Rusiya əvvəlcə özünün daxilində nizam-intizam yaratmalı, vahid ideya müəyyən etməlidir və yalnız bundan sonra biz, digər dövlətlərə, o cümlədən, hazırda siyasi böhran vəziyyətində olan Belarusa effektli təsir göstərə bilərik. Bu barədə Müasir Dövlət Inkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bəyan edib.
Poitoloqun sözlərinə görə, yaxın qonşuları (Ukrayna və Belarus) ilə Rusiyanın uğursuzluqlarının əsas səbəbi burada «gizlənir» ki, bizim ölkəmizdə bütün xarici siyasi prosesləri koordinasiya edəcək vahid mərkəz yoxdur.Solonnikov hesab edir ki, bunun nəticəsində nəhəng ölkənin beynəlxalq siyasəti öz aralarında pis koordinasiya olunmuş müxtəlif güclərdən ibarət mozaikaya bənzəyir. «Xarici-siyasi məkanda Rusiyanın maraqları heç də birmənalı deyil. Xarici İşlər Nazirliyinin dedikləri ilə ifadə olunan dövlət siyasəti var və ya prezident administrasiasının və ya müxtəlif dövlət strukturlarının dedikləri ilə ifadə olunan siyasət. Həm də digər istiqamətlər var - müxtəlif siyasi və kommersiya axınları. Rusiyanın daxilində ümumiyyətlə, özəl maraqları olan çoxlu kiçik və böyük «ayrıca dövlətlər» var. Və bu məsələdə nizam yaratmaq bizdə hələ alınmır. Vahid güc mərkəzi yoxdur, vahid idarəetmə sistemi yoxdur. Ona görə də hər kəs öz məsələsini özü bildiyi kimi həll edib, şəxsən özünə lazım olan səmərəni əldə etməyə çalışır» - Solonnikov bildirib.
Nümunə qismində o, əvvəllər öz ölkəsində yaradılmış birikmə və udulma sxemlərini Belarusda da reallaşdırmağa cəhd edən Rusiya korporasiyalarının fəaliyyətini önə çəkib. «Kommersantların adətən öz hədəfləri olur. Həmişə onların maraqları yerdə qalan rusiyalıların maraqlarına uyğun gəlirmi? - bu da mürəkkəb sualdır. Mənim fikrimcə, heç də həmişə uyğun olmur. Sahibkarlara əlverişli olanlar heç də həmişə bütün vətəndaşlar üçün yaxşı olmur. Ona görə də hətta əgər biz, şərti olaraq ifadə etsək, bu gün kiminsə xeyrinə «Belaruskaliy» müəssisəsini və ya Belarusun qaz nəqli sistemini özəlləşdirsək, rusiyalıların əksəriyyətinə bunun faydası olmayacaq. Məgər insanlar ondan udacaqlar ki, qonşu ölkədəki hansısa aktivlər rusiyalı oliqarxların əlinə keçəcək? Və bütün epizodlar üzrə belədir» - deyə, politoloq qeyd edib.
O, bildirib ki, «birləşmək» kəliməsi altında rusiyalı biznesmenlərin böyük hissəsi Belarus iqtisadiyyatının ayrı-ayrı hissələrinin Rusiya iqtisadiyyatının ayrı-ayrı hissələrinə «birləşdirilməsi» kimi başa düşürlər.
«Maraqlar mübarizəsi gedir. Və burada əsas məsələ ondan ibarətdir ki, ümumiyyətlə, kommersiya və dövlət maraqları nə qədər korrelyasiya olunur. Mən əmin deyiləm ki, onlar 100 faiz üst-üstə düşür» - Solonnikov bildirib və əlavə edib ki, biz, iki paralel prosesi müşahid edirik və bu zaman bir çox oyunçular özlərinin iqtisadi məsələlərinin həllində səs-küylü «birləşmə» ritorikasından istifadə edirlər».
Solonnikovun fikrincə, Rusiya əvvəlcə özünün daxilində nizam yaratmalı, bütün idarəetmə sistemində vahid hədəf müəyyən etməlidir. Yalnız bundan sonra, Belarusla, Ukrayna ilə və uzaq-yaxın xaricdəki dövlətlərlə qarşılıqlı fəaliyyətin effekti ola bilər.