İsmayıllının icra başcısından Mehriban xanım Əliyevaya MÜRACİƏT: "İnanın mən artıq intihar həddinə çatmışam..."

01:32 27.02.2024 85
Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu redaksiyamıza müraciət edib. O,müraciətində bildirir ki, çoxsaylı şikayətlərinə baxmayaraq İsmayıllı Rayon İcra Hakimiyyəti onun şikayətini təmin etmir. Dəfələrlə qəbulda olduğunu bildirən Azər Mürsəlov onu da qeyd edir ki, o, bir neçə ay əvvəl İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qəbulunda olub. Nahid Bağırov ona deyib ki, məndə saytlara və dövlət orqanlarına şikayət etdiyin üçün o yer sənin haqqın olsa belə, həmin yeri sənə verməyəcəm. Biz anlaya bilmirik ki, dövlətin mülkü olan hər hansı torpaq sahəsini məmur özünün ata malı kimi kimə istəyirsə ona necə verir?

BİA.az olaraq vətəndaş Mürsəlov Azər Xandadaş oğlunun şikayətini olduğu kimi təqdim edirik.

"Çox hörmətli Mehriban xanım Əliyeva, mən məlum məsələ ilə bağlı dəfələrlə Sizlərə müraciət edərək bildirmişəm ki, mənim 22 ildir istifadə etdiyim Şamaxı Rayon Dəmirçi kəndinə yaxın ərazidə yerləşən yay otlaq sahəsi 1 ildən çoxdur mənə verilməkdən imtina edilir. İsmayıllı Rayon İcra Hakimiyyəti həmin ərazini səbəbsiz yerə məndən alaraq iş adamı Ədalət Göyüşov adlı şəxsə verib. Mən haqqım olan yerin mənə verilməsi ilə bağlı çox saylı müraciətlər etmişəm. Çox sağ olun Siz tərəfdən müraciətlərə baxılıb. Lakin məsələnin həlli üçün müraciət edərək göstəriş verdiyiniz İsmayıllı Rayon İcra Hakimiyyəti daima məsələni müxtəlif vasitələrlə ört-basdır edib. Sizlər İcra başçısı Nahid Bağırovun mənimlə görüşüb məsələnin həllində mənə kömək etməsini bildirsəniz də, Bağırov məni qəbul belə etməyib. Müavinləri ilə görüşlərimsə heç bir fayda verməyib. Nəhayət 1 ay öncə Nahid Bağırovun özü ilə görüşdüm. Məni qəbul edən hörmətli başçı mənə açıq şəkildə bildirdi ki, ondan sizlərə, media saytlarına müraciət etdiyim üçün haqlı da olsam o ərazini mənə verməyəcək. Mənə Bağırov bildirdi ki, get kimə istəyirsən şikayət et. O yeri mən kimə istəsəm, ona verəcəm.

Çox hörmətli Mehriban xanım, əgər İsmayıllı Rayon İcra Hakimiyyətinin sərəncamında olan bütün ərazilər Nahid Bağırovun şəxsi mülküdürsə, biz bunu bilək.O, şəxsi mülkü kimi xalqın torpaqlarını kimə istəyirsə ona necə verə bilər?

Mehriban xanım, mən bir bacım kimi sizdən xahiş edirəm. Məni 5 dəqiqəlik də olsa qəbul edəsiniz. Mən sizə öz sözümü deyim. Əgər günahkaramsa cəzalandırılım. Haqlıyamsa torpaq sahəm yenidən mənə qaytarılsın. Bir neçə aydan sonra yenidən yaylaq mövsümü başlayır, mənim heyvanlarım, təsərrüfatım yenə məhv olmasın. İnanın mən artıq intihar həddinə çatmışam...

Allah sizi və sevdiklərinizi qorusun".


Hörmətlə : Azər Mürsəlov



Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:08

Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda

23:47

2 saylı regional su-kanal idarəsinin Ağsu sahəsində NƏ BAŞ VERİR - Köcəri müəllimin adamı at oynadır - VİDEO

02:08

Heydər Əliyevin 101 illiyi: Ulu Öndər və milli dövlətçilik təfəkkürü ...

19:30

Ağsu Rayon Pirhəsənli kənd tam orta məktəbində "Erkən nigah,dini radikalizm və narkomaniyanın fəsadları" adlı maarifləndirici tədbir keçirilmişdir

02:39

İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib

00:39

Amerikalı şerifin məktubu niyə Azərbaycan Prezidentinə çatdırılmır? - İLGİNC

00:33

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

00:30

İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər

17:08

Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!

18:26

Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

18:15

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

17:17

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?