“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib”
iqtisadiyyat
22:24
9.06.2020
1 060
“Nar” alternativ enerji sistemindən qidalanan ilk baza stansiyasını istifadəyə verib. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.
Yeni baza stansiyası vasitəsilə kəsintisiz şəbəkə təcrübəsini, yəni enerji təminatının daimiliyini təmin etmək üçün hibrid günəş sistemindən istifadə olunur. Belə ki, sahədə quraşdırılan əlavə elektrik batareyaları günəş şüalarının azaldığı zaman, buludlu hava şəraitində, axşam və ya gecə saatlarında ehtiyat enerji rolunu oynayaraq fasiləsiz təchizatı qorumağa imkan verir.
Alternativ enerji mənbəyi olaraq günəş enerjisindən istifadənin ətraf mühit üçün bir çox faydaları var. Panellərə texniki qulluq prosesinin zərərsiz olması, batareyaların uzunömürlülüyü və davamlılığı ətraf mühitin qorunmasına öz müsbət töhfəsini verir. Daha dayanıqlı “yaşıl” həllər üzərində çalışan “Nar”, bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq üçün gələcək perspektivləri də dəyərləndirir.
Hal-hazırda mobil operatorun 4G və 4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. “Nar” şəbəkəsi ölkə ərazisinin 97,7%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2.3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Daha ətraflı məlumat nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.