İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra İranla İsrail arasında gərginlik artır.
Bizimyol.info xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu qatıldığı mərasimdə son hadisələrlə bağlı açıqlamalar verib.
Netanyahu:
“HƏMAS-a hərbi təzyiqin artması bütün girovlarımızın, diri və ölülərimizin vətənə qayıtması da daxil olmaqla, müharibənin bütün məqsədlərinə nail olunmasına gətirib çıxaracaq. İran və onun havadarları bizi terrorla mühasirəyə almaq istəyirlər. Biz hər cəbhədə, yaxında və uzaqda, hər meydanda onlara qarşı durmaq əzmindəyik. Kim bizə pislik etmək istəsə, bunun əvəzini çox ağır ödəyəcək”, - deyə qeyd edib.