“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub
iqtisadiyyat
22:4914.11.2019819
Həyata keçirdiyi sosial əhəmiyyətli layihələri ilə seçilən “Nar”, böyük uğura imza ataraq beynəlxalq səviyyəli müsabiqədə mükafata layiq görülüb.
Rusiyanın paytaxtı Moskvada keçirilmiş "Eventiada IPRAGolden World Awards 2019" müsabiqəsinin mükafatlandırma mərasimində “Nar”ın “Təlim Məktəbi”layihəsi “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub.
Qeyd edək ki, bu nominasiya uğrunda mübarizədə mobil operator“Nestle” və “Volkswagen” kimi nüfuzlu şirkətlərin layihələrini geridə qoyaraq birincilik əldə edib.
“Müştəriyönümlu mobil operator olaraq KSM strategiyamızın təməlindəcəmiyyət üçün dəyər yaratmaq və sözün həqiqi mənasında faydalı olmaqla insanların həyatında müsbət dəyişikliklərə səbəb olmaq dayanır. “Təlim Məktəbi” layihəsi ilə biz fiziki məhdudiyyətli insanların peşəyə yiyələnməsinə və cəmiyyətə inteqrasiyasına öz töhfəmizi veririk. Şadam ki, bu layihə öz missiyasını uğurla yerinə yetirdi və ilk dəfə olaraq Azərbaycanı təmsil edən bir şirkət bu nüfuzlu platformada yüksək qiymətləndirildi”, - deyə “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.
Cari ildə Rusiya, MDB, Şərqi Avropa və Mərkəzi Asiyadan 13 ölkəni təmsil edən dövlət və ictimai təşkilatlar, eləcə də özəl şirkətlərin ictimaiyyyətlə əlaqələr sahəsində layihələri yarışıb.
Bu, “Nar”ın davamlı olaraq inkişaf etdirdiyi KSM strategiyasının ilk uğuru deyil. 2014-cü ildə Fransada keçirilmiş ənənəvi “Cannes Lions” festivalında “Nar Donor” layihəsi “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görülüb.
Xatırladaq ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,6%-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.