Prezident Əliyevin çıxışı: AXC iqtidarının adını çəkmədi, “iki bacı” tandemi...

10:45 23.11.2022 851
Prezident Əliyevin çıxışı: AXC iqtidarının adını çəkmədi, “iki bacı” tandemi...

Hesabat xarakterli çıxışında Prezident uğurlu xarici siyasətin necə həyata keçirilməsi ilə yanaşı, bəzi beynəlxalq təşkilatlara və dövlətlərə də mesajlar göndərdi
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30-cu ildönümü münasibətilə etdiyi çıxışında partiyanın sədri, Prezident İlham Əliyevın çıxışı dörd əsas istiqamətdə dəyərləndirilə bilər.

Birincisi, YAP-ın yaranması və Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində oynadığı mühüm rolun qeyd edilməsi. İkinci mühüm istiqamət Azərbaycanın o illərdə üzləşdiyi siyasi böhran və iqtisadi çətinliklərlə bağlıdır. Üçüncü istiqamət isə Azərbaycanın işğala məruz qalması, ərazi bütövlüyünü bərpa etmək, iqtisadiyyatını və ordusunu möhkəmlətmək üçün apardığı mübarizə qeyd olunur. Sitat: “1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”. Bu çıxış həm də İlham Əliyevin hakimiyyətə gəlməsindən keçən 19 illik dövrə baxış da sayıla bilər.

Xüsusilə dövlət başçısının müxalifətin də dəvətli olduğu tədbirdə AXC hakimiyyətinin adını çəkməməsi diqqət çəkdi. Prezidentin çıxışında uğurlu xarici siyasət, beynəlxalq təşkilatlarla əlaqələr məsələsi ilə, həmçinin “iki bacı” - Fransa-Ermənistan tandemi barədə açıqlamaları necə şərh edilə bilər?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin təxminən 35 dəqiqəlik nitqi tarixi çıxış idi: “Mən yubiley tədbirində iştirak edən, YAP-ın üzvü olan bir vətəndaş kimi bu çıxışda Azərbaycanın yaxın keçmişi, bu günü, gələcəyi ilə bağlı çox böyük əhəmiyyət daşıyan fikirləri dinlədim. Həmişə olduğu kimi, bu dəfə də cənab Prezidentin çox maraqlı, dövlətimizin inkişaf yolu, kursu ilə bağlı olduqca lazımlı fikirlərini məmnunluqla dinlədik. Prezidentimiz çıxışında bir çox sahələri özündə ehtiva elədi. Öncə təbii ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı tarixə ekskurs olundu, Heydər Əliyevin bu partiyanın yaranmasında və ölkəmizin yenicə müstəqilliyə qədəm qoyduğu dövrdə oynadığı mühüm rolu qeyd etdi. Ölkəmizin düşdüyü böhranlı vəziyyətdən çıxmaqda Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın iqtidara gəlməsinin rolundan danışdı. Həmçinin iqtisadiyyatımızın güclənməsi, ordumuzun möhkəmlənməsi ilə bağlı görülən işlərdən danışaraq bəyan etdi ki, güclü iqtisadiyyat və güclü ordu yaratmadan qalib bir dövlətə çevrilə bilməzdik. Diqqətçəkən həm də o oldu ki, Prezident güclü ordu quruculuğunu həyata keçirərkən müəyyən məxfiliyə üstünlük verdiyimizi dedi. Bütün bunlar Heydər Əliyevin əsasını qoyduğu inkişaf prosesinin İlham Əliyevin zamanında necə böyük məharətlə, necə siyasi varislik əsasında uğurla həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev atasının dövlətimizin gələcəyi ilə bağlı vəsiyyətini reallaşdırdığını da söylədi. Bu isə onu deməyə əsas verir ki, cənab İlham Əliyevin ölkəmizin inkişafı, torpaqlarımızın azad olunması istiqamətində bu illər ərzində nümayiş etdirdiyi müdhiş mübarizə, parlaq fəaliyyətdə ona stimul verən, ona güc verən həm də atasının vəsiyyətini həyata keçirmək istəyi olub. Bu istək Prezidentə əlavə güc, əlavə qətiyyət verib. Yəni ölkənin rəhbəri kimi üzərinə götürdüyü məsuliyyətlə yanaşı, həm də ata vəsiyyətini yerinə yetirmək məsuliyyəti öz sözünü deyib. Qələbələrimizdə bu amilin böyük rolu olub”.

Ç.Qənizadə onu da dedi ki, hesabat xarakterli çıxışında Prezident uğurlu xarici siyasətin necə həyata keçirilməsi ilə yanaşı, bəzi beynəlxalq təşkilatlara və dövlətlərə də mesajlar göndərdi. Hətta Fransa-Ermənistan tandeminin əslində necə göründüyünü çox ustalıqla ifadə etmiş oldu.

Ekspert onu da qeyd etdi ki, hakim partiyanın 30 illiyi tədbirinə ölkədəki bütün siyasi partiyalar dəvətli idi: “Bunun özü bir yenilik, bir yaxşı nümunə idi. Və çox yaxşı bir yenilik, siyasi münasibətlər sisteminin inkişafını göstərən bir məqamdır. Ölkənin gələcəyi həm də iqtidar-müxalifət əməkdaşlığından, dialoq mühitindən, bu cür önəmli günlərdə bir-birinin yanında olmaqdan keçir. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə müxalifət partiyası olaraq yaranıb. Cənab Prezidentin partiyanın 30 illiyi tədbirində o dövrlərdə müşahidə olunan müəyyən xoşagəlməz məsələlərə toxunmaması cənab Prezidentin böyüklüyüdür və siyasi münasibətlər sistemimizin uğurlu yolda olmasının daha bir təzahürüdür. Bu, bir daha onu göstərir ki, Prezident və onun komandası siyasi partiyalarla əməkdaşlığa daim hazırdır”.

Əbülfəz Elçibəy iqtidarının baş naziri, AXP sədri Pənah Hüseyn isə bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubiley tədbirində ən diqqət çəkən və çox ciddi müsbət siyasi məqam “daxili düşmənlər” mövzusuna yer ayrılmaması oldu.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO