Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə bağlı yazılanlar şər və böhtandır - FAKT BUDUR!

14:56 21.04.2023 832
Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə bağlı yazılanlar şər və böhtandır - FAKT BUDUR!

Son günlər bəzi internet saytlarında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Həmin məlumatları araşdırmaq məqsədiylə adı cəkilən tibb müəssisəsində olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq. Məlumatların haradan qaynaqlandığını deyə bilmərik. Lakin bu tibb ocagında faktiki olaraq vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, burada durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Bir az özünə əziyyət verib buraya təşrif buyurmaq kifayətdir. Yox, əgər bəzi həmkərlarımız Elmi-Tədqiqat Kardiologiya İnstitutuna gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Bəri başdan tam məsuliyyətlə qeyd edirik ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutu haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından institutun cöxsaylı kollektivi və burada müalicə alan onlarca xəstələr tərəfindən bu məqalələr nifrətlə qarşılanıb. Elmi-Tədqiqat Kardiologiya İnstitutu son beş ildə yüzlərlə silsilə tibbi-maarifləndirici aksiyalar, beynəlxalq elmi konfranslar, vebinarlar və ölkə ərazisində seminarlar keçirib. Kecən ilin aprel ayından ETKİ-nin direktoru, prof. Gülnaz Dadaşovanın təşəbbüsü ilə ölkə ərazisində şəhid və qazi ailələri üçün tibbi aksiyalara start verilib və şimal, qərb və cənub bölgələrinin rayonları daxil olmaqla artıq 1000-ə yaxın qeyd edilən həssas kateqoriyaya aid olan insanlar bu aksiyalarda iştirak edib. Sonuncu aksiya Tərtər rayonundan gətirilən şəhid anaları üçün təşkil olunub və Ramazan ayına təsadüf etdiyindən onlar üçün iftar süfrəsi hazırlanıb. Hazırda ETKİ tərəfindən Bakı şəhərində yerləşən ahıllar evi, uşaq sığınacaqlarının kiçik sakinləri və reabilitasiya mərkəzləri ilə sıx əlaqələr qurulub və mütəmadi olaraq bu müəssisələrdə tibbi-maarifləndirici aksiyalar keçirilir. Xüsusilə qeyd edək ki, bu tədbirlər kollektiv tərəfindən pandemiya dövründə və 44-günlük Vətən müharibəsi zamanı da geniş şəkildə təşkil olunmuşdu. Ticarət mərkəzlərində keçirilən tədbirlər əhali arasında böyük marağa səbəb olan aksiyalardandır. 1-2 gün keçən aksiyalarda vətəndaşlarda xolesterin və təziq yoxlanılır, mümkün məsləhətlər verilir və sağlamlıqla bağlı şikayətlər dinlənilir.

Kecən ildən ETKİ tərəfindən beynəlxalq konfrasnlar təşkil olunur. Bu ilin fevralında "Heydər Əliyev ili"-nə həsr olunmuş Respublikanın ilk kardioonkologiya üzrə beynəlxaq konfransı keçirilib. Yüksək səviyyədə keçirilən konfrasda Gülnaz Dadaşovanın təşəbbüsü ilə hazırlanan Heydər Əliyevə həsr olunmuş video-çarx hazırlanıb nümayiş olunmuşdur. Həmən video-çarx böyük maraq və alqışlarla qarşılanmışdı.

Bildirmək istəyirik ki, son illərdə ETKİ-nun inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu illər ərzində inistitutun infişafı müasirləşdirilib, maddi texniki bazası zənginləşdirilib, kadr potensialı yüksəldilib, həmçinin dünyanın, xüsusən qardaş Türkiyənin kardiologiya mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq əlaqələri yaradılıb. Beynəlxalq əməkdaşlıq vasitəsilə mənimsənilən və tətbiq olunan yeniliklər ETKİ-nun Avropanın tibb məkanına inteqrasiyasını sürətləndirib.

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları bir araya gətirmək üçün ədalətl mövqe lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Bu bir həqiqətdir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həyatında vəziyyət çox dəyişib. ETKİ-nun coxsaylı kollektivinin ciddi-cəhdlə gözlədiklərini hazırkı direktor bir-bir yerinə yetirməkdədir. Bunun üçün kollektivlə söhbətləşmək kifayətdir ki, direktorla, görülən işlərə hansı müsbət qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.

Bu gün Azərbaycanda səhiyyə sahəsində də inkişaf nəzərə carpmaqdadır. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin bu mühüm sahəyə göstərdikləri ugurlu siyasətin məntiqi nəticəsidir. ETKİ-də olarkən həkimlərin xəstələrlə olan isti münasibəti, burada hər cür tibbi avadanlıqlarla təhcizi bu saglamlıq ocagı barəsində bizdə xoş təəssurat yaratdı. Həkimlər deyir ki, Gülnaz Dadaşova buraya direktor təyin edildikdən sonra əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olunub. Xüsusilə kollektivdə sağlam mühit yaradılıb.

Bəli, bu gün Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kollektivinin qazandıgı ugurlarda məhz direktor prof. Gülnaz Dadaşovanın əməyi böyükdür. Professor Gülnaz Dadaşova elə insanlardandır ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik.

Sonda bəzi həmkarlarımıza xatırlatmaq istəyirik ki, fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq hec bir qələm sahibinə hörmət gətirməz.Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Və bir də heç bir “etibarlı mənbə” ETKİ-nun coxsaylı kollektivini əvəz edə bilməz. Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...


P.S: Onu da oxucularımızın nəzərinə catdırırıq ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşovanın bizim müdafiəmizə ehtiyacı yoxdur.

AZƏRİNFORM.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:08

Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda

23:47

2 saylı regional su-kanal idarəsinin Ağsu sahəsində NƏ BAŞ VERİR - Köcəri müəllimin adamı at oynadır - VİDEO

02:08

Heydər Əliyevin 101 illiyi: Ulu Öndər və milli dövlətçilik təfəkkürü ...

19:30

Ağsu Rayon Pirhəsənli kənd tam orta məktəbində "Erkən nigah,dini radikalizm və narkomaniyanın fəsadları" adlı maarifləndirici tədbir keçirilmişdir

02:39

İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib

00:39

Amerikalı şerifin məktubu niyə Azərbaycan Prezidentinə çatdırılmır? - İLGİNC

00:33

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

00:30

İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər

17:08

Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!

18:26

Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

18:15

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

17:17

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?