Şəhidlər qürur mənbəyimizdir
olke
14:37
14.11.2020
1 114
Vətən torpağı hər bir vətəndaş üçün nə qədər doğma və əzizdirsə, vətən uğrunda canından keçən hər şəhidimiz də o qədər doğma və əzizdir. Vətən müharibəsi zamanı xalqımızın hər bir üzvü əlindən gələn bütün dəstəyi ordumuza etməyə çalışmışdır. İstər şəhidlərimiz, istər qazilərimiz daima bizlər üçün müqqəddəs insanlar, qürur mənbəyimizdir.
Ağsu rayonunda da bütün dövlət orqanlarında daima şəhid ailələrinə yüksək diqqət və ehtiramın olduğunun dəfələrlə şahidi olmuşuq. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı cənab Vahid Tağıyev də rayonumuzda olan şəhid ailələrini daima diqqətdə saxlayır, onların problemləri ilə yaxından tanış olur.
Xeberci.info olaraq vətəndaşların qəbulu zamanı görüşlərdə dəfələrlə biz də iştirak etmişik və RİH başçısının şəhid ailələrinə qayğısının şahidi olmuşuq. Sentyabr ayının 27-dən başlayan müharibə zamanı Ağsumuz da şəhidlər verib. Zaman və məkanından asılı olmayaraq bütün şəhidlərin dəfnində RİH başçısı, rayon digər rəhbər şəxsləri rayon ictimaiyyəti ilə birgə yaxından iştirak ediblər. Vahid Tağıyev iştirak etdiyi bütün dəfn mərasimlərdə daima şəhid ailələrinə əlindən gələn köməyi etməyə hazır olduğunu dəfələrlə qeyd etmişdir.
Bu gün Ağsu rayonuna gələn şəhidin dəfnində səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyən RİH başçısına qarşı bəzi sayt və sosial şəbəkə səhifələrində qərəzli şəkildə qarayaxmalar həyata keçirilir. Onun dəfn mərasimində guya bilərəkdən iştirak etmədiyi vurğulanır. Bütün Ağsu əhalisi yaxşı bilir ki, Vahid Tağıyev heç bir şəhid dəfnindən kənarda qalmayıb. Bir daha qeyd edirik ki, şəhidlər bizim üçün yüksək zirvədir, lakin bir insanın səhhəti orada iştirak etməyə imkan vermirsə, bunu anlayışla qarşılamaq lazımdır. Biz Xeberci.info olaraq media nümayəndələrini baş verən hadisələri geniş ölçüdə analiz etməyə, istənilən vəzifə sahibini günahsız yerə ittiham etməməyə çağırırıq.
Belə səriştəsiz xəbər yayımlayan sayt və informasiya portallarının rəhbərlərinə tövsiyə edirik ki, şəhidlərimizin, eləcə də ordumuzun, hərbi qulluqçularımızın fotoşəkillərini və onlar haqqında digər məlumatları dərc etməsinlər. Bilməliyik ki, düşmən tərəf bu informasiyaları əldə edib, dövətimiz əleyhinə əks təbliğat işi aparır. Buna əməl etməyənlər başa düşsünlər ki, necə deyərlər bunula “düşmənin dəyirmanına su tökmüş” olurlar.
Sonda Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.