Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

20:23 17.04.2024 379



Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.
Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.
Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Bildirildi ki, Agentliyin sifarişi ilə Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.
 
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:56

İrəvan və Tehran hərəkətə keçdi – Azərbaycanlı prezident hərbi yük maşınlarını dayandıracaq?

20:48

Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə

20:43

Ermənistanı məhv edərik! – Türk general elan etdi

22:12

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər - Ədliyyə naziri

22:09

Azərbaycanda bu məhsullar 2 manata qədər bahalaşacaq - AÇIQLAMA

01:06

Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyəti

01:30

“Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"

01:25

"Vəhdət Partiyasının parlamentdən kənar qalmasına razı ola bilmərik" - Vasif Əfəndiyev

01:19

Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib - MƏQALƏ

09:44

Azərbaycan dili üzrə natiqlik çempionatının yarımfinal mərhələsi yekunlaşdı

17:48

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

21:51

Yeni Azərbaycan Partiyası tərəfindən Hüseynov Əli Abbas oğlunun 90 saylı Ağsu secki dairəsindən namizədliyi irəli sürülmüşdür

19:07

Baqrat Paşinyanın devrilməsi üçün növbəti addımını açıqladı

03:28

Paşinyan və komandası “getdi”: Ermənistanı kim idarə edir? – VİDEO

16:51

"Nar" qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir

15:54

"Bakcell"dən daha bir yenilik: Aİ dəstəkli “Tarif Məsləhətçisi”

23:00

Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir

09:56

Putin qanun imzaladı: Bu deputatların mandatı əlindən alınacaq

17:59

“Nar” “Zirə” komandasına UEFA Avropa Liqasında uğurlar arzulayır!

17:03

“Nar”ın “Al bir, aç min” kampaniyası ilə yayı doyunca yaşa!

04:36

Şuşanın beynəlxalq statusu

20:52

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur

21:21

“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir

03:37

Gömrük məmuru arvadını bıçaqladı

00:56

Binəqədi bələdiyyəsində vətəndaşın həm 16 sot torpagınI, həm də 58 min pulunu MƏNİMSƏYİBLƏR - ŞİKAYƏT

22:21

Alim Hüseynov: Seçici fəallığı bu dəfə parlament seçkisində bərqərar olacaq

22:17

Əli Hüseynov: Yeni dövrün reallığı

14:28

“Bakcell” Wi-Fi üzərindən zəng xidmətini Azərbaycana gətirdi

08:20

Nərmin müəllimə, gələcək fəaliyyətinizdə uğurlar!

20:59

Nabranda yerləşən "Xəzər" istirahət mərkəzi - Gözəllikdən doymur ürək...

02:20

Ağsu rayon Polis Şöbəsində 02 iyul – Azərbaycan Polisi gününün qeyd olunması ilə əlaqədar yığıncaq keçirilib

01:45

Vətəni, dövləti və xalqı ücün tər tökən ƏQİDƏ ADAMI - polis polkovnik-leytenantı Pərviz İsmayılov

21:22

Polislərin peşə bayramıdır

15:39

“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu