Arabesk musiqinin atası olaraq qəbul edilmiş Müslüm Gürsesin gerçək soyadının nə olduğu Türkiyə medasinın gündəmini zəbt edib.
azerinform.az haberler-ə istinadən xəbər verir ki, illərdir Müslümün heç kimin bilmədiyi soyadı - "Akbaş" onun məzar daşına yazılıb.
Atası anasını öldürdü
Məşhurluq yolunda iri addımlar atmağa çalışan Müslüm Gürses gənc yaşlarında anası Emine ilə qardaşı Ahmeti itirib. Öldürülən anasının qatili atası Mehmet Akbaş olub. Müslüm Gürses həbsxanaya girən atasıyla bir daha görüşməyib. Sənətçi həyatının bu məqamı ilə bağlı heç bir zaman danışmaq istəməyib. Müslüm Gürsesin həbsxanadan çıxan atası Şanlıurfada özünə yeni bir həyat qurub.