Ağsu Rayon Pirhəsənli kənd tam orta məktəbində "Erkən nigah,dini radikalizm və narkomaniyanın fəsadları" adlı maarifləndirici tədbir keçirilmişdir
region
19:30
8.05.2024
567
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan Ağsu Rayon Pirhəsənli kənd tam orta məktəbində "Erkən nigah, dini radikalizm və narkomaniyanın fəsadları" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin, Ağsu Rayon Polis Şöbəsinin, Ağsu Təhsil Sektorunun, Gənclər və İdman Nazirliyinin yerli şöbəsinin əməkdaşları, məktəbin yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər erkən nigahın,dini radikalizmin və narkomaniyanın cəmiyyətimizə vurduğu ziyanlardan danışmış, gənclərin bu zərərli vərdişlərdən və qanunsuzluqlardan uzaq durmaları tövsiyyə edilmişdir. Bildirilmişdir ki, Rayonumuzda Narkomaniya ilə mübarizə günü gündən daha sərt şəkildə aparılır. Qanunsuz maddələrin satışı və yayılması ilə məşğul olanlar qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. "Ağ ölüm" adlanan bu zərərli vərdişlərin insan həyatına ölümcül təsiri, ona aludəçiliyin törətdiyi fəsadlar barədə geniş məlumat verildi.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı erkən nigah və dini radikalizm də cəmiyyətimizə zərər gətirə biləcək amillərdəndir.
Tədbirdə çıxış edənlər şagirdlərə dini qruplara qoşulmamağın, narkotik vasitələrdən istifadənin cinayət olduğu geniş şəkildə izah edildi. Bu qanunsuzluqlarla mübarizədə cəmiyyətimizin, vətəndaşların hüquq mühafizə orqanlarına ciddi dəstəyinin gərəkdiyi də bildirildi.
Sonda şagirdləri maraqlandırılan suallar cavablandırıldı.
Biz də Xebercimedia.az olaraq belə maarifləndirici tədbirlərin keçirilməsini alqışlayır bu və əməyi keçən qurumlara təşəkkürümüzü bildiririk
Hazırladı : Valid Musayev