[img=left]http://cdn.yenisabah.az/resize.php?w=750&h=422&file=image_750x422_5ea6df96b8cbc.jpg[/img]
"Son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib".
Yenisabah.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 190 manatlıq ödənişin əsas kriteriyaları işsiz şəxslərə və gəlirini itirənlərə dəstək verməkdir:
"Bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin?"