Şər və Böhtan yazanlara tutarlı cavab - Ağsu rayon Komunal Müəssisələri Kombinatının rəisi Əli Mustafayev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırHƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Ağsu rayonunda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. un fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Ağsu rayon Komunal Müəssisələri Kombinatının rəisi Əli Mustafayev: "Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və bu çox sevindiricidir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir.
Cənab Vahid Tağıyevin Agsuya icra başçısı vəzifəsinə təyin olundugu gündən rayonda görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərlərə çevrilirlər. Bu müstəvidə Ağsu rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Ağsunun Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin və kollektivin əməyi böyükdür. Vahid müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ağsu rayonu Vahid Tağıyevin rəhbərliyi altında bu gün uğurl iqtisadi inkişaf, mədəni yüksəliş dövrünü yaşamaqdadır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, təşkilatcı - rəhbər rayon Komunal Müəssisələri Kombinatının rəisi Əli Mustafayevdir.
O, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Əli Mustafayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Əli Mustafayevi heç bir vaxt əqidəsindən döndərə bilməz.
Əli Mustafayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Əli Mustafayev yüksək biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Əli Mustafayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürə Əli Mustafayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Əli Mustafayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Əli Mustafayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun rayon Komunal Müəssisələri Kombinatının rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Əli Mustafayev ona etibar edilən bütün işlərdə özünü doğruldub. Bizdə hörmətli Əli Mustafayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar, başarılar diləyirik.
P.S. Azerinform.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Ağsu rayon Komunal Müəssisələri Kombinatının rəisi Əli Mustafayevin bizim müdafiəmizə ehtiyacı yoxdur.
Azerinform.az