu qaydalar Həmkarlar Konfederasiyasının müvafiq şöbəsi tərəfindən bizə təqdim olunur. Biz əməkdaşlarımızı bu təlimatla tanış edirik və müvafiq kitaba bu qaydalarla tanış olmaqları ilə bağlı qol çəkirlər. Mövsüm davam edən müddətdə bu toplantılarımız mütəmadi olaraq hər ay davam edir. Çünki bizdə bir dəfəyə 470-500 nəfər dincəlir. Əksəriyyəti də ailəvi gələnlərdir. Onların təhlükəsizliyini təmin etmək bizim borcumuzdur".

Direktor "Turizm şirkətləri otellərə turist yerləşdirərkən təhlükəsizlik məsələləri ilə maraqlanırlarmı" sualına cavab olaraq bildirdi ki, onlar lisenziya alan turizm obyektləri ilə işləyirlər: "Mədəniyyət və Turizm Nazirliyi mütəmadi monitorinqlər keçirir. Bu monitorinqlər, sadəcə, qiymət və keyfiyyətlə bağlı deyil. Lisenziya qaydalarında təhlükəsizlik, qidalanma və s. nəzərə alınır. Təkrar yoxlamalarda da bəzi çatışmazlıqlar aşkarlananda onlara tövsiyələr verilir, müvafiq qurumların nümayəndələri ilə birlikdə baxışlar keçirilir. Nabranda baş verən hadisə bütün istirahət mərkəzləri üçün bir dərs olmalıdır. Onlar təhlükəsizlik məsələsini diqqətdə saxlamalıdırlar. Ən azından işıq şitlərinin quraşdırılması zamanı, yanğınsöndürmə sistemi, ərazinin ümumi mühafizəsi və bura kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır. Xüsusilə uşaqların oynadığı ərazilərə təsadüfi insanların girişinə imkan verilməməlidir. Turizm şirkətləri də təbii ki, öz müştərilərini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya almış mehmanxanalara göndərir. Bəzən olur ki, adı "qara siyahı"da olan turizm obyektlərinə müştəri göndərirlər. Lisenziyasız mehmanxana ilə işləməyin özü bir cinayət sayılır. Çünki hər hansı bir bədbəxt hadisə baş verdikdə, o turisti həmin mehmanxanaya göndərən turizm şirkətinin də məsuliyyəti nəzərə alınır".

Sonda Mahir Şirəliyev onu da qeyd etdi ki, "Xəzər" istirahət mərkəzi dənizin sahilində yerləşdiyindən burada dincələn insanlar dənizdə çimən zaman onların xilas edilməsi üçün də tədbirlər görülüb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə bürosu mərkəzin lap yaxınlığındadır. Turistlərə həm onlar, həm də istirahət mərkəzinin öz xilasediciləri nəzarət edir.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

22:21

Netanyahu: Kim bizə zərər vermək istəsə, bunun əvəzini ağır ödəyəcək

21:05

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı? - Seymur Verdizadə yazır...

21:01

Şəhid qardaşının arvadını öldürən şəxsin cinayət işi istintaqa geri qaytarılıb

21:21

Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

09:40

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

01:34

Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər