Elçin Əliyev: "Qədim mədəniyyət və tarixi ocağımızı düşmən tapdağından azad etməklə mədəni irsimizi və dəyərlərimizi riyakar düşməndən geri almış olduq"

00:12 7.11.2023 3 054
 
Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri nəhayət ki, eşitmək bizə nəsib oldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.

10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.

Əslində, Azərbaycan xalqı iki gün əvvəl - noyabrın 8-dən qələbəni qeyd etməyə başlamışdı. Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirmişdi: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!"

Bəli, Şuşa 28 il 6 aydan sonra düşmən işğalından qurtuldu. Mədəniyyət beşiyi füsunkar Şuşamızın düşmən tapdağından azad edilməsilə bayram bayrama qarışdı, sevinc göz yaşları selə döndü. Bütün Azərbaycan və bütün türk dünyası sevincə qərq oldu. Xalqımızın 28 illik gözləntiləri, arzu və istəkləri reallığa çevrildi. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan qədim Şuşamızın gözü iyirmi səkkiz il idi yollarda qalmışdı. O, həsrətlə doğmalarına qovuşacağı, yağı düşmənin caynağından qurtulacağı anı gözləyirdi. Hər ili bir əsrə bərabər olan bu 28 ildə Şuşa dərdi ürəyimizdə qubar bağlamışdı. Hər gün yüz dəfə Şuşasız ölüb-dirilmişik. Bu əzaba, həsrətə son qoyulacağı günü səbirsizliklə gözləmişik. O gün bu gün imiş, demək ki. Şuşa yenidən əsl sahibinə, Azərbaycanına qovuşdu. Əlbəttə, Azərbaycanın hər qarışı bizə doğmadır, əzizdir, amma Ali Baş Komandanın da dediyi kimi, Şuşanın yeri bir başqadır: "İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir. Amma Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimzdir, qədim mədəniyyət ocağımızdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Bəli, sən mədəniyyətimizin beşiyi, tariximizin köküsən, doğma Şuşa. Təkcə şuşalıların yox, bütün Azərbaycan xalqının baş tacısan. Sən tariximizsən, damarımızda axan qanımız, Vətənimizin alınmaz qalasısan. Şuşanın işğaldan azad edilməsi təkcə strateji və hərbi baxımdan deyil, mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyır. Bu qədim şəhərin xalqımızın qəlbində mənəvi baxımdan xüsusi yeri var. Əbəs yerə Şuşanı "Şərqin konservatoriyası" adlandırmırlar. Şuşa - unikal Azərbaycan musiqisinin beşiyi, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Şuşa - Pənahəli xanın, İbrahimxəlil xanın, Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün və daha neçə-neçə yazıçı, sənət adamı, bəstəkar, müğənni, teatr və kino xadiminin vətənidir. Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Şuşanın işğalı milli varlığımıza vurulan sağalmaz, daim inləyən yara idi. Biz bu yaranı sağaltdıq. 8 noyabrı tariximizə qızıl hərflərlə yazdıq. Ali Baş Komandanımız, Müzəffər Ordumuz xalqımıza bu böyük qələbənin sevincini yaşatdı. Düşmən isə bu qələbəmizdən çox sarsıldı, acı məğlubiyyətin təsirindən yəqin ki, uzun illər çıxa bilməyəcək. Ordumuz Şuşanı azad etməklə təkcə hərbi baxımdan deyil, mənəvi-psixoloji baxımdan da düşmənə ağır zərbə vurdu. Şuşanın azad edilməsi Ermənistan cəmiyyətində və ordusunda böyük gərginliyə və xaosa səbəb olub. Çünki alınmaz qala hesab olunan Şuşanın ordumuz tərəfindən qısa müddət ərzində azad edilməsi düşmən ordusunun özgüvənini də məhv etdi. Qədim mədəniyyət və tarixi ocağımızı düşmən tapdağından azad etməklə mədəni irsimizi və dəyərlərimizi riyakar düşməndən geri almış olduq. Müzəffər Ordumuzun Şuşa qələbəsi Azərbaycan Ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi.

Düşmən özü də Azərbaycan ordusunun bu qədər tezliklə Şuşaya çatacağını düşünmədiyini etiraf edir. Lakin Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri, istehkamları qısa müddətdə məhv etməyi, Şuşaya çatmağı bacardı. Şuşa Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşadı həmin gün. Çünki o üçrəngli bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir. Şuşanın azadlığa qovuşması zati-aliləri İlham Əliyevin tarixi qələbəsidir. Ali Baş Komandanın da dediyi kimi:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

İki gün keçməmiş isə Ali Baş Komandan Müzəffər Ordumuzun Vətən müharibəsində qələbə qazandığımızı, düşməni məğlubiyyətə uğratdığını bəyan etdi. Yenə də bayram bayrama qarışdı. Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunacaq 10 noyabr yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi və sonda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən bütün yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Azərbaycan xalqının öz ərazi bütövlüyünü bərpa etdiyi, torpaqlarını işğaldan azad etdiyi bir dönəmdə bəzi dünya dövlətləri yenə də öz məkrli siyasətlərindən əl çəkmir, "Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi" məsələsini bir problem kimi ortaya atırdılar. Qarabağda yaşayan azərbaycanlılara qarşı silahlı təcavüzə haqq qazandırmağa çalışanlar guya bu torpaqların əzəldən ermənilərə "məxsus olduğu" yalanını ortaya atırdılar. Əlbəttə ki, tarixi faktlar isə bunun tam əksini söyləyir. Təkcə İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın 14-də imzaladıqları Kürəkçay müqaviləsini xatırlamaq kifayətdir ki, Azərbaycan torpaqlarının işğal edildiyini, ermənilərin isə bura Türkiyə və İrandan köçürülərək gətirildiklərini bütün dünyaya isbatlamış olasan. Bu sənəddən aydın görünür ki, Qarabağ bütün dövrlərdə Azərbaycan türklərinin torpağı olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyev oktyabrın 26-da xalqa müraciəti zamanı bir daha tarixi həqiqətləri diqqətə çatdırmış, vaxtilə Qarabağ xanı ilə Rusiya çarı arasında imzalanmış "Kürəkçay" müqaviləsində erməni xalqı haqqında bir kəlmənin belə olmadığını xatırlatmışdır: "Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münxen təhlükəsizlik konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdır, digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi".

Ümummilli Lider Heydər Əliyev öz tarixi çıxışlarından birində demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Belə də oldu. Azərbaycan xalqı öz müqəddəs bayrağı altında və öz müdrik Prezidentinin ətrafında sıx birləşərək üç il bundan öncə Ulu Öndərin ən böyük vəsiyyətinə əməl etdi, Vətən torpaqlarını düşməndən təmizlədi. 30 ilə yaxın müddət ərzində erməni işğalı səbəbindən torpaqlarımızın 20 faizi müqəddəs bayrağımızın həsrətini çəkirdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində buna son qoyuldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 günə işğal altında olan əraziləri düşməndən addım-addım təmizləyərək hər kənddə, hər şəhərdə üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi Qələbə milli birliyimizin, həmrəyliyimizin sayəsində əldə olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Dövlətimizin başçısı həmin gün hərbçilərlə keçirdiyi görüşdə belə demişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. Bu ilin 15 oktyabr tarixində isə Xankəndi şəhərində müqəddəs bayrağımızı ucaldan cənab Prezident İlham Əliyev artıq ölkəmizin bütün ərazisində dövlətin konstitusiya quruluşunun təmin edildiyi və Azərbaycanın suverenliyinin tam bərpa olunduğu barədə bütün dünyaya öz mesajını göndərdi. Möhtərəm dövlət başçımız azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etmiş oldu.

44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Elçin Əliyev,
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu