Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

21:26 18.09.2024 17
İran Prezidenti Məsud Pezeşkian ilk mətbuat konfransını keçirib və bir sıra önəmli açıqlamalar verib. Pezeşkian İranın Azərbaycan, Türkiyə və Pakistanla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə, İran qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Prezident yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini, Türkiyənin qardaş ölkə olduğunu vurğulayıb: "Türkiyə bizim dostumuz və qardaşımızdır. Türkiyə İran vasitəsilə Pakistan və Əfqanistanla ticarət əlaqəsi qura bilər, elə bir yol açmalıyıq ki, siz İrana, biz isə Türkiyəyə rahat gələ bilək". Müsəlman ölkələrin birliyinin vacibliyindən danışan Pezeşkian belə bir birliyin yaranacağı təqdirdə vahid dil və bazarın formalaşa biləcəyi ideyasının reallaşacağını, müsəlmanların başqalarının qarşısında hüquqlarının müdafiəsinin daha asan olacağını söyləyib. İqtisadi məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandıran Məsud Pezeşkian ilk addımda daxili mübahisələrin həll edilməsinin zəruriliyini, istehsalçılara və investorlara inamlı və münbit zəminin təmin edilməsinin vacibliyini vurğulayıb. İran prezidenti növbəti dəfə Əli Xameneiyə sadiqliyini və onun təyin etdiyi strategiyanı irəli aparmağa çalışdığını təkrarlayıb: “Ölkəni inqilabın rəhbərinin dediyi səviyyəyə çatdırmaq üçün FATF-yə üzv olmaq və nüvə sazışı ilə bağlı danışıqlar sahəsindəki problemlərimizi həll etməliyik”. Pezeşkian yaponiyalı jurnalistin İranın Rusiyaya raket tədarükü barədə sualına cavab verib və bunun sadəcə Amerika və Qərbin iddiası olduğunu bildirib: "Biz Rusiya ilə əməkdaşlıq edirik, ABŞ bizə qarşı sanksiya tətbiq etdiyi halda Rusiya bizə yardım edib və bizim Rusiya ilə müəyyən əlaqələrimiz var, bu əlaqələri kəsə bilmərik. Ancaq qəti şəkildə deyirəm ki, biz Rusiyaya heç nə verməmişik, ona görə ki, biz sülh tərəfdarıyıq, kimsə ilə davamız yoxdur”. O, Amerika və Avropa ilə İran arasında olan problemlərin həlli və gərginliyin azaldılması üçün Yaponiyanın istənilən vasitəçilik təşəbbüsünü müsbət qarşıladığını söyləyib.

İran Prezidenti Məsud Pezeşkianın toxunduğu məqamları "Sherg.az"a təhlil edən politoloq Cəmaləddin Quliyev deyib ki, Pezeşkianın seçkiöncəsi platformasında da bəyan edilmişdi ki, qonşu ölkələrlə və Qərblə münasibətlərə xüsusi əhəmiyyət verildiyi vurğulanırdı. Analitik vurğulayıb ki, Pezeşkianın yaxın ətrafının İranın Azərbaycan və Türkiyə ilə əlaqələrinin daha da yaxşılaşacağının, hətta Türk Dövlətləri Təşkilatına üzv olacağı ilə bağlı ehtimallar səsləndirilirdi:

"Hesab edirəm ki, bunlar real ehtimallardır. Artıq seçkiqabağı verilmiş vədlərin yerini yetirilməsi vaxtıdır. Ancaq bunun Pezeşkianın öz iradəsi olduğunu zənn etmirəm. Adətən, İranın son 40-50 il ərzində həyata keçirtdiyi xarici siyasətin əsasını qonşu ölkələrlə sıx əlaqələrin qurulması təşkil edir. Qonşu ölkələrlə xüsusi müqavilələrin imzalanması, vizasız gediş-gəlişlərin təmin olunması bunun göstəricisidir. Azərbaycanla, Pakistanla, Əfqanıstanla, Türkiyə və İraqla bu cür müqavilələr imzalanıb. Ötən il İran və İraq arasında ticarət dövriyyəsi 12 milyard dollardan yuxarı olub. Pezeşkianın ilk səfərinin İraqa olması da bu baxımdan təsadüfi deyil. Bu səfərdən əvvəl Pezeşkianın Rusiyaya gedəcəyi məsələsi gündəmdə idi. Pezeşkianın oktyabr ayında BRICS toplantısında Rusiya Prezidenti V.Putinlə görüşü gözlənilir. Həmin ərəfədə Pezeşkian hansısa qonşu ölkəyə səfər etməyə çalışırdı. Çünki ilk səfərin Rusiyaya olması daxildə bəzi dairələr tərəfindən xoş qarşılanmırdı. Ona görə də ilk səfər İraqa oldu və 14 tarixi sənəd imzalandı. İran rəhbəri terrorçu qruplaşmalar təhdidi olan Şimali İraq bölgəsinə də getdi və müəyyən görüşlər keçirdi. İranı təhdid edən silahlı qüvvələrin zərərsizləşdirilməsi, qaçaqmalçılığın qarşısının alınması yönündə müzakirələr oldu".


C.Quliyev vurğulayıb ki, Pezeşkian rəsmən Azərbaycana da dəvət olunub: "Seçkiqabağı türk birliyi ilə bağlı verilən vədləri nəzərə alsaq, Azərbaycana səfərin də reallaşacağını söyləmək mümkündür. Mərhum İbrahim Rəisinin sərhədyanı bölgəyə gəlişini nəzərə almasaq, Əhmədinejatdan sonra İran rəhbərliyinin Azərbaycana səfəri reallaşmayıb. Rəisinin səfəri rəsmi deyildi və sadəcə açılış üçün nəzərdə tutulmuş "ayaqüstü" gəliş idi. Mövcud gərginliklərin və qarşıya çıxan xeyli suallara aydınlıq gətirilməsi üçün Pezeşkianın Azərbaycana səfəri önəmlidir. Məsələ ondadır ki, İran qonşularla əməkdaşlıqda maraqlı olduğunu vurğulasa da, digər tərəfdən bir ölkənin digərinə qarşı iddialarından bəhrələnməyə çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Rusiya əleyhinə açıqlamalar və İran rəsmisinin Rusiya və Çinə səfərləri də bunu göstərir. İran çalışır ki, mövcud layihələrdə mümkün qədər Tehranın mövqeyi dəstəklənsin. Pezeşkianın səfərlərində həm də bu xətt gözlənilir. Balansın necə gözləniləcəyini, yumşalma xəttinin əsas götürülüb-götürülməyəcəyini səfərlərdən sonra dəyərləndirmək mümkündür".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

23:53

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın - Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov barədə BİR NECƏ KƏLMƏ SÖZ...

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

05:40

Kimlərinsə milcəkdən fil düzəltmək eşqi - Əslində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov KİMDİR...

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

22:21

Netanyahu: Kim bizə zərər vermək istəsə, bunun əvəzini ağır ödəyəcək

21:05

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı? - Seymur Verdizadə yazır...

21:01

Şəhid qardaşının arvadını öldürən şəxsin cinayət işi istintaqa geri qaytarılıb

21:21

Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

09:40

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

01:34

Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər

19:00

“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı

17:00

Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!