Azərbaycan Türkiyənin aldığı S-400-lərlə... - Ermənistanı qorxuya salan detal

14:27 16.07.2019 5 886
Azərbaycan Türkiyənin aldığı S-400-lərlə... - Ermənistanı qorxuya salan detal

ABŞ və NATO-nun təhdidlərinə baxmayaraq, Türkiyənin Rusiyadan aldığı S-400-lərin ilk partiyası nəhayət Ankaraya çatdı. Bu, qardaş ölkənin hava məkanına daha yaxşı nəzarət etməsi və bölgədə Ankaranın əlinin güclənməsi deməkdir. Qərb cəbhəsi S-400-lərin Türkiyəyə gəlişindən narahatdır, Rusiyanın bu sistemlər üzərindən NATO daxilinə “Troya atı” yerləşdirməsi perspektivi baxımından, onların narahatlığı təəccüblü deyil. Hətta önümüzdəki günlərdə Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyinə dair məlumatlar da var, hərçənd, bunun indiki situasiyada daha çox təhdid xarakteri daşıdığı açıq görünür. Türkiyənin S-400 sistemləri almasından ən çox qorxu keçirən ölkələrdən biri də Ermənistandır və bu, heç də səbəbsiz deyil.

Türkiyə və Rusiyanın S-400-lərin alınması ilə bağlı anlaşmasında “məhdudiyyətin olmaması” detalı xüsusi diqqət çəkir. NATO Türkiyənin Avropa İttifaqı ölkələri və ABŞ-dan aldığı silahlarla bağlı bəzi məhdudiyyətlər qoyur, bunlardan biri də bu silahların “Yunanıstan və Ermənistan sərhədinə yerləşdirilməməsidir”. Rusiya isə Türkiyənin qarşısında belə bir məhdudiyyət qoymayıb və bu, Ankaranın S-400 batareyalarından birini Ermənistan sərhədinə yerləşdirməsinə heç bir maneənin olmaması deməkdir.

Niyə Ermənistan sərhədi?: S-400-lərin bir batareyasının Yunanıstan sərhədinə yerləşdirilməsi Türkiyəyə bu istiqamətdən gələn təhdidlərin qarşısını almağa imkan verəcək. Bir batareyanın Ermənistan sərhədinin yaxınlığına yerləşdirilməsi isə həm İran, İraq, həm Suriyadan gələ biləcək təhdidlərə qarşı etibarlı müdafiəyə şərait yaradacaq, həm də Şərqi Aralıq dənizinə nəzarət etmək mümkün olacaq.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general İsmail Hakkı Pekin mümkün təhdidləri açıqlayıb.

“Yunanıstandan mümkün hava hücumu ola bilər. İsrail təyyarələrinin də hücumları mümkündür. Digər tərəfdən, İran var, hazırda düşmən deyil, amma gələcəkdə nə olacağını bilmirik. Nəticədə əllərində 2000-2500 kilometr mənzilli ballistik raketləri var. Təhdidlər Ermənistan tərəfdən də ola bilər. Bütün bunlara qarşı Türkiyənin hava müdafiəsi yoxdur. Bizim 7-8 kilometr mənzili stinqerlər və zenit raketlərimiz var, lakin bunlar quru qoşunlarının yaxın müdafiəsini təmin edir. Hərbi Dəniz Qüvvələrində gəmilərin yaxın müdafiəsini təmin edən sistemlər var. O da hər gəmidə yoxdur. Hərbi Hava Qüvvələrində də təyyarələrin bir qismi bombardmançı, bir qismi isə kəşfiyyatçıdır. Yəni təyyarələri qarşı tərəfə göndərirsiniz, gələn təyyarələri də ya havada, ya da yerdə olarkən məhv edirsiniz. Lakin indi şərtlər çox dəyişib. Təyyarələr 150-200 kilometr mənzildən bomba ata bilirlər. Misal üçün, Təl-Əvivdən qalxan təyyarə heç bir sərhəd pozuntusu etmədən Türkiyəyə 150-160 kilometr mənzilli raket ata bilər. İndi belə hücumların qarşısını alacaq sistemlərə ehtiyacımız var”, - deyə türkiyəli general vurğulayıb.

Onun bu açıqlaması S-400 sistemlərindən birinin niyə Ermənistanla sərhədə yerləşdirilməsi ehtiyacını aydınlaşdırır. Bu, Türkiyənin hava müdafiəsini təşkil etməklə yanaşı, bölgədə Azərbaycanın da hava üstünlüyünə əlavə güc qatacaq.

Qarabağda mümkün müharibə: Azərbaycan və Türkiyə arasında mövcud Strateji Əməkdaşlıq Sazişi iki ölkədən birinə qarşı hərbi təhdidin yarandığı vaxt digərinin dəstəyini şərtləndirir. Doğrudur, Azərbaycan Ordusunun Ermənistanla baş verə biləcək müharibədə buna ehtiyacı olmayacaq. Hərbi arsenalımızda mövcud olan raket kompleksləri də istənilən təhdidin qarşısını almaq gücündədir. Lakin Türkiyə-Azərbaycan qardaşlığı işğalçı ölkə üçün həmişə kabus olub. S-400-lərin Ermənistan sərhədinin yaxınlığında yerləşdirilməsi ehtimalı isə Ermənistanın kabusunu daha da qorxulu edir. Bu, mümkün müharibədə bölgənin hava məkanının Ankara və Bakının nəzarətində olması deməkdir.

Hələ bir müddət öncə Ermənistanda “S-400 batareyalarından birinin Azərbaycana veriləcəyi” qorxuları da dilə gətirilirdi.

Siyasi şərhçi Akop Badalyan iddia edirdi ki, Türkiyə Rusiyadan aldığı iki divizion S-400-ün birini Azərbaycana verə bilər: “Türkiyə bu raket kompleksini Azərbaycana məhz “İskəndər”lərdən müdafiə üçün verə bilər. Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Ermənistana “İskəndər” verən Rusiya Azərbaycana da S-400 verərək, münasibətləri qoruyur və bunu Türkiyə vasitəsilə edir”.

Bu qorxular uzun müddət Ermənistanı əsir aldı, sonradan, ABŞ və NATO-nun S-400 almaması üçün Türkiyəyə təzyiqlər etməsi İrəvanın ümidlərini cücərtmişdi, lakin son nəticədə Ankara istədiyinə nail oldu və işğalçı ölkə yenidən qorxunun əsirinə çevrildi.

“Armenianreport” hiddətlə yazır ki, ABŞ Türkiyəyə qarşı sanksiyaları təcili tətbiq etməlidir: “Ankaranın İrəvana qarşı siyasəti məlumdur, Türkiyə Azərbaycana Ermənistanı blokadada saxlamağı üçün dəstək verir. Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqı Ermənistanı hədələyir. Bu baxımdan, bizə dostlarımız dəstək verməlidir”.

Erməni saytı Rusiyanı da Türkiyə və Azərbaycana hərbi dəstəyi davam etdirməsinə görə ittiham edir.

Ermənistanın isteriyası Türkiyəyə qarşı sanksiyaların tətbiqi üçün ABŞ-dakı erməni lobbisinin hərəkətə keçəcəyi ehtimalını yüksəldir. Hərçənd, nəticəni dəyişmək mümkün olmayacaq, çünki S-400-lər artıq Türkiyədədir və işğalçı ölkənin kabusu reallaşır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO