YENİ İLİN İLK GÜNLƏRİ: Göygöllülər sabaha böyük inam və ümidlə baxırlar...

06:39 8.01.2025 12
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin hər birinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq bu günlərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən növbəti dəfə vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təkliflər dinlənilib.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yaşadığı evin təmir olunması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdıraraq bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

...

Nabələd adamı tanımaq o qədər də çətin deyil. Hər halda, danışığından, davranışından, insanlarla ünsiyyətindən çox şey anlamaq mümkündür. Mən də Elnurla beləcə tanış oldum. Özü də lap bu yaxınlarda, yeni ilin ilk günlərində, Göygöl şəhərində, Heydər Əliyev adına parkda.

– Eloğlu, – dedim, – deyəsən, sən də qonaqsan... Yaxın gəl, çay içək, tanış olaq...

Müsahibim, elə bil, bu sözə bənd idi. Əvvəlcə gülümsündü, sonra əlindəki fotoaparatı çiynindən asaraq bizə yaxınlaşdı.

– Nə deyim vallah, bəlkə, elə qonaq da demək olar. Ancaq bilirsinizmi, məsələ burasındadır ki, mən əslən göygöllüyəm. Uzun illər Rusiyada yaşamışam. İndi gördüyünüz kimi burdayam. Fikirləşdim ki, daha qəribçilikdə yaşadığım bəsdir, necə deyərlər, ölməyə Vətən yaxşı. Bir də ki, sözün düzü, son vaxtlar doğma yerlərdə yaradılmış bu gözəlliklərdən ayrıla bilmədim...

– Bəs, əvvəllər bu gözəlliklərdən necə ayrıldınız?

Elnur sualımıza dərhal cavab vermədi. Təcrübəli adamdır, mənə uzun bir nəzər saldı. Sonra da maraqla:

– Deyəsən, axı, siz də qonaqsınız... Yoxsa, belə danışmazdınız. O illərdəki Göygöl hara, indiki Göygöl hara. Yerlə göy qədər fərq var. Düzünü deyim ki, bizi başqa yerlərə aparan səbəblərdən biri də bu idi. Qonaq-qara yanında da utanırdıq. Nə gəzməyə bir parkımız, meydançamız, nə çıxmağa bir küçəmiz vardı. İşıq, su, qaz, yol məsələləri də ondan betər...

– Müvəqqəti gəlmisiniz, yoxsa...

– Düzü, bir neçə günlüyə gəlmişdik, qohumgildə xeyir iş vardı. Ancaq gəlib buraları görəndən sonra qəti qərara gəldik ki, birdəfəlik qayıdaq. Axı, Göygölün xarici şəhərlərdən nəyi əskikdir ki...

Göygöl həm də çörəkli bölgədir...

– Düz deyirsiniz... Ötən əsrin 70-80-ci illərində Göygöl respublikanın inişaf etmiş kənd təsərrüfatı rayonlarından biri idi. Ancaq söhbət təkcə nə qədər taxıl... istehsal etməkdən getmir, axı. İnsan gərək yaxşı işlədiyi kimi, yaxşı da yaşaya, dincələ, istirahət edə...

Jurnalist marağı üstün gəldi: Növbəti dəfə Göygöldə olarkən xahiş etdim ki, əvvəllər müxtəlif səbəblər üzündən Rusiyaya, başqa xarici ölkələrə köçüb getmiş və son vaxtlar qayıtmış ailələr haqqında arayış hazırlasınlar. Maraqlı, həm də fərəhli bir mənzərə ilə rastlaşdıq. Məlum oldu ki, yüzlərlə ailə son illər geri qayıtmışdır...

Əlbəttə, bu faktlar ciddi təhlil və araşdırma tələb edir. Olub-keçənləri bir daha xatırlamaq, inkişaf və yüksəlişə gedən yol barədə düşünmək lazım gəlir. Əslində, necə deyərlər, mövzu özü məni tapmışdı. Ona görə də rayon icra hakimiyyətindən aldığım arayışla kifayətlənmədim, yenicə tanış olduğum Elnur Məmmədovla şəhəri bir də gəzdik. Son illər görülüb başa çatdırılmış və indi də davam edən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yaxından tanış olduq. Ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət etdik. Səmimiyyətlə etiraf edim ki, aldığımız təəssürat zəngin və fərəhlidir. Əsas cəhət odur ki, Göygöl sakinləri bu bölgənin son illərdəki sürətli inkişafını, haqlı olaraq, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsi kimi qiymətləndirirlər. Öz şəhərləri, qəsəbə və kəndləri ilə fəxr edirlər. Sabaha böyük inam və ümidlə baxırlar.

Digər vacib amil isə dövlət başçısının da qeyd etdiyi kimi, hər hansı sahədə əldə edilən uğurlar həm də yerlərdə işlərin düzgün təşkilindən asılıdır. Bu baxımdan Göygöl Rayon İcra Hakimiyyətinin maraqlı, çevik, təşəbbüskar iş üslub və metodlarını ayrıca qeyd etmək lazım gəlir. İnsan amili, ardıcıl və sistemli icra intizamı, daha çox elmi əsaslara söykənən təşkilat-idarəetmə məsələləri – bu gün Göygöl Rayon İcra Hakimiyyətində diqqəti ən çox cəlb edən məsələlər, bizcə, bunlardır.

Bəzən belə də olur: hər hansı sahədə fəaliyyətə başlayan rəhbər işçi ilk aylar, həftələr işə böyük həvəslə girişirlər, bütün qüvvə və səylər hərəkətə gətirilir. İnsafən, müəyyən uğurlu addımlar da atılır, abadlıq-quruculuq işləri aparılır. Ancaq, nə qədər qəribə görünsə də, bir qədər keçəndən sonra bu işgüzarlıq səngiyir, əvvəlki qaynarlıq, hay-haray çəkilir, hər növ arxayınçılıq, özündənrazılıq halları müşahidə olunur.

Göygöldə isə vəziyyət tamamilə başqadır. 10 il bundan əvvəl başlanmış genişmiqyaslı tikinti-abadlıq işləri, təşəbbüskar fəaliyyət, səmərəli idarəetmə məsələləri bu gün də eyni sürət və inamla davam etməkdədir. Burada, əlbəttə, müxtəlif səbəblər var və biz ən əvvəl çoxdan — gənclik illərindən yaxşı tanıdığım Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin siyasi iradəsini, dönməz xarakterini, sədaqətli mövqeyini, yaradıcı və təşəbbüskar fəaliyyətini ayrıca qeyd etmək lazımdır.

Fakt və rəqəmsiz, təhlil və müqayisələr aparmadan keçinmək, sözsüz ki, mümkün deyil. Bəri başdan, onu da deyək ki, Göygöl şəhəri bu müddətdə öz coğrafiyasını xeyli genişləndirmişdir. Yeni binalar tikilmiş, küçə və meydanlar, yaşıllıq zolaqları salınmışdır. Şəhərin elə bir küçəsi, yaxud elə bir bina yoxdur ki, orada yenidənqurma işləri aparılmasın. Başqa sözlə desək, , sözün həqiqi mənasında, şəhər görkəmi almışdır. Yeni tikilən və bərpa olunan binalar milli və müasir memarlıq üslubundadır, yüksək zövq və estetika dərhal nəzərə çarpır.

Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının inzibati binası, Gənclər Mərkəzi, Şahmat məktəbi, rayon mərkəzi xəstəxanası, mərkəzi meydan... Bu siyahıya yeni-yeni binanaların, parkların və meydanların adlarını da əlavə edə bilərik. İndi Göygöl güllər, çiçəklər şəhərinə çevrilmişdir. Çox yəqin ki, həssas oxucunun gözləri qarşısında dərhal şəhərin bütün bunlardan əvvəlki kasıb görkəmi canlanır.

Bəli, əbəs yerə deməyiblər ki, həqiqət faktlardan doğur. Elə isə iqtisadi, sosial və mədəni həyatın müxtəlif sahələrini əhatə edən bəzi xarakterik faktları bir daha yada salaq. Yetərincə iqtisadi potensiala – münbit torpağa, əməksevər insanlara malik Göygöl  dövlətin qayğısından xüsusi yer alan bölgələrdəndir. İstər-istəməz bölgəni əhatə edən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Göygölüm həyatında dərin izlər qoymuş, rayonun yüksəlişinə təkan vermişdir. Bir zaman ulu öndər Heydər Əliyev “Göygöl əhalisi torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır” deməklə bu bölgəyə, onun əhalisinə böyük dəyər vermişdir. İndi bu sözlər bir daha təsdiqini tapır. Göygöl  təsərrüfat, tikinti, abadlıq, quruculuq işlərində göstərdikləri nümunələrlə, yaratdıqları xariqələrlə nəyə qadir olduqlarını əzmlə nümayiş etdirirlər. Əlbəttə, dövlətin qayğısından, ölkə rəhbəri İlham Əliyevin isti münasibətindən güc alaraq. Prezident İlham Əliyevin indiyədək dəfələrlə Göygöldə olması dövlət başçısının bu bölgəyə verdiyi böyük önəmin göstəricisidir.

Qax rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Məsələn, inişil il Sabirabad rayonunda keçirilən ümumrespublika müşavirəsində yerlərdə ixracyönümlü məhsul istehsalının artırılması üçün Prezidentin verdiyi tapşırıqların icrası nəticəsində Qaxda fındıq bağlarının genişləndirilməsi məqsədilə 2016-cı ilin payız əkini mövsümündə 1275 hektar, 2017-ci ilin yaz əkini mövsümündə isə 513 hektar olmaqla, cəmi 1788 hektar ərazidə yeni fındıq bağları salınıb. Ümumilikdə isə rayonun mövcud olan fındıq bağlarının sahəsi son 3-4 il ərzində 2800 hektar genişləndirilərək 6800 hektara çatdırılıb. Bu istiqamətdə işlərin davam etdirilməsi üçün rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 700 hektara yaxın örüş sahəsinin və kolluq sahənin əkin dövriyyəsinə cəlb edilməsi üçün müvafiq işlər görülüb. Kecən təsərrüfat ilində ötən illə müqayisədə 274,8 hektar çox olmaqla 605,8 hektar sahədə tütün əkini aparılıb ki, bunun da 582,3 hektarını “Virciniya”, 8,5 hektarını “Berley” növlü ətirli növlər, 15 hektarını isə digər tütün növləri təşkil edir. Sahibkarlara subsidiyaların verilməsi, satınalma qiymətlərinin artırılması kimi dövlət dəstəyinin təmin olunması məhsul istehsalçılarında bu sahəyə marağı artırıb, tütün istehsalının genişləndirilməsinə münasibət ciddi şəkildə dəyişib. Məsələn, bu il 5500 tondan artıq yaşıl tütün yarpağı tədarükü gözlənilir ki, bu da 2016-cı illə müqayisədə 1,7 dəfə çoxdur. Tədarük olunmuş tütün məhsuluna görə istehsalçılara 1,1 milyon manatdan artıq vəsait ödəniləcək. 1248 nəfərin mövsümi işlə təmin olunduğu tütün istehsalında hazırda “Virciniya” növü üzrə 962,2 ton yaş tütün emal müəssisələrinə təhvil verilib.

Onu da qeyd edək ki, müstəqilliyin ilk illərində obyektiv və subyektiv səbəblər üzündən təkcə Qaxda deyil, eləcə də respublikamızın hər yerində barama istehsalı dayandırılmışdı. Son illər bu sahəyə də xüsusi diqqət yetirilir. Baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar Prezidentin verdiyi sərəncam və tapşırıqlara uyğun olaraq bu sahəyə dövlət dəstəyi təmin edilir. Qax kümçülərində inam və böyük ruh yüksəkliyi yaranıb, nəticədə ötən dövr ərzində ilk dəfə olaraq 2016-cı ildə 3,8 ton, bu il isə 12,5 ton yüksək keyfiyyətli barama istehsalı təmin edilib. Baramaçılıqla məşğul olan 72 kümçüyə 50 min manat vəsait ödənilib, 62,6 min manat subsidiyanın verilməsi isə yaxın vaxtlarda təmin olunacaq.

İndi zaman yeni, tələblər fərqlidir. İnkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsinə, mütərəqqi texnologiyalara geniş meydan vermədən aqrar sektorda əsaslı irəliləyişə nail olmaq, istehsalda rentabelliyi təmin etmək qeyri-mümkündür. Kənd təsərrüfatını sənaye təməli üzərinə keçirmək müasir dövrün qarşıya qoyduğu ən mühüm vəzifədir. Qax bu sahədə də respublika üzrə öncül mövqeyini təmin edə bilmişdir.

Bu gün Qaxda yaşamaq da, işləmək də gözəldir. Son illər rayonda tikinti, abadlıq və quruculuq işləri vüsət almışdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına rayonun formalaşan sosial infrastrukturu əhalidə böyük minnətdarlıq duyğuları yaradır. Kəndarası yolların təmirində, əsaslı şəkildə yenidən qurulmasında, əhalinin içməli su təminatının ödənilməsində, elektrik enerjisi və təbii qazla təminatında, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasında, pensiya və təqaüdlərin artırılmasında əldə edilən ciddi dönüş dövlət başçısının xalqın xoş güzəranı, firavan həyatı üçün necə böyük işlər gördüyünü təcəssüm etdirir.

Prezident İlham Əliyev demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.

Dövlət başçısının bu aydın mövqeyi, təbii ki, hər bir məmur üçün nümunədir, fəaliyyətini müəyyən edən konkret istiqamətdir. Bu mənada son illər Qaxda əhalinin həyat tərzini daha da yaxşılaşdırmaq, xidmət sahələrinin işini canlandırmaq istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yol infrastrukturunun yaxşılaşdırılması davam etdirilir.

İqtisadi, sosial və mədəni həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz, son illərin əsaslı inkişaf və yüksəlişini əks etdirən fakt və rəqəmlər bir daha sübut edir ki, Qax uğurlu yol üstədir. Əldə edilmiş böyük uğurlar qaxlıları əsla arxayınlaşdırmır. İndi bütün sahələrdə əlavə imkan və ehtiyat mənbələri müəyyən olunur. Yeni-yeni təşəbbüslər meydana çıxır, bütün qüvvə və səylər daha böyük hədəflərə yönəldilib. Bu gün Qaxda yaradıcı, təşəbbüskar ab-hava, sağlam mənəvi-psixoloji mühit, qarşılıqlı hörmət və ehtiramdan qaynaqlanan vətəndaş-məmur münasibətləri mövcuddur.

... Qaxdan – bu bərəkətli bölgəsindən hazırladığım son yazımı yekunlaşdırmaq istəyirəm. Ancaq hələ deyiləsi sözüm çoxdur. Qeyd dəftərçəmdəki fakt və rəqəmlərin heç yarısından da istifadə edə bilməmişəm. Bu fakt və rəqəmlərin arxasında isə böyük səy, gərgin zəhmət, ardıcıl və qətiyyətli fəaliyyət dayanır...

Bəlkə də, belə yaxşıdır. Görünür, Qax haqqında ən yaxşı yazı hələ bundan sonra yazılacaqdır...

Sadiq YOLCU,
Azərinform.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:18

Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?

06:39

YENİ İLİN İLK GÜNLƏRİ: Göygöllülər sabaha böyük inam və ümidlə baxırlar...

19:00

Tanınmış hərəkatçı, iş adamı Araz Şirinov vəfat edib - Vida sözü

16:30

“Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb

01:17

"Orbita” MTK-nın rəhbəri Famil Bağıyev Həmrəylik günü və Yeni il münasibətilə xalqı təbrik edib

01:08

ABŞ-dan inanılmaz: Zurabişvilini “tanımağa” hazırlaşır

23:15

Gələn il bəzi dövlətlər parçalanacaq - Deputat

23:12

Prezident və xanımı ekipaj üzvlərinin vida mərasimində...

23:11

Prezident müsahibə verdi

18:30

“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi

20:02

Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi

19:57

Yeni Suriyada kürdlərə yer varmı? - İNCƏLƏMƏ

21:59

“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

00:59

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

23:59

Putin-Fitso görüşü: Çətin vəziyyət yaranıb

23:52

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

22:12

Prokuror “Kanal 11”in direktoruna cəza istəyib

21:57

Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlandı

21:54

"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur