Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənovanın barəsində yazılanlar şər və böhtandır - MÖVQE

23:50 2.05.2023 391

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənovanın məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənovanın haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Sevinc Həsənova öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən təhsil məmurudur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Sevinc Həsənova xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Sevinc Həsənova elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan məmurdur ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Sevinc xanım yüksək savada və dünyagörüşə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Sevinc Həsənovaya məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Bəli, o, hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Sevinc Həsənovanın əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında, sosial şəbəkələrdə onun haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Sevinc Həsənovanın haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa peşəkarlıq qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlar atardılar.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir vəzifə sahibi qanunsuzluğa rəvac verdiyinə görə ciddi tənqid olunursa, vəzifədən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənovanın haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir xanıma qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Mingəçevir üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

07:24

“Nar” metroda şəbəkəsini gücləndirir

22:02

Hüquqi dövlət

17:00

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

23:45

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

23:43

“Nar” şəbəkəsi Xankəndi şəhərində

19:43

Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə! – Sabahdan...

13:39

“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir

02:34

Hərbçilərimiz Xocavəndin mərkəzində - VİDEO

02:29

Azərbaycan rəsmisi Xankəndidən FOTOSUNU paylaşdı

02:26

Prezident antiterror tədbirlərindən DANIŞDI

02:24

Saakyan, Qukasyan və Arutyunyan Xankəndidədir – Azadlıq radiosu

19:56

Qardaşlıq jesti

01:22

Bu gün Azərbaycanda Anım Günüdür - UNUTMARIQ! UNUTDURMARIQ!

01:15

"Cır-cındır içində, dilənçi, ac...” - Çingiz Abdullayev əsəbiləşdi

01:12

Günün fotosu – Bin Laden ola bilməyən Ruben

00:21

Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir

01:47

Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev barədə deyilənlərə TUTARLI BİR CAVAB

23:46

İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti

16:55

“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!

21:05

Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir

20:51

Ciddi təhlükə mənbəyi

02:25

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə Beynəlxalq Elmi-Praktik Konfrans öz işinə başlamışdır

00:03

Azərbaycan Milli Kitabxanası TƏKZİB EDİR: "Milli Kitabxana açıqdır və..."

16:52

“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!

07:35

Allah rəhmət eləsin!

02:00

Paşinyan üçün SONUN BAŞLANĞICI – İrəvanı itirən Nikolu kim xilas EDƏCƏK?

22:53

DİPLOMSUZ ŞƏHİD VƏ QAZİLƏRİMİZ…

22:49

Birgə ticarətin inkişaf dinamikası

13:13

“Nar” “Bilik günü”-də Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

23:45

Ağsu şəhər 3 saylı tam orta məktəbdə 15 sentyabr "Bilik günü"nə həsr olunmuş tədbir keçirilmişdir

13:06

“Nar” beynəlxalq mükafata layiq görüldü

07:46

“Nar”dan yeni dərs ili üçün əla fürsətlər!

07:41

“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir

11:27

Qubada dünya standartlarına cavab verən “SHİSHA” CAY EVİ - Burada hər şey gözəldir...