Ermənistan silahlı bölmələrinin Tovuzda törətdiyi təxribatdan sonra cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunun bir daha şahidi olduq. Ordumuza dəstək məqsədilə keçirilən aksiya bunu deməyə əsas verir. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.Azərbaycan güclü dövlətdir. Ölkəmizin təhlükəsizliyi, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalıyıq.
Ümumiyyətlə, milli birlik, taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz Azərbaycan xalqının ümummilli məsələlərdə bütün vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Bu da son nəticədə dövlətimizin gücünü artıran mühüm strateji faktor qismində çıxış edir. Xalqımızın sıx həmrəylik nümayiş etdirdiyi ümummilli məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Dövlət və cəmiyyət bəhs olunan problemin həllində vahid mövqedən çıxış edərək prinsipial yanaşma ortaya qoyur - torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz təmin olunmalıdır.
Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alması cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb. 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Müharibə şəraitində yaşadığımız indiki dövrdə orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Eyni zamanda, bugünlər xalqımız şəhidlərimizə böyük ehtiram nümayiş etdirdilər.
Cənab Prezident Nazirlər Kabinetinin iclasında bildirdi ki, bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Sözsüz ki, bu məsələdə bütün xalqımız həmrəydir. Xalqımızın bir arzusu var ki, bu da torpaqlarımızın işğaldan azd olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu yolda, vətəndaşlarımız döyüşə getməyə hazır olduğunu bildirirlər.
Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu yolda bütün səylərimizi səfərbər etməliyik.
Bəli, bu gün Şanlı Ordumuz düşməni darmadağın edərək geri çəkilməyə məcbur etdi. Şəhid verdik, amma tökülən şəhid qanının hər damlası müqəddəs amala çevrilib ürəklərə həkk olundu. Vətən torpaq üçün tökülən qan hər birimizi daha da nikbin olmağa sabaha ümidlə baxmağa səslədi. Ordumuzun növbəti zəfəri Azərbaycan Xalqını işğal olunmuş torpaqlarımızı azad etməyə bir az da yaxınlaşdırdı.
Bütün bunlar hamısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə olan Xalq sevgisinin bariz nümunəsidir. Xalqımız yumruq kimi Cənab Prezidentin ətrafında sıx birləşdi. Məsələ Vətən, Torpaq olunca müxalifət, iqtidar anlayışı aradan götürülür. İqtidarı sərt şəkildə tənqid edən müxalif partiyalar Ölkə Prezidentinin yanında olduqlarını nümayiş etdirdilər. Bu həm də onu göstərdi ki, müxalifət, hətta iqtidarı tənqid etsə də Cənab Prezidentimizin siyasətini dəstəkləyir. Bax budur birlik, budur ölkə rəhbərinin uzaqgörənliklə həyata keçirtdiyi siyasətin uğuru.
Vətənini, xalqını sevən hər kəs təmsil olunduğu partiya ilə ölkə rəhbərinə həmrəylik nümayiş etdirdi. Bu birlik, bu nizam ölkəmizin gələcək qələbələrininin carçısıdır. Bu birliklə, bu həmrəyliklə tezliklə üç rəngli Şanlı Hilalımız Dağlıq Qarabağda, Şuşada, Laçında və digər işğal olunmuş torpaqlarımızda dalğalanacaq.
Birliyin mübarək Azərbaycan!
Elxan Yaqubov,
Bioloji Təbabət Klinikasının Təsisçi Direktoru.