“LAÇIN DƏHLİZİNƏ NƏZARƏT ETMƏLİYİK” – “Şuşaya getdiyimiz kimi, Xankəndiyə, Xocalıya da gedəcəyik”

13:39 19.01.2021 612
“LAÇIN DƏHLİZİNƏ NƏZARƏT ETMƏLİYİK” – “Şuşaya getdiyimiz kimi, Xankəndiyə, Xocalıya da gedəcəyik”

Azərbaycanın özünun Xankəndi və digər məlum əraziləri üzərində suveren hüquqlarını bərpa etməkdə qərarlı olduğu, bu istiqamətdə addımlar atıldığı görünür. Yanvarın 11-də keçirilən Moskva görüşündən sonra Prezident İlham Əliyevin Şuşaya gedərək, oradan müəyyən sərt mesajlar verməsi də bunu təsdiqləyir.

“AzPolitika.info” bu aktual mövzunu Milli Məclisin deputatı, Xocalı rayonunun sabiq icra başçısı Elman Məmmədovla müzakirə edib.

- Elman müəllim, Prezident 28 ildən sonra 44 günlük müharibə ilə işğaldan azad olunan Şuşaya səfər etdi. Sizcə, bu səfərin hansı siyasi əhəmiyyəti var?

- Hesab edirəm ki, cənab Prezidentin Şuşa şəhərinə səfəri həm siyasi, həm də tarixi baxımdan əhəmiyyətlidir. Əvvəla, nəzərə almaq lazımdır ki, yolsuzluq şəraitində və mümkün təhlükələrə rəğmən Prezidentin Şuşa səfəri dünyaya və həm də düşmənlərimizə mesaj, Azərbaycan xalqı üçünsə qürur, ümid və sevincdir. Yəni Prezidentimiz bəyan edir ki, Qarabağın paytaxtının sahibləri gəlib. Bu, Prezidentin liderlik, sərkərdəlik, rəhbərlik göstəricisidir. Eyni zamanda, bu səfər o deməkdir ki, torpağın sahibləri bizik, siz müvəqqəti, gəldi-gedər idiniz və sizi yola saldıq. İndi biz gəlmişik Şuşaya, onun gerçək sahibləri. Bildiyiniz kimi, düşmənlərimizin güllələdiyi heykəllər, o cümlədən Üzeyir Hacıbəyovun büstü də Şuşaya aparılıb. Cənab Prezidentimiz 38 il əvvəl Şuşada olmuşdu, yenə də Cıdır düzünə getdi, döyüş yerlərinə baş çəkdi. Üstəlik, Şuşa səfəri zamanı Xocavənd və Füzulidə oldu, göstərişlər verdi. Bunların hamısı ümidverici səfərlərdir və bu torpağın əsl sahiblərinin kim olmasının nümayişidir. Dünyaya da mesaj verdik ki, bu əraziləri erməni separatçıları işğal etmişdi, indi onun gerçək sahibləri öz vətənini azad edib.

- Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Moskva görüşü 10 noyabrda imzalanan bəyanatın davamı idi. Bu səfərin ən üstün və müsbət tərəfi odur ki, 30 ildən sonra Moskva görüşünə Azərbaycan dövlətinin rəhbəri qalib kimi gedirdi. Sözsüz ki, məğlub olan və hələ də özünə gəlməyən Nikol Paşinyanın hərəkətləri, özünə inamsızlığı isə gülüş doğururdu...

Məlum olduğu kimi, bu görüşdə kommunikasiyaların yaradılması və açılması kimi məsələlər müzakirə edildi. Sözsüz ki, bu şərti qoyan tərəf də Azərbaycan idi. Rusiya da böyük, güclü dövlətdir, imperiyadır və görüş də orada keçirilib. Moskva bu prosesdə təşəbbüskar və vasitəçidir. Aydındır ki, Rusiyanın da burada rolu danılmazdır, ancaq qoyulan şərtləri və deyilənləri qəbul etməli olan tərəf Ermənistandır. Nəticə baxımından belə də oldu. Hesab edirəm ki, bu görüşlərin davamı olacaq, getdikcə daha geniş miqyaslı sənədlər imzalanacaq. Moskva görüşündə işçi qrupu yaradıldı və s. Amma aydındır ki, orada müəyyən mənada qıcıqlandırıcı məqamlar da oldu.

- Putinin çıxışını nəzərdə tutursunuz?

- Bəli, Vladimir Putinin açılış nitqində “maraqlı” məqamlar oldu. Məsələn, çıxışda Putin tərəfindən rəqəmlər səsləndirildi. Deyildi ki, Rusiyanın təşəbbüsü və dəstəyi ilə 48 mindən çox qaçqın öz ev-eşiyinə qaytarılıb. Sual olunur: bu 48 mindən artıq qaçqın-köçkün kimlərdən ibarətdir? Yaxşı, 28 ildən çox müddətdə erməni işğalı nəticəsində doğma yurd-yuvasından qovulan bizlərdən həmin 48 min qaçqının içərisində beş-on nəfər varmı? Yoxdur! Ancaq canfəşanlıqla tələm-tələsik öz günahları ucbatından qaçıb Ermənistana gedən erməniləri qaytarıb gətirirsiniz. Bizim də qeydimizə qalmaq lazımdır, mən də istəyirəm ki, evimə, Xocalıya qayıdam. Mənim kimi on minlərlə köçkün onun evində yaşayan erməniləri çıxarıb öz ev-eşiyinə sahib durmaq istəyir. Biz də bunu istəyirik axı. Bizim qeydimizə niyə qalmırsınız? Erməni 50 gündür oradan qaçıb, biz az qala 30 ildir ki, vətənimizdən didərgin düşmüşük.

- Putinin orada səsləndirdiyi rəqəmlərdən belə aydın oldu ki, Xankəndiyə yüzlərlə ton inşaat materialları, humanitar yüklər çatdırılıb. Heç son zamanlar Rusiyanın öz vilayətlərinə belə iri miqyaslı dəstəyi haqqında mətbuatda məlumat yoxdur...

- Putin nitqində qeyd etdi ki, bu müddət ərzində 800 tondan artıq tikinti materialını Dağlıq Qarabağa göndəriblər. Maraqlıdır, bu materiallar kimlərə göndərilib? Bəlkə Qarabağdan qovulan, ev-eşiyi dağıdılan, viran qoyulan azərbaycanlılara da bu tikinti materiallarından verilib? Bəlkə ermənilərin 44 günlük müharibə zamanı heç bir günahı olmayan Gəncədə, Tərtərdə, Bərdərdə, Goranboyda, Ağcabədi və Beyləqanda dağıdılan evlərin sahiblərinə də bu 800 tonluq tikinti materiallarından verilib? Xeyr, hamısı ermənilər üçün göndərilib.

Həmçinin, qeyd edilir ki, Qarabağa 1,5 milyon tondan artıq humanitar yardım göndərilib. Kimə? Ancaq ermənilərə! Amma Qarabağda ata-baba torpaqlarımızdan didərgin salınan bizik. Humanitar yardım isə bu işğalı törədənlərə, bizi oradan qovanlara verilir. Təbii ki, bundan mənim kimi erməni işğalı nəticəsində yurd-yuvasından didərgin düşənlər narahat olur. Cənab Putin, Rusiya dövləti ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Siz, həmsədr kimi tərəfsiz olmalısınız. Ancaq bu hərəkətlər göstərir ki, Siz bir tərəfin, özü də işğalçı tərəfin qeydinə qalırsınız, ancaq təcavüzə uğrayan tərəf bu illər ərzində heç sizin yadınıza belə düşməyib. Bax, belə məqamlar var.

Rusiya Prezidenti sülhməramlıların fəaliyyətinə toxunaraq bildirdi ki, onlar öz fəaliyyətlərini çox yüksək səviyyədə həyata keçirirlər və s. Amma mən bu cür görmürəm. Sülhməramlı əgər Azərbaycan torpaqlarında mövcud olan qanunsuz, separatçı və cinayətkar qurumun rəhbərləri ilə ünsiyyətdədirsə, onlarla oturub-durursa, əməkdaşlıq edirsə, bu, artıq sülhməramlı missiyaya aid olmayan addımdır və onlara xələl gətirən hərəkətlərdir. Bu məsələlər bizi narahat edir və qıcıqlandırır.

Ümumilikdə isə Moskva görüşünü, onun nəticələrini müsbət qiymətləndirirəm.

- Vladimir Putinin dilindən Qarabağda olan qanunsuz silahlı dəstələrin çıxarılması da daxil olmaqla, Azərbaycanın suveren hüquqlarının bərpasına dair fikirlər eşitmədik. Sizcə, bu yanaşma narahatlıq yaratmalıdırmı?

- Təbii ki, bu yanaşma narahatlıq yaradır. Həmin görüşdə bizim görmədiyimiz, eşitmədiyimiz və bizə məlum olmayan məqamlar da var. Deyildi ki, üçtərəfli görüş 4 saatdan artıq çəkib. Yəqin açıqlanmayan məqamlar olub və sözsüz ki, cənab Prezident tərəfindən orada xalqımızı narahat edən bütün məsələlərə toxunulub. Burada həssas və bizi maraqlandıran əsas məqamlardan biri odur ki, 5 kilometr eni olan Laçın dəhlizinin Azərbaycan-Ermənistan dövlət sərhədi hissəsində Azərbaycan Sərhəd Xidmətinin əsgərləri dayanmalıdır. Orada bizim sərhəd buraxılış məntəqəmiz olmalıdır. Oranı özümüz mühafizə etməli, qorumalıyıq. Bəli, sülhməramlı dəhlizə nəzarət etsin. Amma 5 kilometr enində olan dəhlizdəki dövlət sərhədi bizim sərhədimizdir. Biz oraya nəzarət etməliyik, bu, olduqca vacibdir.

- Nəticədə Ermənistanın Xarici İşlər naziri həmin dəhlizi rahat keçərək, Xankəndiyə gəlib-getdi...

- Bəli, ardınca hərbi prokurorları gəlib-getdi, hələ bir sülhməramlıları təltif də etdi. Müdafiə naziri gəlib-gedir. Bütün qaçaq-quldur dəstəsi, tör-töküntülər, terrorçu-təxribatçılar dəhlizdən o yan-bu yana keçir. Təbii ki, sülhməramlı razılıq verməsə onlar belə sərbəst gedib-gələ bilməzlər. Buna görə də çox vacibdir ki, sərhədlərimizin hər bir nöqtəsinə özümüz nəzarət edək. Bu, bizim haqqımız və hüququmuzdur. Çünki ərazi bizim, sərhəd bizimdir.

- Moskva görüşü ilə bağlı rəsmi məlumatlardan belə çıxdı ki, Kremldə 10 noyabr sazişinin yalnız 9-cu maddəsi müzakirə edilib...

- Bir daha qeyd edim ki, Moskva görüşü 4 saat çəkib. Mümkündür ki, digər məsələlərlə bağlı da müzakirələr olub. Amma yekun sənəddə əksini tapan yalnız nəqliyyat-kommunikasiya məsələsidir. Hər şeyin zamana ehtiyacı var. Hesab edirəm ki, cənab Prezidentin Şuşa səfəri də çox şeylərdən xəbər verdi. Bir çox məsələlərdə Azərbaycanın xeyrinə dəyişikliklər olacaq. Hökmən olacaq. Biz Şuşaya getdiyimiz kimi Xankəndiyə, Xocalıya, Ağdərəyə də gedəcəyik. Bütün ərazilərimizə. Bunlar zamanla həll ediləcək məsələlərdir. Mən inanıram və əminəm ki, bütün ərazilərimizi düşməndən təmizləyəcək, oraya özümüz nəzarət edəcəyik. Bir gün Prezidentin növbəti səfəri Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə olacaq.

Rasim Əliyev
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi