Təkzib
olke
15:50
29.05.2019
931
Bildiririk ki, “Kommersant.az” portalının 27 may 2019-cu il tarixli sayında getmiş “Ağsu rayon icra başçısının tender biznesi” başlıqlı yazıda qeyd edilənlər qərəzli və qeyri-obyektiv fikirlərdir.
Belə ki, 2019-cu ildə küçələrin asfaltlaşdırılması ilə bağlı ayrılmış 492,8 min manatlıq iş görülməsi üçün keçirilmiş tenderdə “ATF” MMC qalib gəlmişdir. Hazırki vaxtadək Ağsu şəhərinin küçələrinin 90 faizə qədəri əsaslı təmir edilərək asfaltlaşdırılmışdır. Bu işlər hazırda da davam etdirilir.
Ayrılmış büdcə vəsaitindən digər məqsədlər üçün istifadə olunması barədə qeyd edilənlər həqiqətə uyğun deyil.
Bunları nəzərə alaraq dərc etdiyiniz yazı ilə bağlı təkzib verməyinizi tələb edirik. Əks təqdirdə tərəfimizdən barənizdə lazımi instansiyalar qarşısında məsələ qaldırılacaqdır.
Ağsu rayonu İcra Hakimiyyəti