“Hazırda xəstəlik ailə üzvlərindən bir-birinə, yaxud işdə əməkdaşlar arasında yoluxmaqla daha çox artır”.
Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, hər bir insanın qarşısına polis əməkdaşı qoymaq mümkün deyil:
"İnsanlar özləri də məsuliyyətli olmalıdırlar".
Y.Qarayevanın sözlərinə görə, COVID -19-la mübarizəni təkmilləşdirmək üçün ambulator yardım Səhiyyə Nazirliyinə həvalə olunub:
"Bu bizim yükümüzün azaldılmasıdır. Xəstələrə nəzarəti sahə həkimləri edəcək. Bəlli saatlarda həkimlər telefon vasitəsilə xəstələri nəzarətdə saxlayacaq".