Gömrük xidmətinin inkişafı da ulu öndər Heydər Əliyevin əməyinin nəticəsidir

13:38 30.09.2019 714
Gömrük xidmətinin inkişafı da ulu öndər Heydər Əliyevin əməyinin nəticəsidir

Azərbaycan xalqının tarixində müstəsna rolu və xidmətləri ilə ümumxalq məhəbbəti qazanaraq canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisi və qurucusu kimi əbədiyaşarlıq hüququ qazanmışdır. Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı fundamental siyasi ideologiyanın, bütün vətəndaşlarının hüquqlarını qoruya bilən dövlətin əsasını qoymuş, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratmışdır.

Dünyada tarixiş əxsiyyətlər çox olub, indi də var. Amma müəyyən dövrdə tarix yaradan həmin şəxsiyyətlərin heç də hamısının taleyinə xilaskarlıq missiyası düşməyib. Heydər Əliyev isə Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə əsl xilaskarlıq missiyasını yerinə yetirib. Birinci dəfə mərkəzi hakimiyyət, ikinci dəfə isə xalq Azərbaycanın taleyini ona etibar edib və hər iki dəfədə ulu öndər üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirib. Özünün siyasi səriştəsi, iqtisadi qabiliyyəti, idarəetmə məharəti, intellektual səviyyəsi və təbii ki, Azərbaycana, xalqa tükənməz sevgisi ilə.


Oturuşmuş, inkişaf etmiş, zəngin dövlətçilik ənənəsi olan ölkələrdə hər hansı - istər siyasi olsun, istərsə də iqtisadi missiyanı yerinə yetirmək elə də çətin deyil. Çünki bunun üçün baza, bünövrə var. Böyük, güclü, həddən artıq mərkəzləşdirilmiş bir imperiyanın daxilində Azərbaycan kimi ittifaq subyektini dirçəltmək, uzaq gələcəyə hesablanmış addımlar atmaqla onun mərkəzdən asılılığını azaltmaq, sonra isə bütün çətinliklərə sinə gərərək gənc dövlətin müstəqilliyini qoruyub saxlamaq, hər sahədə böhranın hökm sürdüyü bir dövrdə çoxlarının təhlükəli və riskli hesab etdiyi islahatlar aparmaq və bu qətiyyət hesabına çox qısa zamanda sabitlik yaradıb ölkəni düzgün inkişaf yoluna çıxarmaq hər siyasi liderin hünəri deyil.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə (1969-1982) Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqar əyalətindən bütün sahələr üzrə sürətlə inkişaf edən qabaqcıl respublikasına çevrildi və məhz həmin dövrdə müstəqil ölkənin elmi-texniki, sosial-iqtisadi bünövrəsi qoyuldu.

Təəssüf ki, 1985-ci ildə ittifaq rəhbərliyindəki dəyişikliklə həmin bünövrə şüurlu surətdə dağıdılmağa başladı və müstəqilliyin ilk illərində - 1992-ci ildən 1993-cü ilin yayınadək bu proses davam etdi. Vəziyyəti həmin qərəzli dağıdıcı siyasətin qanlı tərkib hissəsi olan Dağlıq Qarabağ savaşı daha da mürəkkəbləşdirirdi. Bir tərəfdən SSRİ-nin süqutu nəticəsində müəssisələr arasındakı əlaqələrin pozulması, Qarabağ problemi ətrafında baş verən hadisələr, torpaqların işğalı, qaçqın və köçkün dalğaları, digər tərəfdən də o dövrdəki rəhbərliyin səriştəsizliyi Azərbaycanın sosial-iqtisadi vəziyyətini kritik həddə çatdırmışdı.

Gənc dövləti belə bir vəziyyətdən yalnız xalqın güvəndiyi Heydər Əliyev xilas edə bilərdi. Ölkədə baş verən sonrakı hadisələr göstərdi ki, xalq öz güvəncinə çox düzgün arxalanıb. Ulu öndərin xalqın tələbi və seçimi sayəsində hakimiyyətə qayıdışı ilə qısa müddətdə ictimai-siyasi sabitlik bərqərar oldu, Qarabağ savaşında atəşkəs əldə edildi və irimiqyaslı islahatlara start verildi. Nəticədə ölkədə maliyyə vəziyyəti stabilləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ilbəil artmağa, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandıqdan sonra isə ölkənin neft-qaz sektoru digər sahələrin inkişafı üçün lokomotivə çevrildi. Bu, əslində Heydər Əliyevin müəlliflik etdiyi yeni neft strategiyası idi.

Ölkədə dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanması da Heydər Əliyevin adı ilə bağlıdır. İstər bu sahədə təkmil qanunvericilik bazasının yaradılması, istərsə də dövlət proqramlarının qəbulu ulu öndərin təşəbbüsü ilə reallaşıb. Təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun günün tələbləri səviyyəsində yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici sərmayələrin cəlb edilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və sosial müdafiəsinin gücləndirilməsində həmin proqramlar mühüm rol oynayıb. Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən maddi və mənəvi dəstək verilməsinin təşəbbüskarı da Heydər Əliyevdir. Bu gün ölkənin özəl sektorunda çalışanların əksəriyyəti ümummilli liderin 2000-ci ilin aprel və may aylarında yerli və Azərbaycanda fəaliyyət göstərən xarici iş adamları ilə görüşlərini unutmayıblar. Məhz həmin görüşlərdən sonra ulu öndər sahibkarlığın inkişafı üçün həyati əhəmiyyət kəsb edən bir sıra vacib sərəncamlar imzaladı. Həmin sərəncamlarla hüquq-mühafizə və vergi orqanlarının sahibkarların fəaliyyətinə yersiz müdaxilə etmələri qadağan olundu, özəlləşdirmənin şərtləri yumşaldıldı, bacarıqlı, təşəbbüskar iş adamlarına münbit şərait yaratmaq üçün əlaqədar dövlət qurumlarına tapşırıqlar verildi.

Beləliklə, ulu öndərin həyata keçirdiyi bu və digər strateji tədbirlər nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı alındı və 1995-ci ildən keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başladı.

Azərbaycanda Heydər Əliyevin adı ilə bağlı olan təkcə bu uğurlar deyil. İqtisadiyyatın digər sahələri kimi, gömrük xidmətinin inkişafı da ulu öndər Heydər Əliyevin əməyinin nəticəsidir. Belə ki, həyata keçirilən fəal xarici siyasət beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsinə, bir çox dövlətlərlə yüksək səviyyədə əlaqələrin qurulmasına, ölkənin siyasi imicinin dəyişməsinə səbəb olmuş, onun xarici-iqtisadi əlaqələrinin genişlənməsi və ölkəyə güclü investisiya axını üçün zəmin yaratmışdı.

Yeni tarixi şərait ölkəyə investisiya təyinatlı malların idxalının artımı, xarici-iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsi, eləcə də bazar iqtisadiyyatına keçid şəraitində sahibkarlığa sağlam rəqabət şəraiti yaradılmasını tələb edirdi. Azərbaycan Gömrük Xidmətinin işinin yenidən qurulması üçün keçmiş SSRİ-dən miras qalmış hüquqi-normativ bazanın, texniki resursların və kadr potensialının yeniləşdirilməsi tələb olunurdu.

1995-ci il yanvarın 9-da Azərbaycan Prezidentinin yanında gömrük işinin təşkilinə həsr olunmuş müşavirə respublikada gömrük xidmətinin yenidən qurulması, inkişafının əsas istiqamətləri və prinsiplərini müəyyən etdi. Heydər Əliyev həmin müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyətini təhlil edərkən demişdi: “Gömrük orqanları Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra yaranmışdır. Onlar fəaliyyət göstərir, ancaq mən ümumən deyə bilərəm ki, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlərlə yanaşı, böyük nöqsanlarımız, çatışmazlıqlar da var. Bunların başlıcası iqtisadiyyatın belə vəziyyətə düşməsi, xarici ölkələrlə iqtisadi əlaqələrin sağlam, düzgün əsasda qurulmamasıdır. Bu çatışmazlıqların mövcud olmasının əsas səbəblərindən biri gömrük orqanlarının işindəki nöqsanlardır”.

Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. 1995-ci ilin əvvəllərindən etibarən, Dövlət Gömrük Komitəsi yeni rəhbərliyinin az müddətdə kadr potensialını yeniləşdirməsi, gömrük nəzarətinin səmərəsinin və xidməti intizamın gücləndirilməsi, struktur dəyişikliklərinin keçirilməsi, gömrük buraxılış məntəqələrinin texniki resurslarının möhkəmləndirilməsi və yeni gömrük postlarının yaradılması, avtomatlaşdırılmış idarəetmə sisteminə keçid, tarif-tənzimləmə sisteminin təkmilləşdirilməsi və s. tədbirləri nəticəsində respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı.

Ümummilli lider Heydər Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirə və yığıncaqlarda, xüsusilə, 1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının fəaliyyətini son dərəcə dəqiqliklə təhlil edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdi.

“Hesab edirəm ki, sizin qarşınızda, Azərbaycan gömrük təşkilatının, Gömrük Komitəsinin qarşısında duran vəzifələr çox böyükdür və siz bu vəzifələri layiqincə yerinə yetirməyə özünüzü səfərbər etməlisiniz. Gömrük xidmətinin vəzifəsi təkcə iqtisadi xarakter daşımır, yəni gömrük xidməti Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün lazım olan bir təşkilat kimi, eyni zamanda, başqa funksiyalar da daşıyır. Bu funksiyaların hamısını siz layiqincə yerinə yetirməlisiniz” - deyən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi vəzifəsinin yerinə yetirilməsində, dünya birliyində respublikamızın demokratik, hüquqi bir dövlət olaraq tanınmasında gömrük xidmətini də mühüm dövlət orqanı kimi ön cərgədə görmək istədiyini bildirirdi.

Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu xeyli artırıldı, gömrük işinin iqtisadi göstəriciləri və maddi-texniki resursları, informasiya təminatı yaxşılaşdırıldı, gömrük qanunvericiliyinin formalaşdırılması, hüquqi-normativ sənədlərin və gömrük işinə dair ilk milli dərsliklərin yaradılması, tədris-metodiki vəsaitlərin hazırlanması həyata keçirildi, Azərbaycan gömrüyünün beynəlxalq təşkilatlarla əlaqəsinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılması sahəsində səylər geniş xarakter aldı.

Gömrük işi sahəsində həyata keçirilən islahatlar - gömrük hüquqpozmalarının qarşısının alınmasını, gömrük nəzarətində mütərəqqi texnologiyaların tətbiqini, gömrük ödənişlərinin büdcəyə daxil olmasına nəzarətin və valyuta nəzarətinin gücləndirilməsini, gömrük sənədlərinin beynəlxalq tələblərə uyğunlaşdırılmasını, bütövlükdə, gömrük xidmətinin və onun struktur bölmələrinin işinin effektivliyinin müntəzəm olaraq təhlil edilməsini və s. məsələləri nəzərdə tuturdu.

Azərbaycan Respublikasında gömrük işinin formalaşmasında onun qanunvericilik və hüquqi-normativ bazasının yaradılması əsas yer tutur. Gömrük işinin hüquqi əsaslarının yaradılması sahəsində mühüm rol oynayan və Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli qanunu ilə təsdiq edilən Gömrük Məcəlləsində dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin məqsədləri ifadə olunmuşdur.

Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinə dair qəbul edilmiş Prezident fərmanları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, həmçinin digər hüquqi-normativ sənədlər idxal-ixrac əməliyyatlarına gömrük nəzarətinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynasa da, Gömrük Məcəlləsinin təsdiq olunması, “Gömrük tarifi haqqında” qanunun qüvvəyə minməsi gömrük işinin hüquqi bazasını daha da möhkəmləndirdi. Bu qanuna əsasən, Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları” təsdiq edildi.

Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Prezidentinin 27 oktyabr 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə də mühüm yer tutur. Bu sənəddə ölkədə gömrük siyasətinin strateji məsələlərinin müəyyənləşdirilməsi və həlli mərhələsində DGK-nın funksiyaları öz əksini tapmışdır.

Azərbaycan Gömrük Təşkilatının işini dünya standartlarına yaxınlaşdıran mühüm sənədlərdən biri də Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli qanunu ilə təsdiq olunmuş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” oldu. Gömrük orqanlarına hüquq-mühafizə səlahiyyətinin verilməsi ona qaçaqmalçılıq və gömrük işi sahəsində digər cinayətlərin qarşısının alınmasında məqsədyönlü tədbirləri həyata keçirməyə imkan verdi.

Sözügedən dövrdə Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələri də genişlənmiş, Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsində və möhkəmləndirilməsində rolu artmışdır. Azərbaycan Respublikası 17 iyun 1992-ci ildən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) üzvü olsa da, yalnız 1995-ci ildən başlayaraq gömrük sisteminin yüksələn xətlə inkişafı, beynəlxalq standartlara uyğun olaraq gömrük işinin təkmilləşdirilməsi beynəlxalq təşkilatlarda daha geniş və səmərəli təmsil olunmacına şərait yaratdı. ÜGT-nin Baş katibi Mişel Danenin 1999-cu ilin sentyabrında postsovet məkanında ilk dəfə Azərbaycana səfəri və dövlət başçısı Heydər Əliyevlə danışıqları ölkəmizlə bu təşkilat arasında ikitərəfli əlaqələrin yaradılmasında mühüm rolu oynadı.

Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Müasir dövrdə Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır. Bu müasir gömrük sistemini müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev yaratmışdır.

Vəzir HƏSƏNOV,
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:59

Putin-Fitso görüşü: Çətin vəziyyət yaranıb

23:52

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

22:53

Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin rəisi Mobil Aşurovunun haqqında yazılanlar həqiqəti əks etdirmir - MÖVQE

22:12

Prokuror “Kanal 11”in direktoruna cəza istəyib

21:57

Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlandı

21:54

"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi