Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib.

10:18 13.01.2020 812
Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib.

Xeberci.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin son aylarda imzaladığı bir sıra mühüm sərəncamlar ölkənin sosial-iqtisadi həyatında daha böyük inkişafa yol açır. Bütün sahələrdə uğurlu inkişafı qarşıya prioritet məsələ kimi qoyan dövlət rəhbəri, bölgələri də xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan, ölkə başçısı zəif işləyən, eləcə də yaşlanmış rayon icra başçılarını daha cavan, enerjili və bacarıqlı kadrlarla əvəz edir.
Rəhbəri yenicə dəyişmis rayonlardan biri də Ağsudur. Media olaraq, Ağsuda baş vermiş Başçı dəyişikliyindən sonra bu rayonda aparılan islahatlara diqqət yetirmək istədik. Rayonun hazırki icra başçısı Vahid Tağıyev bu vəzifəyə Prezidentin müvafiq sərəncamı ilə 30 sentyabr, 2019-cu il tarixdə təyin olunub. V.Tağıyev problemləri elə də az olmayan bir rayona rəhbər göndərilib.
Yeni icra başçısının əsas diqqət ayırdığı məsələ rayon sakinlərinin qəbul olunaraq dinlənilməsi və hallanan problemlərin qısa müddətdə həll olunmasıdır. V.Tağıyev qayğıları yığılıb qalmış ağsuluları hər həftənin beşinci günləri İH-nin binasında qəbul etməklə kifayətlənmir, eləcə də kəndlərdə tez-tez səyyar görüşlər təşkil edərək, onların problemlərini yerində və daha yaxından öyrənir, müvafiq göstərişlər verir. Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib. Belə ki, rayon mərkəzindəki park və küçələrin ağacları budanır, bəzək kolları səliqəyə salınır, örtük daşları yenilənir, bir sözlə, göz oxşayacaq gözəlliklər yaradılır. Rayon mərkəzi ilə kəndləri birləşdirən, o cümlədən, kəndarası yolların rahatlığı diqqətdə saxlanır, əhalinin çətinliksiz gediş-gəlişi təmin olunur. Rayon camaatının fasiləsiz işıq və rabitə ilə təminatı istiqamətində də ciddi işlər aparılır.
2019-cu ilin fevral ayının 5-də Şamaxı ərazisində baş vermiş zəlzələdən ziyan çəkmiş evlərin tikintisi, bərpası və təmiri istiqamətində də təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ağsu rayonunda təmir işlərini tenderdə qalib olmuş və İH ilə müqavilə əsasında çalışan “Taleh TT” MMC reallaşdırır. “Taleh TT” MMC-nin apardığı təmir işləri keyfiyyəti və səliqə-səhmanı ilə seçilir. Zəlzələ ilə əlaqədar müvafiq komissiya tərəfindən Ağsu rayonunda 2400 ev təmirə ehtiyacı olan evlər kimi qeydiyyata alınıb. Bu günə qədər 748 ev tam təmir olunaraq, sahiblərinə təhvil verilib. Evləri təmirdən çıxan Ağsu sakinləri yaradılan rahatlığa görə dövlət başçısından, rayon rəhbərliyindən və podratçı təşkilat olan “Taleh TT” MMC-dən ağızdolusu razılıq edirlər. MMC-nin rəhbəri Əlşah Dəmirov dövlətin ayırdığı maliyyə əsasında ən mümkün variantlardan istifadə etməklə, bərbad vəziyyətdə olan evlərin tam yararlı vəziyyətə gətirilməsini uzunillik təcrübəsinə söykənərək müvəffəqiyyətlə başa çatdırır. Qeydiyyata alınmış, təmirə ehtiya ehtiyacı olan 2400 evdən yerdə qalan 1652 evin bəzilərində işlər başlanıb, bəzi evlərin smetalarının təsdiq olunması gözlənir. Əsas məsələ budur ki, bu günədək aparılan təmir işlərindən əhali razıdır və bundan sonra görüləcək işlərdə də keyfiyyətə və şəffaflığa böyük önəm veriləcək.
Apardığımız müşahidələrə əsasən, demək olar ki, bu gün Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi