Kimlərinsə ucuz ajiotaj yaratmaq "EŞQİ" - Əslində Şakir Quliyev KİMDİR

01:09 29.05.2023 303
Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifraz edən zob funksiyasını yərinə yətirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır.

 
Təəssüf ki, bu tendensiya son günlər özünü bəzi KİV-lərdə daha çox göstərməyə başlayıb. Belə ki, bəzi xəbər saytlarında 1 saylı Regiinal ETS-nin rəisi Şakir Quliyev barədə son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazılar dərhal diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Yazılarda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətləri ilə bağlı araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istəyirəm. Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, çalışdığı kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə bu sahədə tanıdığım bir neçə nəfərlə göruşub onun barəsində soruşdum və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər. Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var, kimlərsə  Şakir Quliyevin uğurlarını istəmir, kimlərsə belə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlarda jurnalistlər alət edilir. Şantaj yazmaqla bəslənən belə "jurnalıst"lər öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimaiyyətin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli yazılardan istifadə edirlər.

Qeyd edim ki, bu gün ölkəmizdə ekologiya sahəsinə verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı gündəmdədir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində bu sahədə görülən işlər təqdirə layiqdir. Bölgədə ekoloji tarazlığın bərpa edilməsi, yaşıllıqların artırılması istiqamətində mühüm işlər görülür. Belə ki, son dövrlərdə idarənin müxtəlif ərazilərində yaşıllıqların artırılması məqsədilə 10 mindən çox müxtəlif növ ağaclar, həmişə yaşıl bitkilər, dekorativ gül kolları əkilib və bu işlər mərhələli şəkildə davam etdirilir.
 
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyevlə söhbətimiz zamanı o, ölkə Prezidenti cənab İlham Əliyevin təbiətin qorunması ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, milli parkların təşkili istiqamətində görülmüş mühüm işlərdən, birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən uğurlu  layihələrdən danışaraq qeyd etdi ki, hazırda yeni meşə sahələri və yaşıllıqlar salınması, qiymətli ağac və kol cinslərinin artırılması, təbii sərvətlərin bərpasının təmin edilməsi, mühafizəsi sahəsində işləri uğurla davam etdirilir.

Onu da qeyd edək ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev işlədiyi müddət ərzində bölgədə təşkilatcı və səriştəli ekologiya mütəxəssisi kimi tanınır. Onun bu sahədə qazandıgı ugurlar respublika ictimaiyyətinə məlumdur.  
Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi onun uğurunu görmək istəmir, öz xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışır, cəmiyyətdə gözdən salmaq üçün şər və böhtan dolu yazılar belə yazmaqdan çəkinmirlər. Amma... Unutmasınlar ki, Şakir Quliyevin  rəhbəri olduğu qurumun kollektivi də, cəmiyyət də onu sizdən daha yaxşı tanıyır. Ancaq bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Bu yazılarda diqqət cəkən bir məqam da var, görən bu yazarlar niyə faktlara əsaslanmır, sadəcə köhnə palan ici sökürlər. Niyə Şakir müəllimin gördüyü yaxşı işləri "unudurlar." Tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından coxsaylı kollektiv üzvləri və bölgə istimaiyyəti tərəfindən igrahla qarşılanır və öz iradlarını bildirirlər.

Ümumiyyətlə bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey deyil. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir peşə biliyinə malik olmadıqlarını ortaya qoymuş olur.
Bir daha qeyd edirik ki, son vaxtlar bəzi saytlarda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyevin haqqında dərc olunan böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər direktorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.

Sonda demək istəyirik ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev dövlətimizə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Siz isə, cənablar, UTANIN...!

Bir də bildirmək istəyirik ki, Şakir müəllimin bizim müdafiəmizə ehtiyacı yoxdur.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu